31
2. Müəllim lövhədə 3 sütundan ibarət cədvəl qurur və aşağıdakı
bölmələri
qeyd edir:
– Bilirəm/İstəyirəm bilim/Öyrəndim
3. Şagirdlər problemlə bağlı bildiklərini söyləyir və cavablar birinci sütunda
qeyd olunur.
4. Həmin məsələ ilə bağlı bilmək istədikləri isə ikinci sütuna yazılır.
5. Dərsin sonunda bir daha həmin cədvələ diqqət yetirilir və mövzu ilə bağlı
öyrəndikləri üçüncü sütunda qeyd edilir.
Sonda şagirdlər əvvəlki bilikləri ilə sonradan əldə etdikləri fikirləri
müqayisə edir və ümumiləşdirir.
Tənəffüsün gigiyenası
Auksion
Müəllim öyrənilən məsələni müəyyən edərək şagirdləri
auksionun keçirilmə
qaydaları haqqında təlimatlandırır. Öyrənilən əşya və ya hadısənin xüsusiyyətləri
ardıcıl şəkildə adlandırılır.
Hamı növbə ilə əşya və ya hadisə haqqında fikir söyləyir:
hər bir fikirdən
sonra müəllim sayır. “Bir, iki”. Bu zaman başqa iştirakçı tez təklif verə bilər.
Sonuncu təklif verən qalib sayılır. Fikirlər bir-birini təkrarlamamalıdır. Bunun
üçün hamı bir-birini dinləyir.
Məsələn: Biologiya dərsində müəllim bu təlim üsulundan yastı qurdların
xüsusiyyətlərini, həlqəvi qurdların xüsusiyyətlərini, abiotik amillər,
hüceyrənin
kimyəvi tərkibi, iqlim faktorlarının insan orqanizminə təsirini və s. sadalayarkən
istifadə edə bilər.
Dostları ilə paylaş: