Azərbaycan respublikasinin ümumtəHSİl məKTƏBLƏRİ ÜÇÜn biologiya fəNNİ kurikulumu



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə4/62
tarix26.09.2022
ölçüsü1,15 Mb.
#64123
1   2   3   4   5   6   7   8   9   ...   62
6 Biologiya-kurikulum

ümumi orta təhsil səviyyəsində şagirdlərdə canlı aləmin yaranması, 
quruluşu, funksiyaları, təsnifatı, yayılma qanunauyğunluqları, inkişafı və 
mühafizəsi, onların bir-biri ilə və cansız aləmlə qarşılıqlı əlaqəsi, maddi aləmin 
vəhdət təşkil etməsi barədə ümumi təsəvvürlər formalaşdırılır, onlarda özünə, ətraf 
mühitə qayğıkeş və həssas münasibət yaradılır;
tam orta təhsil səviyyəsində şagirdlərdə həyatın əmələ gəlməsi, hüceyrə, 
üzvi aləmin inkişafı və təkamülü, insanın mənşəyi, genetika və seleksiyanın 



əsasları, ekologiyanın problemləri və həlli yolları, biotexnologiya, bionika, 
mikrobiologiya haqqında anlayışlar yaratmaqla müvafiq bilik və bacarıqlar, canlı 
maddi aləmin tamlığı və vəhdət təşkil etməsi haqqında elmi dünyagörüş və məntiqi 
təfəkkür formalaşdırılır.
 
I. Biologiya təliminin məzmunu 
 
1.1. Ümumi təlim nəticələri 
Ümumi orta təhsil səviyyəsi (VI-IX siniflər) üzrə şagird: 

canlılar aləmini təşkil edən varlıqları səciyyəvi xüsusiyyətlərinə görə 
müqayisə edir, bu barədə mülahizələrini şərh edir;

bioloji varlıqlarda baş verən dəyişiklikləri müşahidə etmək üçün təcrübələr 
qoyur, nəticələri ümumiləşdirir, onları şifahi və yazılı təqdim edir;

canlı varlıqlarda maddələr mübadiləsinin qanunauyğunluqlarını izah edir və 
onları fərqləndirir; 

bitkilərin əkilməsi, becərilməsi, ev heyvanlarının, quşların və digər 
heyvanların bəslənməsi və onlardan məhsul alınması texnologiyasını 
məişətdə tətbiq edir; 

fiziki, kimyəvi, bioloji amillərin canlı varlıqlara mənfi təsiri barədə nəzəri 
biliklərə əsaslanaraq ekoloji problemlərin aradan qaldırılmasına çalışır; 

zədələnmələr zamanı ilk tibbi yardım göstərir, xəstəliklər zamanı 
profilaktik tədbirlər görür.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin