Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə26/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   22   23   24   25   26   27   28   29   ...   62
6 Biologiya-kurikulum

 
Klaster (şaxələndirmə) 
Müəllim tərəfndən lövhədə və ya iş vərəqlərində dairə çəkilir və onun 
mərkəzində yazılmış anlayış ilə bağlı söz və ya ifadələr söyləmək şagirdlərə 
tapşırılır. Mərkəzdə yazılmış anlayışdan başlayaraq hər növbəti söz onunla əlaqəli 
sözlərlə, xətlərlə birləşdirilir. Vaxt bitənə qədər imkan daxilində çox fikir yazmaq 
və onları əlaqələndirmək tövsiyə olunur.Vaxt bitəndən sonra alınan klaster 
müzakirə edilir və ümumiləşdirmə aparılır. Məsələn: 
insanın təsnifatda yeri, həzm 
və tənəffüs orqanlarının gigiyenası, viruslar, bakteriyalar haqqında mövzuların 
tədrisi zamanı klasterden istifadə məqsədəuyğun . 
Bilirəm 
İstəyirəm biləm 
Öyrəndim 
Vərəm 
Skarlatina 
Stofilakok 
Yoluxma yolları 
Törədiciləri 


32 
Müəllim motivasiyanı qoyarkən və yaxud qruplara tapşırıq verərkən  bu 
üsuldan istifadə edə bilər. 
 
Anlayışın çıxarılması 
Bu üsul oyun-tapmaca formasında keçirilir və şagirdlərdə yüksək fəallıq 
yaradır.Müəllim lövhədə dairəvi kart asır, onun arxasında şagirdlərdən tələb 
olunan anlayışı yazır. Kartın yazı olmayan tərəfini şagirdlərə göstərir və 
gizlədilmiş anlayışların xüsusiyyətlərinə aid 2 və ya 3 yönəldici söz sadalayır və 
ya yazır. Şagirdlər həmin xüsusiyyətlərə uyğun olaraq gizlədilmiş anlayışı tapırlar. 
Əgər şagirdlər anlayışı tapmaqda çətinlik çəksələr, müəllim əlavə olaraq yeni 
xüsusiyyətlər sadalayır. 
Şagirdlər öz fərziyyələrini dedikdən sonra müəllim bu tapmacananın tapilib-
tapilmamsını hamıya çatdırır və kartoçkalarda yazılan sözləri açıqlayır.
Məsələn: Şibyələr, göbələklər,ümumiyyətlə heyvanlar aləmi haqqında 
mövzuların tədrisi zamanı bu üsuldan istifadə eetmək olar. 
 
 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin