1(65)2019
72
Kimyəvi element. Kimyəvi element - nüvəsinin
yükü eyni olan atomlar
növüdür. Hazirda 116 kimyəvi element məlumdur. Kimyəvi elementlər şərti
olaraq iki yerə bölünür:
1) Metallar
2) Qeyri metallar
Cəmi 22 qeyri-metal var. Onları dövri sistem cədvəlində yalnız əsas
yarımqrupda yerləşib. Belə ki:
a) I əsas yarımqrupda - H
b) II əsas yarımqrupda - yoxdur
c) III əsas yarımqrupda - B
d) IV əsas yarımqrupda - C, Si
e) V əsas yarımqrupda - N, P, As
f) VI əsas yarımqrupda - O, S, Se, Te
g) VII əsas yarımqrupda - F, Cl, Br, J, At (halogenlər)
h) VIII əsas yarımqrupda - He, Ne, Ar, Kr, Xe, Rn (təsirsiz qazlar)
Qalan elementlər isə metallardır: Li, Na, K, Rb, Sc, Be, Mg, Ca, Fe, Ag, Au
və s.
Onlar da s-, p-, d- və f-metallar olmaqla 4 əsas tipə bölünür və müxtəlif
əlamətlərə görə təsnif olunur.
Əsas yarımqruplarda qeyri-metalların sayı III qrupdan başlayaraq bir–bir
artır (IIIA-da – 1, IVA-da – 2, VA-da – 3, VIA-da – 4, VIIA-da – 5, VIIIA-da –
isə 6).
Mühitdən asılı olaraq, bəzi kimyəvi elementlər amfoter (ikili) xassələr
göstərdiyindən onlara amfoter elementlər də deyilir. Məsələn, Be, Zn, Al və s.
amfoter xassəli elementlərdir. Hələlik elmə məlum olan 116 kimyəvi elementdən
təbiətdə yalnız 89-una
rast gəlinir, qalanları isə süni yolla alınır. Elementlər yer
qabığında müxtəlif miqdarla yayılmışdır. Yer qabığında ən geniş yayılmış
kimyəvi elementlər - oksigen (49,1 %), silisium (27 %), alüminium (7,59 %),
dəmirdir (4,28 %) və s.
Kimyəvi element və bəsit maddə anlayışlarını qarışdırmaq olmaz. Bəsit
maddə - kimyəvi elementin sərbəst halda varlıq formasıdır. Məsələn,
oksigen
elementi (O) - sərbəst halda ya ikiatomlu oksigen – O
2
, ya da üçatomlu ozon – O
3
bəsit maddəsi şəklində mövcud ola bilir. Eyni bir elementin müxtəlif bəsit
maddələr çəklində mövcud olması allotropiya (şəkildəyişmə), həmən bəsit
maddələrə isə allotropik şəkildəyişmələr (modifikasiyalar) deyilir. Məsələn,
oksigen
və ozon
bəsit maddələri oksigen
elementinin
allotropik
şəkildəyişmələridir. Bəzi kimyəvi elementlər: O, S, P, C, Si və s. allotropik
şəkildəyişmələr əmələ gətirir.
Allotropik şəkildəyişmələr iki səbəbdən mövcud ola bilər:
1) Molekulun tərkibinə daxil olan element atomlarının müxtəlif sayda
olması səbəbindən. Məsələn, oksigen və ozon kimi.
Kimya məktəbdə
73
2) Kristal quruluşun müxtəlif formada olması səbəbindən. Məsələn,
fosforun allotropik şəkildəyişmələrində (ağ, qırmızı və qara fosforda)
olduğu
kimi. Belə ki, ağ fosfor – P
4
molekul, qırmızı və qara fosfor isə müxtəlif formalı
atom kristal quruluşuna malikdir. Bu tipə karbonun allotropik şəkildəyişmələrini
də (almaz, qrafit, karbin, fülleren) misal olaraq göstərmək olar. Karbon – kimyəvi
element, almaz, qrafit, karbin, fülleren isə müxtəlif kristal quruluşlu bəsit
maddələrdir.
Digər tərəfdən də kimyəvi element - atom və molekulu,
bəsit maddə isə
konkret olaraq maddəni xarakterizə edir. Bəsit maddə - sıxlığı, həllolma
qabiliyyəti, ərimə və qaynama temperaturları və s. , kimyəvi element isə nüvəsinin
müsbət yükü, sıra nömrəsi,
oksidləşmə dərəcəsi, izotop tərkibi və s. ilə
səciyyələnir.
Canlı orqanizmin əsas tərkibi H, C, N, va O kimyəvi elementlərindən təşkil
olunmuşdur. Bu elementlərə orqanogen (orqanizmi təşkil edən) elementler
deyilir. Kosmosda ən çox yayılmış elementlər isə H və He-dur.
Bəsit maddələr da oz növbəsində iki yerə ayrılır:
a) Bəsit maddələr (onların sayı azdır, təxminın 400) – molekulları eyni növ
atomlardan təşkil olunub. Məsələn, O
2
, O
3,
H
2
, He, Fe, P, C, Na və s. Onlar
çoxatomlu (H
2
, O
2,
O
3
, N
2,
F
2
, Cl
2
– qaz,
Br
2
– maye, J
2
, P
4
, S
8
– bərk) və
biratomlu (yerdə qalan qeyri-metallar və bütün metallar) ola bilər. Biratomlu bəsit
maddələr kimyəvi işarə, çoxatomlular isə kimyəvi formulla ifadə olunur.
b) Mürəkkəb maddələr (onların sayı milyonlarladır) - molekulları müxtəlif
növ atomlardan təşkil olunub. Məsələn, H
2
SO
4
, SO
3,
H
2
S, H
2
O, CO
2
, HgO, FeCl
2
,
NaBr, CH
4
, C
2
H
4
O
2
və s.
Mürəккəb mаddələr də öz mənşəyinə görə üzvi
və qеyri-üzvi mаddələrə
bölünür. Qеyri-üzvi mаddələrin əsаs sinifləri – окsid, əsаs, turşu və duzlаrdır.
Üzvi mаddələr isə каrbоnun hidrоgеn və bəzi digər еlеmеntlərlə: О, N,
hаlоgеnlər və s. əmələ gətirdiyi birləşmələrdir. Məsələn, CH
4
, CH
3
ОH, CH
3
NH
2
,
CH
3
Cl və s.
Dostları ilə paylaş: