34
1
1
Venn diaqramı
Əşya və ya hadisələri müqayisə etmək, onların oxşar və fərqli cəhətlərini
müəyyənləşdirmək üçün bu üsuldan istifadə olunur.
Venn diaqramından istifadə prosesi aşağıdakı mərhələlər üzrə aparılır.
1. Müqayisə olunacaq əşya və hadisələr müəyyənləşdirilir.
2. Kəsişən dairələr çəkilir (ortada yazmaq üçün yer saxlanır).
3. I və III dairədə müqayisə olunacaq obyektlər qeyd olunur.
4. Şagirdlər təlimatlandırılır (təlimatda nəyin müqayisə olunacağı və
dairələrdə oxşar və fərqli cəhətlərin necə qeyd olunacağı barədə
danışılır).
5. Müqayisə olunan obyektlər təsvir edilir (fərqli cəhətlər sağ və sol
tərəfdə, oxşar cəhətlər kəsişmə dairəsində qeyd olunur).
6. Müqayisə nəticəsində fikirlər ümumiləşdirilir.
Məsələn:
Vərəm və qripə aid oxşar və fərqli cəhətləri müqayisə etmək üçün Venn
dioqramından istifadə oluna bilər.
Eyni zamanda eyni tipə aid heyvanların müxtəlif
siniflərinin müqayisəsi, müxtəlif bitki şöbələrinin, siniflərinin və fəsilələrinin
müqayisəsi aparıla bilər.
Ziqzaq
Bu üsul mətnin məzmununun qısa müddət ərzində şagirdlər tərəfindən
mənimsənilməsinə imkan yaradır.
Şagirdlər dörd nəfərlik qruplara bölünür (əsas qrup). Qruplardakı şagirdlər
yenidən nömrələnir.Hər qrupdakı eyni rəqəmli şagirdlərdən yeni qrup (ekspert
qrupu) yaradılır.
Öyrəniləcək mətn qrupların sayı qədər hissələrə bölünür və ekspert
qruplarına verilir.
Ekspert qrupları onlara verilən hissəni oxumalı və məzmununu qavramalı
və öz əvvəlki qrupuna qayıdaraq öyrəndiyi hissəni onlara danışmalıdır.
Müəllim informasiyanın dəqiq verildiyinə əmin olmaq üçün suallar verə
bilər. Məsələn: Biologiya dərslərində bu üsuldan geniş istifadə oluna bilər. Hər
hansı canlının quruluşunu, irsi xəstəliklər və onların qarşısının alınması yollarını,
qlobal ekoloji problemləri, dərman bitkilərini, yoluxucu xəstəlikləri və s. bu
üsuldan istifadə etməklə tədris etmək daha səmərəli ola bilər.
Dostları ilə paylaş: