8
Canlılar və ətraf mühit
Canlıların quruluşu və müxtəlifliyi
Canlıların quruluşu və müxtəlifliyi məzmun xətti üzrə şagirdlər canlıları
cansızlardan fərqləndirmək, canlıları öyrənən elm sahələrini, canlıların təşkil
səviyyələrini, sistematik kateqoriyaları, canlıların funksional və inkişaf vahidi olan
hüceyrənin quruluşu və kimyəvi tərkibini, hüceyrəsiz quruluşa malik olan
virusların xüsusiyyətlərini müəyyənləşdirmək məqsədilə praktik təcrübələr
apararaq nəticələr əldə etmək bacarığına yiyələnirlər.
Bioloji proseslər
Bioloji proseslər məzmun xətti üzrə şagirdlər canlılar aləmini cansızlardan
fərqləndirən qidalanma, tənəffüs, maddələr mübadiləsi qıcıqlanma, böyümə,
çoxalma, inkişaf, hərəkət və onların səbəblərini, irsiyyət, dəyişkənlik və onun
qanunauyğunluqlarını izah edir, bakteriyalar, göbələklər, bitkilər və heyvanlara xas
həyati prosesləri müqayisə etmək bacarığına yiyələnirlər. Müşahidə, eksperiment
və tədqiqatlar aparmaqla canlılarda gedən həyati prosesləri öyrənir və bu
proseslərə təsir edən amilləri (fiziki, kimyəvi, coğrafi, tarixi) təcrübi yolla, riyazi
hesablamaların köməyi ilə təhlil edirlər.
Bu məzmun xətti canlıların fərdi və tarixi inkişafı, onun səbəbləri və təkamülə
dair bilik və bacarıqların, seleksiya və biotexnologiya sahələrində insanın əldə
etdiyi nailiyyətlərin öyrənilməsini təmin edir.
Dostları ilə paylaş: