Nümunə test tapşırıqları Menecerlərdən fərqli olaraq liderlər təşkilatda müsbət dəyişikliyə nail olmaq üçün


 Aşağıdakı davranışlardan biri şagirdin məsuliyyətinə aid deyil



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix07.10.2022
ölçüsü1,08 Mb.
#64684
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   15
numune tapsiriqlar

35. Aşağıdakı davranışlardan biri şagirdin məsuliyyətinə aid deyil:  
A) Digər şagirdlərin təhsil hüquqlarına hörmət etmək
B) Emosional cəhətdən sağlam sinif mühiti qurmaq
C) Öz hərəkətlərinə görə məsuliyyət daşımaq
D) Məktəb qayda və təlimatlarını öyrənmək
E) Dərsləri ilə bağlı çalışmaq 
36. Sinfin effektiv idarəedilməsi tədrisin keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. 
Aşağıdakılardan biri müəllimin sinfi effektiv idarəetməsinə kömək etmir: 
A) Neqativ davranışları cəza tətbiq etməklə aradan qaldırmaq 
B) Sinfin uyğun şəkildə təşkili
C) Bütün məktəb üzrə qaydaların və təlimatların davamlı olaraq izlənilməsi
D) Konkret və aydın sinif prosedur və qaydaları
E) Şagirdlərlə xoş, eyni zamanda qaydalarla bağlı tələbkar davranmaq 
 
37. Aşağıdakılardan biri qarşılıqlı dərs dinləmənin əsas məqsədlərindən biridir: 
A) Müəllimin öyrətmə bacarıqları haqda əlavə bir obyektiv rəy əldə etmək 
B) Direktorlara vaxtlarını daha səmərəli istifadə edə bilmək üçün dəstək vermək 
C) Həm müəllimləri, həm də şagirdləri sinifdə kənar müşahidəçilərin olmasına öyrəşdirmək 


D) Müəllimlərin peşəkar inkişafına dəstək və müəllimlər arası əməkdaşlığı gücləndirmək
E) Fənn metod birləşmə rəhbərinə kömək etmək 
38. Müəllimin hansı fəaliyyəti valideyn-müəllim əməkdaşlığına mənfi təsir göstərə bilər?
A) Şagirdin təlim nailiyyətlərini valideynlə fərdi şəkildə paylaşmaq
B) Ümumi valideyn iclasında şagirdin uğursuzluğunu müzakirə etmək 
C) Valideynə şagirdin həm uğuru, həm də uğursuzluğu barədə məlumat vermək 
D) Şagirdin ailə vəziyyəti ilə maraqlanmaq və bunu heç kimlə bölüşməmək
E) Şagirdə diqqət göstərmək və onun qayğısını çəkmək 
39. Fikirlərdən biri diferensial yanaşmaya aid deyil: 
A) Diferensial yanaşma şagirdlərin potensialını nəzərə almağı ehtiva edir.
B) Şagirdlərə tapşırıq verəndə idrak taksonomiyasının müxtəlif mərhələlərini nəzərə almaq 
lazımdır.
C) Şagirdə verilən tapşırıqların çətinlik dərəcəsi eyni olmalıdır. 
D) Şagirdləri müxtəlif iş formalarında fəaliyyətə cəlb etmək lazımdır.
E) Nağıl mövzusu keçirilir və şagirdə öz maraqlarına uyğun nağılı oxuyub müzakirə etməyə imkan 
verilir.

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin