Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə17/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   13   14   15   16   17   18   19   20   ...   62
6 Biologiya-kurikulum

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


19 
 
 
 
 
 
 
 
 
 
 
1.6. Fəndaxili və fənlərarası inteqrasiya 
 
Respublikamızda yeni hazırlanan kurikulumun başlıca məqsədlərindən biri də 
dünyanı və özünü dərk edə bilən aydın təfəkkürə, geniş dünyagörüşə malik 
şəxsiyyətin formalaşdırılmasıdir. Elə buna görə də şagirdlərə dünya haqqında 
doğru, dürüst məlumatlar verilməlidir.
Məlumdur ki, dünya tam və bütövdür. Yəni burada maddi və mənəvi nə varsa 
bir-biri ilə qarşılıqlı əlaqədədir. Belə olduqda canlılar aləmindən bəhs edən 
biologiya fənni üzrə şagirdlərin əldə etdikləri bilik və bacarıqlar da digər elmlərlə
məntiqi əlaqəyə əsaslanmalıdır.
Bu baxımdan biologiya fənn kurikulumunun hazırlanması zamanı canlı 
orqanizmlərin quruluşu, bioloji proseslər, canlıların bir-birilə və ətraf aləmlə 
əlaqəsi haqqında bilik və bacarıqların, fizika, kimya, coğrafiya və s. elmlərlə 
əlaqəli şərhi diqqət mərkəzində saxlanılmışdır.
Biologiya fənninin təlimində inteqrasiya iki istiqamətdə həyata keçirilir: 

Fəndaxili (üfüqi, şaquli) inteqrasiya 

Fənlərarası inteqrasiya
Fənndaxili inteqrasiya 
Fənndaxili inteqrasiya ənənəvi təhsil sistemindən fərqli olaraq biologiya fənn 
kurikulumunda canlılar aləmi barədə bilik və bacarıqlar biologiyanın sahələrinin 
(botanika, zoologiya, insanın anatomiya, fiziologiya və gigiyenası, ekologiya və s.) 
ayrı-ayrılıqda təqdim edilməsi ilə deyil, canlıların quruluşunun, onlarda baş verən 
fiziki, kimyəvi, bioloji proseslərin, canlıların bir-biri ilə, ətraf mühitlə qarşılıqlı 
əlaqəsinin vəhdəti kimi təqdim edilmişdir. Bununla da canlılar aləminin və 
bütövlükdə dünyanın vahid bir sistem kimi qavranılmasına nail olmaq mümkün 
hesab edilmişdir.


20 
Bu bilik və bacarıqlar hər bir təhsil səviyyəsində şagirdin yaşına və əvvəllər 
əldə etdiyi bilik və bacarıqlara uyğun olaraq təqdim edilir. Hər sinifdə əvvəlki 
mərhələdə verilən biliklərin genişləndirilməsi və dərinləşdirilməsinin nəticəsi 
olaraq “spiralvari” prinsipə əməl edilir.
Ümumi orta təhsil səviyyəsinin VI sinfində şagirdlər canlılara xas əlamətlər, 
canlıların quruluşu, orqanizmlərin təşkili səviyyələri, bioloji proseslərin 
xüsusiyyətləri, bitki və heyvanların insan sağlamlığında rolu, onlara qulluq barədə 
sadə bilik və bacarıqlara yiyələnirlər.
VII sinifdə artıq konkret olaraq canlıların müxtəlifliyi, təsnifatı, müxtəlif 
orqanizmlərdə gedən həyati proseslər, müxtəlif canlıların insan orqanizmində 
törətdiyi xəstəliklər, dərman bitkilərindən təyinatına görə istifadə, respublikanın 
flora və faunasının qorunma yolları ilə bağlı bilik və bacarıqların formalaşdırılması 
nəzərdə tutulur.
VIII sinifdə insan orqanizminin bir vahid kimi qavranılması məqsədi ilə insan 
orqanizminin hüceyrəvi quruluşunun, orqanizm üçün zərərli olan vərdişlərin, 
zədələnmələr və xəstəliklər zamanı ilkin yardım göstərilməsinin əhəmiyyəti nəzərə 
alınmaqla, formalaşdırılacaq bacarıqlar insan orqanizmi barədə verilən digər 
məlumatlardan önə keçirilmişdir. Beləliklə, şagirdə ümumi orta təhsil səviyyəsində 
VI - VIII siniflərdə biologiya fənni üzrə canlılar, onların quruluşu, həyatı 
xüsusiyyətləri, bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsi o cümlədən insanın 
biososial mahiyyəti haqqında zəruri bilik və bacarıqlar məntiqi ardıcıllıqla və 
inkişaf etdirilməklə təqdim edilir.
IX sinfin sonunda ümumi orta təhsil səviyyəsi başa çatır. Bunu nəzərə alaraq 
IX sinifdə bioloji bilik və bacarıqlar fənnin əhatə etdiyi bioloji qanunauyğunluqların 
tədrisi ilə yekunlaşdırılır. Canlıları öyrənən digər elm sahələri- sitologiya, 
histologiya, biokimya elmləri, canlıların kimyəvi tərkibi, irsi xəstəliklər, reproduktiv 
sağlamlıq, insanın ali sinir fəaliyyətinin mexanizmləri, regional ekoloji problemlər 
bu sinifdə bir qədər sadə, lakin əlaqələndirilmiş formada verilir. 
Nəticədə ümumi orta təhsil səviyyəsində (VI–IX siniflərdə) canlıların 
quruluşu, təsnifatı, həyati prosesləri, insan və onun sağlamlığı, biologiyanın 
ümumi qanunauyğunluqları əlaqələndirilərək bir sistem halında tədris edilir.
Ümumi orta təhsil səviyyəsində canlılar barədə sistemli biliklər tam orta təhsil 
səviyyəsinin X–XI siniflərində genişləndirilir və dərinləşdirilir.
X sinifdə bakteriyalardan başlayaraq insana qədər canlıların bütün təsnifat 
səviyyələri əhatə olunmaqla daxili və xarici quruluşu, qidalanması, tənəffüsü, 
orqanizmlərdə suyun və digər maddələrin daşınma xüsusiyyətləri və s. proseslər 


21 
müqayisəli təqdim edilir. Bununla da canlıların bir sistem təşkil etdiyi, sadədən 
mürəkkəbə doğru inkişafı və dəyişiklikləri, orqanizmin quruluşu və həyati 
xüsusiyyətlərində mükəmməlləşmə haqqında şagirdlərdə tam təsəvvür yaranmış 
olur. 
X sinifdə canlıların çoxalması və inkişafı, hüceyrənin elektron mikroskopu 
səviyyəsində quruluşu, onun kimyəvi tərkibi, canlıların təkamülü və təkamülün 
dəlilləri, qlobal ekoloji problemlər, ekoloji tarazlığın qorunması, yoluxucu 
xəstəliklər məlumat verilir. XI sinifdə seleksiya onun qanunları, biotexnologiya, 
bionika, regional ekoloji problemlər, sağlam ailənin qurulmasında sağlam həyat 
tərzinin rolu ilə bağlı bilik və bacarıqlar əhatə olunur, bioloji qanunauyğunluqlar 
daha elmi və məntiqi əsasda şagirdlərə çatdırılmaqla biologiya fənninin tədrisi 
yekulaşdırılır. XI sinfin sonunda canlılar aləmi haqqında geniş məlumata malik olan 
şagird gələcəkdə biologiya elminin hər hansı sahəsi üzrə elmin dərinliklərinin 
öyrənilməsinə hazırlanır.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin