Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu


auksion, Venn diaqramı, ziqzaq, assosiasiya kolu və s



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə25/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   21   22   23   24   25   26   27   28   ...   62
6 Biologiya-kurikulum

auksion, Venn diaqramı, ziqzaq, assosiasiya kolu və s. üsullardan geniş istifadə 
oluna bilər.
 
Beyin həmləsi
Bu üsul əqli hücum da adlandırılır. Şagirdlərdə yeni mövzuya maraq 
oyatmaq, habelə onların nəyi yaxşı (və ya pis) bildiklərini aydınlaşdırmaq 
məqsədilə bu üsuldan istifadə olunur. Hazırlanmış sual lövhədə yazılır, yaxud 
şifahi şəkildə şagirdlərin diqqətinə çatdırılır. Şagirdlər suallara əsasən fikirlərini 
bildirirlər.Bütün ideyalar şərhsiz və müzakirəsiz yazıya alınır. Yalnız bundan sonra 
söylənilmiş ideyaların müzakirəsi, şərhi və təsnifatı başlanır. Aparıcı ideyalar
yekunlaşdırılır, şagirdlər söylənmiş fikirləri təhlil edir, qiymətləndirir.
 
BİBÖ – Bilirəm/İstəyirəm bilim/Öyrəndim 
Bu zaman şagirdlərin əvvəlki bilik və təcrübələri ilə yeni bilikləri arasında 
əlaqə yaratmaqla şagirdlərin müstəqil düşünməsinə nail olmaq nəzərdə tutulur. 
BİBÖ aşağıdakı mərhələlər üzrə aparılır: 
1. Problem müəllim tərəfindən elan edilir. 


31 
2. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı bölmələri 
qeyd edir: – Bilirəm/İstəyirəm bilim/Öyrəndim 
3. Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda 
qeyd olunur. 
4. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır. 
5. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı
öyrəndikləri üçüncü sütunda qeyd edilir. 
Sonda şagirdlər əvvəlki bilikləri ilə sonradan əldə etdikləri fikirləri 
müqayisə edir və ümumiləşdirir. 
Tənəffüsün gigiyenası 
 
 
 
 
 
Auksion 
Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri auksionun keçirilmə 
qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya hadısənin xüsusiyyətləri 
ardıcıl şəkildə adlandırılır. 
Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir: hər bir fikirdən 
sonra müəllim sayır. “Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər. 
Sonuncu təklif verən qalib sayılır. Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun 
üçün hamı bir-birini dinləyir. 
Məsələn: Biologiya dərsində müəllim bu təlim üsulundan yastı qurdların 
xüsusiyyətlərini, həlqəvi qurdların xüsusiyyətlərini, abiotik amillər, hüceyrənin 
kimyəvi tərkibi, iqlim faktorlarının insan orqanizminə təsirini və s. sadalayarkən 
istifadə edə bilər. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin