Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu


Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə3/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   2   3   4   5   6   7   8   9   ...   62
6 Biologiya-kurikulum

Fənnin əhəmiyyəti, məqsəd və vəzifələri. Orta ümumtəhsil məktəblərinin 
başlıca vəzifəsi gəncləri həyatı və özünü dərk edə bilən bir şəxsiyyət kimi 
yetişdirməkdən ibarətdir. Ümumi təhsil fənləri bu vəzifənin yerinə yetirilməsində 
xüsusi rol oynayır. Biologiya bu fənlərdən biri olmaqla canlılar aləmindən bəhs 
edir, şagirdlərə canlı təbiətin maddiliyini, qanunauyğunluqlarını, canlıların 
yaranması, quruluşu, yayılması, inkişafı, qorunması, ən başlıcası isə biososial varlıq 
olan insanın öz orqanizminin quruluşu və həyati xüsusiyyətlərinin öyrənilməsinə 
şərait yaradır. İnsanın davamlı inkişafı və sağlamlığının qorunması ilə bağlı zəruri 
bilik, bacarıq və əməli vərdişlər verir. 
Biologiya təbiətə aid digər elm sahələri ilə sıx əlaqədardır. Fizikanın, 
kimyanın, riyaziyyatın, coğrafiyanın bir sıra qanunları və ekoloji problemlər 
haqqında təsəvvürü olmayan bir insan həyatı lazımi səviyyədə dərk edə 
bilmədiyindən, biologiyanın tədrisi prosesində həmin fənlərə istinad edir. Yalnız 
bu halda dünyanın tam bir vahid kimi qavranılması üçün zəmin yaranmış olur. 
Biologiya fənninin tədrisi sayəsində insanın bioloji və sosial mahiyyətini başa 
düşən şagird özünün, yaxınlarının sağlamlığının qorunmasına və sağlam həyat 
tərzinə hazırlanır. 
Canlılar aləmi insanın iqtisadi həyatında mühüm yer tutur. Bu baxımdan 
təsərrüfat sahələrində bitkilərin, heyvanların və digər canlıların rolu haqqında 
biliklərlə yanaşı, şagirdlərə genetika, seleksiya, biotexnologiya, bionika, 
mikrobiologiya, biofizika, biokimya, fiziologiya, molekulyar biologiyaya aid elmi 
yeniliklərin çatdırılması zərurəti yaranır.
Yaxud şagirdlər təbii mühitin qorunmasının zəruriliyini dərk etməklə 
vətənpərvərlik, bəşərililik və humanizm ruhunda tərbiyə almaqla qlobal ekoloji 
problemləri başa düşürlər. İnsanın qorunmasının Yer kürəsinin bütövlükdə 
qorunması ilə bağlı olması qənaətinə gəlirlər. Onlar təbiətin gözəlliklərindən zövq 
alır, vətənə, torpağa daha doğma münasibət bəsləyirlər.
Bütün bunlar şagirdlərin intellektual inkişafı, vətənini sevən yetkin şəxsiyyət 
kimi formalaşması baxımından əhəmiyyət daşıyır.
Biologiya fənninin ümumi orta və tam orta təhsil səviyyələrində tədrisi 
nəzərdə tutulur. Şagird ümumi orta təhsil səviyyəsində canlılar aləmini öyrənməklə 
daha dolğun bilik və bacarıqlara yiyələnir. Tam orta təhsil səviyyəsində isə artıq 
həyata hazırlanan şagird təbiətin ayrılmaz hissəsi olan canlılar aləmini və özünü 
dərk etmiş olur.
Biologiya fənninin məqsədi şagirdlərə canlılara dair zəruri bilik və bacarıqlar 
mənimsətməklə onlarda ekoloji mədəniyyət, estetik zövq, humanist və 
vətənpərvərlik keyfiyyətləri formalaşdırmaqdan ibarətdir. Bu məqsədin həyata 
keçirilməsi üçün: 

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin