4. Canlılar və ətraf mühit Şagird: 4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir. 4.1.1. Mühit amillərini və onun insan orqanizminə təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir. 4.2.1. Ətraf mühitin çirklənməsi və mühafizəsinə dair mülahizələrini şərh edir.
4.2.2.Ətraf aləm və onun mühafizəsinə dair təqdimat hazırlayır.
IX sınif IX sinfın sonunda şagird:
canlıları öyrənən elm sahələrinin (sitologiya, histologiya, biokimya)
xüsusiyyətlərini, canlıların kimyəvi tərkibini, mikrotəkamülü, müasir
laboratoriya avadanlıqlardan istifadə qaydalarını izah edir;
bioloji prosesləri, orada baş verən dəyişiklikləri izah edir, riyazi üsullarla
əsaslandırır;
insanın formalaşmasında sosial amillərin rolunu və ali sinir fəaliyyətinin
mexanizmini şərh edir;
irsi xəstəlikləri, onların qarşısının alınması yollarını, sağlam həyat tərzi və
reproduktiv sağlamlığın əhəmiyyətini izah edir;
regional ekoloji problemlərl, ekoloji amillərin canlıların həyatında rolunu izah
edir, növlərin müxtəlifliyinin qorunmasına dair topladığı faktları təqdim edir. Məzmun xətləri üzrə əsas və alt-standartlar 1. Canlıların quruluşu və müxtəlifliyi Şagird: 1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 1.1.1. Canlıları öyrənən elm sahələri (sitologiya, histologiya, biokimya) barədə
məlumat toplayır və təqimatlar hazırlayır.
1.1.2. Canlıların kimyəvi tərkibini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsinə dair laboratoriya işlərində müasir
avadanlıqlardan istifadə qaydalarını izah edir.
1.1.4. Mikrotəkamülü izah edir və ona dair təqdimatlar hazırlayır.