30
məsuliyyəti bölüşməyə optimal imkan yaradır. Lakin bu əməkdaşlığın əhatə dairəsi
çox azdır.
Fərdi iş şagirdin fəaliyyətini izləmək, potensial imkanlarını müəyyənləşdir-
mək və inkişaf etdirmək məqsədi daşıyır. Fərdi iş zamnı şagirdin sərbəst düşün-
məsi üçün real imkanlar yaranır. Müəllim şagirdin fəaliyyətini tam obyektiv
qiymətləndirə bilir.
Nəzərə almaq lazımdır ki, hər bir təlim formasının üstün cəhətləri olduğu kimi
əks tərəfləri də vardır. Elə buna görə də müəllimlər təlim formalarından istifadə
edərkən dərsin məqsədlərini və sinfin səviyəsini nəzərə almalıdırlar. Bu zaman
düzgün seçilmiş forma və üsullar, tədris prosesinin düzgün istiqamətlənməsinə,
şagird fəaliyyətinin artmasına onların müstəqil düşünərək, yaradıcı axtarışlara sövq
olunmasına, aldığı nəticələrin sərbəst təhlil və müqayisəsini aparmağa yönləndirər.
Rus pedaqoqu Q.Balabaninin apardığı tədqiqatlara əsasən ənənəvi təlimdə
istifadə olunan təlim üsulları şagirdlərin yalnız 10 faizi üçün münasibdir. Qalan 90
faiz şagird oxumağa qadirdir, lakin əldə kitabla yox, başqa formada, “öz
hərəkətləri, real işləri, bütün duyğu üzvləri ilə”
Bu tədqiqatın nəticələrini nəzərə alaraq təlim başqa bir formada
qurulmalıdır. Təlim üsulları demokratik və humanist prinsiplər əsasında
keyfiyyətcə dəyişdikdə, dərketmə və biliklərin mənimsənilməsi prosesində
düşünmə qabiliyyəti aktivləşdiyi halda təlim səmərəli ola bilər. Təlim prosesini
aktiv şəkildə həyata keçirmək, şagirdlərin fəallığına nail olmaq, onların düşünmə
qabiliyyətini inkişaf etdirmək, yaradıcılığa həvəsləndirmək vacibdir.
Yuxarıda deyilənləri nəzərə alaraq fəal təlim üsullarının bu meyarlara daha
çox uyğun gəldiyi fikrindəyik. Fəal təlim üsulları şagirdlərə, xüsusilə də
yeniyetmələrə problemlərin həllinin müstəqil axtarışı və təlim prosesində tədqiqat
fəaliyyətinin təşkili, yeni biliklərə yiyələnmək, yaradıcı düşünmə qabiliyyətlərinin
inkişafı üçün ən münasib şərait yaradır.
Dünya təcrübəsində fəal təlim üsulları onlarladır. Biologiyanın tədrisində
əsasən
klaster, Beyin həmləsi, müzakirə, anlayışın çıxarılması, karusel, BİBÖ,
Dostları ilə paylaş: