Məzmun xətləri üzrə əsas və alt-standartlar 1. Canlıların quruluşu və müxtəlifliyi Sagird: 1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 1.1.1. Canlılar aləmindən bəhs edən elm sahələri barədə fikirlərini şərh edir.
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından
istifadə qaydalarına əməl edir.
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir.
2. Bioloji proseslər Sagird: 2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir. 2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir.
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini sadalayır.
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və
nəticələri ümumiləşdirir. 3. İnsan və onun sağlamlığı Sagird: 3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir. 3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir.
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir. 3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir. 3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və onların
əlamətləriini fərqləndirir.
3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır.
4. Canlılar və ətraf mühit Şagird: 4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir. 4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir. 4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsasında
mülahizələrini şərh edir.
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir.