Nümunə test tapşırıqları Menecerlərdən fərqli olaraq liderlər təşkilatda müsbət dəyişikliyə nail olmaq üçün


Mətnə əsasən Leonardo da Vinçinin insan bədənini parçalamasının nə kimi faydası



Yüklə 1,08 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix07.10.2022
ölçüsü1,08 Mb.
#64684
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   15
numune tapsiriqlar

51. Mətnə əsasən Leonardo da Vinçinin insan bədənini parçalamasının nə kimi faydası 
olmuşdur? 
A) tibb sahəsinə töhfə verməsi 
B) ətrafı aləmlə əlaqəli yeni fikirlər inkişaf etdirməsi 
C) insan bədənini detallı və doğru bir formada çəkməsi 
D) insan ilə digər canlıların bədən xüsusiyyətlərini müqayisə etməsi 
E) insan heykəllərini nöqsansız düzəltməsi 
52.Mətnə əsasən Leonardo da Vinçinin elmin tərəqqisinə az töhfə verməsinin səbəbi
hansıdır? 
A) tədqiqatları barədə qeydlər aparmaması 
B) eyni anda bir çox mövzu ilə maraqlanması 
C) tədqiqatlarında müşahidədən çox xəyal gücünə üstünlük verməsi 
D) incəsənətə elmdən daha çox dəyər verməsi 
E) başqalarını öz işlərindən xəbərdar etməməsi 
53.Mətnə əsasən Leonardo da Vinçi ilə bağlı hansı nəticəyə gəlmək olmaz? 
A) yaxşı bir müşahidəçi olması 
B) təxəyyülünün məhsullarını kağız üzərində əks etdirə bilməsi 
C) müxtəlif sahələrdə tədqiqatlar aparması 
D) tədqiqatlarına kömək edən şagirdlərinin olması 
E) ideyalarının bir qisminin həyata keçirilməməsi 
 


 
Mətni diqqətlə oxuyun və 4-10-cu tapşırıqları mətn əsasında cavablandırın: 
Körpələrdə mənəvi keyfiyyətlər təbii olaraq mövcud olurmu? Uşaqlarda əxlaqi xarakter 
müəyyən ciddi dilemmalarla üzləşməzdən öncə - körpəliyin ən erkən mərhələsində formalaşır. 
Son araşdırmalar göstərmişdir ki, körpənin aldığı tərbiyə onun əxlaqi inkişafı və gələcək 
həyatındakı uğurları ilə birbaşa bağlılıq təşkil edir. Uşaq tərbiyəsi üzrə ekspert T. Berry Brazelton 
iddia edir ki, o səkkiz aylıq bir uşağı müşahidə edə və bu uşağın həyatda uğur qazanacağını və 
ya uğursuz olacağını söyləyə bilir. Bu, səkkiz aylıq bir körpə üçün olduqca iddialı bir cümlə kimi 
səslənə bilər, lakin həm də valideynlərin qüsursuz uşaq tərbiyəsi üsulları mövzusunda 
maarifləndirilməsinin və uşaqların üzləşə biləcəyi təhlükəli hallara erkən müdaxilə edilməsinin 
vacibliyini önə çəkir. 
Yaxşı valideynliyin təməl daşı sevgi, tikinti materialları isə inam, qəbullanma və nizam-
intizamdır. “Rabitəli valideynlik” anlayışı erkən uşaqlıq dövrü tədqiqatları üçün üstünlük təşkil 
edən bir konsepsiya kimi nəzərdə tutulmuşdur. Öz əsas baxıcısına - əksər hallarda bu ana olur – 
möhkəm bağlı olan körpə təhlükəsiz bir mühitdə özgüvəni olan bir uşağa çevrilir. Körpələrinin 
ehtiyaclarını ( yemək, oynamaq, müdafiə olunmaq, yatmaq və tək qalmamaq kimi) qarşılayan 
valideynlər onlarla etibarlı bağlar qurmağa müyəssər olurlar. Meymunların bir növü (rhesus 
macaque) ilə aparılan bir araşdırma göstərdi ki, körpə meymunlar rahatlıq və təmas bəxş edən, 
lakin qida ilə təmin etməyən anaları yemək verib rahatlıq və təmas qurmayan analardan üstün 
tuturlar. Bu araşdırma sübut edir ki, primatlar arasında sevgi və tərbiyə yeməkdən daha vacibdir. 
Xoşbəxtlikdən, körpələrini sevmək əksər valideynlər üçün təbii bir hal kimi formalaşır və 
beləliklə yaxşı valideynlik üçün ilk şərt asanlıqla qarşılanmış olur. İkinci komponent - 
məhdudiyyətlərin qoyulması və özünü intizamın öyrədilməsi daha mürəkkəb bir proses hesab 
edilə bilər. Bir çox valideynlər körpələrinin ehtiyaclarına dərhal cavab vermək və uşağını 
"korlamaq" arasında tarazlıq tapmaqda çətinlik çəkirlər. Lamaze Ailə Təhsili İnstitutunun İcraiyyə 
Komitəsinin sədri Norton Garfinkl dörd cür valideynlik üslubu müəyyən etmişdir: mülayim və 
məhdudlaşdırıcı, mülayim və sərbəst; soyuq və məhdudlaşdırıcı, soyuq və sərbəst. Mülayim 
valideyn sevgi və məhəbbət nümayiş etdirir; soyuq valideyn sevgini əsirgəyir; məhdudlaşdırıcı 
valideyn övladının davranışına məhdudiyyət qoyur; sərbəst valideyn isə uşağa məhdudiyyət 
tətbiq etmir. Garfinkl müəyyən edir ki, mülayim-məhdudlaşdırıcı valideynlərin övladları özünə 
inam və özünü idarə nümayiş etdirir; mülayim-sərbəst valideynlərin uşaqları özlərinə əmindirlər, 
lakin qaydalara riayət etməkdə çətinlik çəkirlər; soyuq-məhdudlaşdırıcı valideynlərin uşaqları 
əsəbi və qaşqabaqlı olurlar; ən çox narahat uşaqlar isə soyuq-sərbəst valideynlərin övladlarıdır. 
Bu uşaqlarda düşmənçilik və itaətsizlik meyilləri güclü olur.


Mülayim-məhdudlaşdırıcı valideynlik tərzi əxlaqi xarakterin iki əsas ölçüsünü inkişaf 
etdirməyə kömək edir: empatiya və intizam. Valideynləri ilə isti münasibət uşağa digər insanlarla 
münasibətdə empatiya hisslərini inkişaf etdirməyə kömək edir, valideynin məhdudiyyət qoyması 
isə uşaqlarda intizam yaradır və onlara öz nəfslərinə hakim olma qabiliyyəti aşılayır. Öz nəfsinə 
hakim olmaq bacarığı “yetkinlər dünyasında” baş çıxartmaq üçün çox vacib bir qabiliyyət hesab 
edilir. “Emosional zəka” kitabının müəllifi Daniel Qoulman tərəfindən aparılan bir araşdırma dörd 
yaşlı uşaqlardan ibarət bir qrupun öz nəfsinə hakim olma qabiliyyətini sınaqdan keçirib. Tədqiqat 
zamanı hər uşağa bir zefir (jelotinə bənzər qənnadı məmulatı) təklif edilir. Uşaq zefiri dərhal 
yeməyi seçə və ya zefiri yemək üçün on beş dəqiqə gözləyə və gözlədiyinə görə mükafat olaraq 
əlavə bir zefir ala bilər. Tədqiqatçılar həmin uşaqları izləyərək müəyyən etdilər ki, zefirini dərhal 
yeyən uşaqlar məktəb illərində tənhalığa və stresə daha çox meyilli olur, daha tez əsəbləşirlər. 
Əksinə, özünə nəzarət nümayiş etdirən uşaqlar ünsiyyətcil, inamlı və etibarlı olurlar. 
Bu araşdırma, ehtimal ki, “körpəni korlaya bilməzsən” deyiminə cavab verir. Belə çıxır ki, 
aclığın ilk əlamətindəcə doyuzdurulan və hər ehtiyacında arxa durulan uşaq mütləq 
“korlanacaqdır”. Buna rəğmən, əksər valideynlər körpələrinin ehtiyaclarını özlərininki ilə 
tarazlamağa meyllidirlər. Bəzi valideynlər isə körpəni gecənin ortasında oyandıqda götürməyərək 
gecə boyu yatmağı öyrədir. Körpələrinin qışqırıqlarına məhəl qoymamaq bu valideynlər üçün 
üzücü olsa da, onlar körpələrinə özbaşına yuxuya getməyi və gecə yuxusundan faydalanmağı 
öyrətmiş olur.
Valideynlər sövq-təbii və fərqli icma vərdişləri ilə yaxşı valideynlik üsullarına yiyələnsələr 
də, körpə böyütmək üçün sınaqlara, təəssüf ki, hələ tam hazır deyillər. Bu körpələr məyus
asosial, təcrid olunmuş bir həyat yaşamağa məhkumdurlarmı? Əlbəttə xeyir. Uşaq tərbiyə 
mərkəzlərində təkmilləşdirmə kursları təşkil edərək valideynləri maarifləndirmək, onlara 
övladlarının tərbiyəsində dəstək olmaq olar. Bununla belə, araşdırmalar göstərir ki, bu vasitələr 
nə qədər tez işə salınsa, bir o qədər yaxşı olar.
 

Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin