Nümunə test tapşırıqları Menecerlərdən fərqli olaraq liderlər təşkilatda müsbət dəyişikliyə nail olmaq üçün



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix07.10.2022
ölçüsü1,08 Mb.
#64684
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   15
numune tapsiriqlar

26. Fərdi əmək mübahisəsi nədir?
A) əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə 
yetirilməsi, habelə Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi 
qaydada işəgötürənlə işçi arasında yaranan fikirayrılığıdır. 
B) əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə 
yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur. 
C) kollektiv və fərdi əmək mübahisəsini həll etmək məqsədi ilə işçilərin (işçinin) müvəqqəti olaraq 
öz əmək funksiyasının icrasından tam və ya qismən könüllü imtina etməsidir. 
D) kollektiv müqavilələrin, sazişlərin bağlanması, onlara dəyişikliklərin edilməsi və icrası, habelə 
digər əmək, sosial və iqtisadi məsələlərlə bağlı işçilərin, ya da həmkarlar ittifaqları orqanının 
işəgötürən, onların birlikləri və ya müvafiq icra hakimiyyəti orqanları qarşısında irəli sürdüyü 
tələblərdir. 
E) işəgötürənin, əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının arasında yazılı formada 
bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir. 
27. Ümumi təhsil müəssisələrinə lisenziya hansı müddətə verilir
A) 5 il müddətinə 
B) müddətsiz 
C) müvafiq icra hakimiyyəti orqanının tələb etdiyi müddətə 
D) 1 il müddətinə 
E) ümumi təhsil müəssisəsinin rəhbərinin tələb etdiyi müddətə 
28. Firəngiz Qasımova yeni yaşayış yerinə köçməsi ilə əlaqədar olaraq çalışdığı 
müəssisənin rəhbərinə işdən azad olunma ərizəsi ilə müraciət etmişdir. Onunla bağlanmış 
əmək müqaviləsinə nə zaman xitam verilə bilər?
 
A) 1 təqvim ayı ərzində 
B) Ərizəsində göstərdiyi gün 
C) Onun yerinə işçi təyin edildikdə 
D) Ərizəsində göstərdiyi gündən 1 həftə ərzində 
E) Ərizəsində göstərdiyi gündən 10 təqvim günü ərzində 



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin