33
Müzakirə mövzu ətrafında ideya, məlumat,
təəssürat, təhlil və təkliflərin
qarşılıqlı mübadiləsidir. Onun əsas vəzifəsi problemi
təhlil edərək həlli yolunu
tapmaq, düzgün qərar qəbul etmək üçün imkan yaratmaqdır.Müzakirə dinləmək,
təqdim etmək, sual vermək mədəniyyətini formalaşdırır,
şagirdlərin məntiqi və
tənqidi təfəkkürünü, şıfahi nitqini inkişaf etdirir.
Müzakirə apararkən əvvəlcədən şagirdlərə müzakirə qaydaları xatırladılır.
Mövzu aydın şəkildə ifadə olunur. Müzakirə prosesini inkişaf etdirən suallar
vermək və şagirdlərin cavablarını nəzərdən keçirməklə
müəllim müzakirəni
tənzimləyir. Bu zaman cavabı “Bəli” və ya “xeyr” olan qapalı suallar vermək
məqsədəuyğun hesab edilmir.
Müzakirədə mövzuya aid “Nə baş verdi? Nə üçün baş verdi? Bu başqa cür
ola bilərdimi və necə? Siz bu vəziyyətdə nə edərdiniz?
Sizin fikrinizcə, həmin
obraz nə hiss etdi? Siz bu şəraitdə nə hiss edərdiniz? Bu, düz idimi? Nə üçün?”
kimi suallardan istifadə olunur.
Məsələn: Infeksion xəstəliklər və onlara qarşı
mübarizə, insanın təsnifatda
yeri , biosfer ekologiyaya dair mövzuların tədrisi zamanı diskussiyadan istifadə
etmək olar.
Akvarium
Bu üsulun məqsədi diskussiya vərdişlərini inkişaf etdirməkdir.
Akvarium bir
neçə variantda keçirilə bilər.
“Akvarium”un keçirilməsinin 1-ci variantı:
Şagirdlərin köməyi ilə diskussiya aparmaq qaydaları (məsələn,reqlamentə
əməl etmək, bir-birinin sözünü kəsməmək və s.) müəyyən edilir. Şagirdlər 2 qrupa
bölünür. Bir qrup dairənin daxilindəki stullarda əyləşərək müəllimin təklif etdiyi
problemi müzakirə edir. Dairədən kənardakı stullarda
əyləşmiş digər qrup isə
diskussiyanın müəyyən edilmiş qaydalara uyğun aparıldığını müşahidə edir.
Müəyyən olunmuş mövzu üzrə birinci qrup diskussiya aparır. 15-20
dəqiqədən
sonra diskussiya dayandırılır, “xarici dairənin” iştirakçıları
diskussiyanın gedişini qiymətləndirir və qruplar yerini dəyişərək bu və ya digər
problemin müzakirəsini davam etdirirlər.
Dostları ilə paylaş: