Mətni diqqətlə oxuyun və 1-3-cü tapşırıqları mətn əsasında cavablandırın:
Leonardo da Vinçi rəssam, heykəltəraş, musiqiçi, memar, elm xadimi və ixtiraçı idi. Tədqiqat
məqsədilə o, təxminən 30 insan bədənini kəsib, parçalara ayırmışdır və bunun sayəsində daha
əvvəllər çəkilmiş şəkillərdən daha çox real olan insan bədəni şəkilləri çəkmişdir. Qeyd dəftəri
uçan maşın da daxil olmaqla bir çox maşın eskizləri ilə dolu idi. Hazırda bu maşınların bir çoxunun
işləməyəcəyini bilirik, ancaq onun çəkdiyi eskizlər apardığı detallı müşahidələri zəngin xəyal gücü
ilə birləşdirə bilmək bacarığını sübut edir. Leonardonun böyük qavrama gücü və yaradıcılığa sahib
olmasına baxmayaraq, onun etdikləri elmin inkişafına çox az töhfə vermişdir. O, tədqiqatlarının
çoxunu özünü qane etmək məqsədilə edirdi. Buna görə də müasirlərinin çoxu onun etdikləri
haqqında heç bir məlumata malik deyildi. Leonardo da Vinçinin çox sayda eskizi və dəftəri
vəfatından sonra itib-batmış və əsrlər boyunca naməlum qalmışdır.
Dostları ilə paylaş: