Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə15/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   ...   11   12   13   14   15   16   17   18   ...   62
6 Biologiya-kurikulum

 
4. Canlılar və ətraf mühit 
Şagird: 
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və 
bacarıqlar nümayiş etdirir. 
4.1.1. Ekoloji problemlərin aradan qaldırılmasının irsi xəstəliklərin azalmasına 
təsirini əsaslandırır. 
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir. 
4.2.1. Qlobal ekoloji problemlər və onların həlli yolları haqqında təqdimatlar edir.
4.2.2. Təbii şəraitdə ekoloji tarazlığın qorunmasının əhəmiyyətini şərh edir, 
referatlar hazırlayır. 


17 
 
XI sinif 
 XI sinfin sonunda şagird: 

canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya, biotexnologiya, 
bionika) xüsusiyyətlərini, nailiyyətlərini müasir avadanlıqlardan istifadə 
etməklə şərh edir; 

yer üzərində həyatın əmələ gəlməsini şərh edir, canlıların kimyəvi tərkibinə, baş 
verən dəyişikliklərə dair müşahidələrinin nəticələrini təqdim edir; 

bioloji proseslərin, baş verən dəyişikliklərin fərqli mexanizmlərinin 
xüsusiyyətlərini müqaisəli şərh edir, riyazi üsullarla əsaslandırır; 

insanın fərdi və tarixi inkişafının, psixi proseslər və orada baş verən 
dəyişikliklərin müqayisəli şərhinə dair təqdimatlar edir; 

insan orqanizmində baş verən xəstəliklərin hüceyrə səviyyəsində olduğunu 
əsaslandırır, sağlam ailənin qurulmasında sağlam həyat tərzinin rolunu 
dəyərləndirir; 

təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır, regional 
və qlobal ekoloji problemləri əlaqələndirir.
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
 
1. Canlıların quruluşu və müxtəlifliyi 
Şagird: 
1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu 
nümayiş etdirir.
1.1.1. Canlıları öyrənən elm sahələrinin (seleksiya, mikrobiologiya, 
biotexnologiya, bionika) xüsusiyyətlərini şərh edir, təqdimatlar hazırlayır. 
1.1.2. Canlıların kimyəvi tərkibi və orada baş verən dəyişikliklərə dair müşahidələr 
aparır, nəticələri barədə təqdimatlar edir. 
1.1.3. Müasir avadanlıqlardan istifadə etməklə canlıları öyrənən elm sahələrinin 
nailiyyətlərinə dair məruzə və təqdimatlar hazırlayır. 
1.1.4. Yer üzərində həyatın əmələ gəlməsinə dair fikirləri müqayisəli şəkildə şərh 
edir. 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin