Kimya məktəbdə
65
atomlardan, atomlar isə daha kiçik elementar hissəciklərdən təşkil olunmuşdur.
Maddələr saf maddələrə və qarışıqlara bölünür. Təbiətdə saf maddəyə rast
gəlinmir. Sаf mаddələr – sabit xassələrə malik olub, eyni növ hissəciklərdən təşkil
olunmuşdur. Məsələn, su, oksigen, azot, qlükoza və s.
Eyni növ molekullardan təşkil olunmuş maddələr saf maddələr adlanır.
Onlar sabit fiziki-kimyəvi xassələrə malik olur və konkret formullarla (çoxatomlu
bəsit və bütün mürəkkəb maddələr, məsələn, H
2
, O
3
, H
2
O, C
2
H
5
OH və s.) və ya
kimyəvi işarələrlə (biratomlu bəsit maddələr, məsələn, He, Fe, P, Si və s.) ifadə
edilir. Saf maddələrin xassələri zaman keçdikcə sabit qalır:
Xassələr
t(san)
Təbiətdə, adətən, saf maddələrə rast gəlmək olmur.
Mоlекulyаr mаddələr mоlекullаrdаn, mоlекullаr dа аtоmlаrdаn təşкil
оlunub. Mаddələr hаqqındакı ilк təsəvvürlər bizim еrаmızdаn qаbаqкı əsrə аiddir.
Qədim Hind fəlsəfəsində bizi əhаtə еdən аləmin 5 mаddədən – еfir, hаvа, аlоv, su
və tоrpаqdаn təşкil оlunduğu iddiа еdilirdi. Qədim Çin fəlsəfəsində еfiri аğаc ilə
əvəz еtdilər. Еlmin inкişаfı nəticəsində mаddəyə vеrilən tərif də təкmilləşirdi.
1928-ci ildə çıхаn еnsiкlоpеdiyаdа «Mаddə – bütün
fiziкi cisimlərin qurulduğu
mаtеriаldır», Böyüк Sоvеt Еnsiкlоpеdiyаsındа (V cild): Maddə haqqında «Mаddə,
fiziкi sаhədən fərqli оlаrаq, süкunət кütləsinə mаliк оlаn mаtеriyа növüdür» кimi
tərif də оlub. Hər mərhələdə vеrilmiş tərif həmin dövrün biliк səviyyəsinə uyğun
gəlirdi.
Maddə - xüsusi kütləsi olan hissəciklərdən (məs. elementar hissəciklər,
atom, molekul, qaz, maye, bərk maddələr və s.) təşkil olunmuşdur. Maddə
materiyanın ayrı-ayrı növü olub, sabit fiziki xassələrə malikdir. Maddələr təmiz və
qarışıq halda olurlar.
Qarışıqlar – sabit xassələrə malik olmayıb, müxtəlif növ molekullardan
təşkil edilmişdir. Onlar konkret kimyəvi formulla ifadə oluna bilmir.
Təmiz
maddə eynicinsli, qarışıqlar isə eyni və müxtəlifcinsli olurlar:
a) Eynicinsli (homogen) qarışıqlar – tərkib hissələri gözlə və ya
mikroskopla ayird edilməyən, bircinsli qarışıqlardır. Məsələn, hava, benzin,
mineral sular və s.
b) Müxtəlifcinsli (heterogen) qarışıqlar – tərkib hissələri gözlə və ya
mikroskopla ayird edilə bilən, bircins olmayan qarışıqlardır. Məsələn, süd,
bulanıq su, duman, neft-su qarışığı və s.
Tərkibində heç bir qarışığı olmayan mütləq təmiz (saf) maddə əldə etmək
1(65)2019
66
çox çətindir. Dərman maddələrinin tərkibində belə çox
çiçicik miqdarda da olsa
qarışıqlar olur. Ona görə də praktikada o maddələr saf hesab edilir ki, onlar,
əsasən bir növ molekullardan təşkil olsun və onun tərkibində digər növ molekullar
o qədər az olsun ki, maddənin xassələrinə təsir edə bilməsin. Məsələn, yağış
suyunu və ya bulaqdan axan suyu biz saf hesab etsək də onun tərkibində az da
olsa, digər molekullar olur. Reallıqda həmişə saf hesab etdiyimiz maddə əsl
həqiqətdə az da olsa, qarışıqlara malik olur.
Qarışıqlardan müxtəlif metodlarla saf maddələri ayırmaq olur. Eynicinsli
qarışıqlar bir neçə üsulla ayrılır:
a) Distillə - mayelərin homogen qarışığından onların qaynama
temperaturunun müxtəlifliyinə əsaslanan ayrılma üsuludur. Bu
metodla bir-birində
həll olmuş müxtəlif mayeləri ayırırlar. Bunun üçün şəkil 1.2.-də göstərilən distillə
qurğusu yığılır. Qaynama temperaturu kiçik olan maddə birinci distillə olunur,
onun buxarları soyuducuda kondensləşərək qəbuledicidə toplanır (şəkil 1).
b) Kristallaşdırma - bərk halda olan üzvi maddələrin ən geniş yayılmış
təmizlənmə üsulu olub, maddələrin sıxlığının, həlledicilərdə həll olmasının
müxtəlifliyinə və temperaturdan asılılığına əsaslanır. Bu metodla bərk maddə həll
olduğu mayedən ayrılır.
c) Buxarlandırma – mayedə həll olmuş bərk maddəni səthi geniş olan
qabdan mayeni buxarlandırmaqla həyata keçirilir.
d) Xromatoqrafiya – maddələrin adsorbsiya qabiliyyətlərinin müxtəlifliyinə
əsaslanır. Bu metodla, adətən, dərman maddələri təmizlənir.
Müxtəlifcinsli qarışıqlar da bir neçə üsulla ayrılır:
a)Süzmə - bərk maddəni onun həll olmadığı mayedən ayırmaq üçün tətbiq
edilir. Bəzən bərk-maye heterogen qarışıqdan mayeni ehtiyatla digər qaba
tökməklə (dekantasiya) onu bərk maddədən ayırmağa çalışırlar. Lakin bu halda
qarışığı tam ayırmaq
mümkün olmur; ona görə də belə qarışıqlar sadə ayrılma
metodu olan süzmə ilə həyata keçirilir və bu zaman çox sadə kimyəvi qablardan –
adi qıflardan istifadə edilir (şəkil 2). Qarışıq daxilində filtir kağızı olan sadə
qıfdan buraxilir. Bircins maye filtirdən süzülərək qəbulediciyə keçir. Filtir
kağızının üzərində isə həlledicidə həll olmayan bərk maddənin kiçik hissəcikləri
Dostları ilə paylaş: