Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə27/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   23   24   25   26   27   28   29   30   ...   62
6 Biologiya-kurikulum

 
Müzakirə
Sadə 
quruluşludur 
Xlorofili 
yoxdur 
Yeyilən və 
zəhərli növləri 
var 

Birhüceyrəli və 
çoxhüceyrəli olur 
Keçid formadırlar 
Hazır üzvi 
maddələrlə 
qidalanır- 
heterotrofdur 
Gigiyena 


33 
Müzakirə mövzu ətrafında ideya, məlumat, təəssürat, təhlil və təkliflərin 
qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi təhlil edərək həlli yolunu 
tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır.Müzakirə dinləmək, 
təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır, şagirdlərin məntiqi və 
tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir. 
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır. 
Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar 
vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə müəllim müzakirəni 
tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar vermək 
məqsədəuyğun hesab edilmir. 
Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür 
ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz? Sizin fikrinizcə, həmin 
obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?” 
kimi suallardan istifadə olunur. 
Məsələn: Infeksion xəstəliklər və onlara qarşı mübarizə, insanın təsnifatda 
yeri , biosfer ekologiyaya dair mövzuların tədrisi zamanı diskussiyadan istifadə 
etmək olar.
Akvarium 
Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir. Akvarium bir 
neçə variantda keçirilə bilər. 
“Akvarium”un keçirilməsinin 1-ci variantı: 
Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn,reqlamentə 
əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Şagirdlər 2 qrupa 
bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi 
problemi müzakirə edir. Dairədən kənardakı stullarda əyləşmiş digər qrup isə
diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir. 
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20 
dəqiqədən 
sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları 
diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər 
problemin müzakirəsini davam etdirirlər. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin