Fənlərarası inteqrasiya Fənlərarası inteqrasiyanın nəzərə alınması biologiya fənninin digər fənlərlə
əlaqə imkanlarını meydana çıxarır. Zəruri məzmunun mənimsənilməsində rolu və
əhəmiyyəti olan coğrafiya, kimya, fizika, riyaziyyat, texnologiya və s. fənlər üzrə
anlayışların müəyyənləşməsinə şərait yaradır.
Canlılar aləmi maddi gerçəkliyin tərkib hissəsi olmaqla kimyəvi maddələrdən
təşkil olunmuşdur. Orqanizmlərdə baş verən proseslər də məhz fizikanın və
kimyanın qanunlarına əsaslanır. Canlılar coğrafi mühitdə mövcud olmaqla daim
mühitin təsiri ilə qarşılıqlı əlaqədə olur. Bioloji hadisələrin aydınlaşdırılmasında
riyazi hesablamaların, diaqramların qurulmasının, məlumatların toplanması və
təqdim edilməsinin də əhəmiyyəti olduqca böyükdür. Elə buna görə də biologiya
fənn kurikulumunun məzmunu hazırlanarkən ayrı-ayrı fənlərin məzmununun
nəzərə alınması zəruri hesab edilərək, diqqət mərkəzində saxlanmışdır.
Bununla da vaxta qənaət etmək, şagirdləri düşünməyə, axtarış aparmağa və
digər fənlərlə əlaqəli fəaliyyət göstərməyə istiqamətləndirir.
22
Fəndaxili və fənlərarası inteqrasiya VI sinif VII sinif VIII sinif IX sinif X sinif XI sinif 1. Canlıların quruluşu və müxtəlifliyi 1.1. Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş etdirir. 1.1.1. Canlılar aləmini
öyrənən elm
sahələrini fərqləndirir.
C.- 2.1.7 İnf. 1.2.3. 1.1.1. Canlılar
aləmindən bəhs edən
elm sahələri barədə
fikirlərini şərh edir.