18
Şagird:
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir.
3.1.1. İnsanın fərdi və tarixi inkişafına dair müqayisələr aparır, təqdimatlar edir.
3.1.2. Psixi proseslər və orada baş verən dəyişiklikləri
müqayisəli şərh edir və
referatlar hazırlayır.
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir.
3.2.1. İnsan orqanizmində baş verən xəstəliklərin hüceyrə
səviyyəsində olduğunu
əsaslandırır, məruzə və təqdimatlar hazırlayır.
3.2.2. Sağlam ailənin qurulmasında sağlam həyat
tərzinin rolunu dəyərləndirir,
məruzə və təqdimatlar hazırlayır.
4. Canlılar və ətraf mühit
Şagird:
4.1. Canlıların bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
4.1.1. Təbii seçməni yaşamaq uğrunda mübarizənin nəticəsi kimi əsaslandırır,
məruzə və referatlar hazırlayır.
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir.
4.2.1. Ekoloji problemlərin qlobal xarakterini dəyərləndirir, məruzə və təqdimatlar
hazırlayır.
4.2.2. Regional və qlobal ekoloji problemləri əlaqələndirir, referat və təqdimatlar
hazırlayır.
Dostları ilə paylaş: