Kimya məktəbdə
71
nüvəsinin yükü +1 dir, ən kiçik atom radiusuna malikdir və s.
Atomlar bir çox hallarda tək mövcud ola bilmir və öz aralarında birləşərək
atom qrupları – molekulları əmələ gətirir. Atom və molekullar hətta elektron
mikroskopları ilə görünə bilməyən çox kiçik hissəciklərdir. Bizim ana dilimizin
əlifbasında olan 32 hərfdən çoxlu sayda sözlər əmələ gəldiyi kimi, müxtəlif atom
növləri də öz aralarında müəyyən
qanunauyğunluqlarla birləşərək, ətraf mühiti
əhatə edən sonsuz sayda molekullar və ya kristallar yarada bilər. Ona görə də
kimya elmi inkişaf etdikcə, molekul və kristalların sayı gündən-günə sürətlə artır.
Atomun kimyəvi xassələri onun quruluşu ilə müəyyən edildiyindən atomun
müasir tərifi belədir: Atom müsbət yüklü nüvədən və mənfi yüklü elektronlardan
ibarət olan, kimyəvi cəhətcə bölünməz ən kiçik elektroneytral hissəcikdir.
Molekul atomun əksinə olaraq bölünəndir və maddənin bütün kimyəvi xassələrini
özündə saxlayan ən kiçik hissəcikdir.
Molekullar isə atomlardan ibarətdir və bəzi atomlardan fərqli olaraq, sərbəst
yaşaya bilir. Onlar maddənin bütün xassələrini
özündə əks etdirən ən kiçik
hissəciyi olub:
a) kütlə
b) ölçü
c) kimyəvi formul
d) quruluşla (bu hər bir molekulun əsas göstəricisidir) və s. xassələrlə
xarakterizə olunur. Məsələn, su molekulu H
2
O
formuluna malik olub, (kütləsi
18/6,02∙10
23
kimidir) bucaq quruluşludur, polyardır və s.
Müxtəlif maddələrin molekullarında atomlar bir-biri ilə müəyyən bir ciddi
qanunauyğunluqla birləşir. Atomların molekulda düzülüş ardıcıllığı molekulun
qyruluş formulunu müəyyən edir. Molekulun tərkibinin kimyəvi işarələrlə ifadəsi
isə kimyəvi formul adlanır. Məsələn, bəzi maddələrin formulu:
azot - N
2
, su -
H
2
O, oksigen - O
2
, ozon - O
3
, karbon qazı - CO
2
və s.
Molekul modelləri də atomların molekulda birləşmə ardıcıllığını və
molekulun fəza quruluşunu göstərir. Məsələn, şəkil 6-da olduğu kimi:
Dostları ilə paylaş: