16
Məzmun xətləri üzrə əsas və alt-standartlar
1. Canlıların quruluşu və müxtəlifliyi:
Şagird:
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu
nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrinin (embriologiya,
paleontologiya, genetika)
xüsusiyyətlərinə dair məlumatlar toplayır, təqdimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibində baş verən dəyişiklikləri izah edir, təqdimatlar
hazırlayır.
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıların
kimyəvi tərkibində baş
verən dəyişiklikləri müşahidə edir, təqdimatlar hazırlayır.
1.1.4. Makrotəkamül haqqında məlumat toplayır və təqdimat hazırlayır.
2. Bioloji proseslər
Şagird:
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.
2.1.1. Bioloji proseslərin mexanizmini şərh edir, məruzə və təqdimatlar hazırlayır.
2.1.2. Maddələr mübadiləsində baş verən dəyişikliklərin
mexanizmini şərh edir,
təqdimatlar hazırlayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərin mexanizmini müxtəlif üsullarla
əsaslandırır.
3. İnsan və onun sağlamlığı
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın tarixi inkişaf mərhələlərini müqayisəli şərh edir, məruzə və referatlar
hazirlayır.
3.1.2. İnsanda baş verən psixi dəyişiklikləri faktlarla izah edir, referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1.
Yoluxucu xəstəliklər, onlardan qorunma yolları haqqında referat,
təqdimat
hazırlayır.
3.2.2. Sağlam həyat tərzində gigiyena qaydalarının
rolunu və əhəmiyyətini
dəyərləndirir, məruzə və təqdimatlar hazırlayır.
Dostları ilə paylaş: