51. Mətnə əsasən Leonardo da Vinçinin insan bədənini parçalamasının nə kimi faydası
olmuşdur?
A) tibb sahəsinə töhfə verməsi
B) ətrafı aləmlə əlaqəli yeni fikirlər inkişaf etdirməsi
C) insan bədənini detallı və doğru bir formada çəkməsi
D) insan ilə digər canlıların bədən xüsusiyyətlərini müqayisə etməsi
E) insan heykəllərini nöqsansız düzəltməsi
52.Mətnə əsasən Leonardo da Vinçinin elmin tərəqqisinə az töhfə verməsinin səbəbi
hansıdır?
A) tədqiqatları barədə qeydlər aparmaması
B) eyni anda bir çox mövzu ilə maraqlanması
C) tədqiqatlarında müşahidədən çox xəyal gücünə üstünlük verməsi
D) incəsənətə elmdən daha çox dəyər verməsi
E) başqalarını öz işlərindən xəbərdar etməməsi
53.Mətnə əsasən Leonardo da Vinçi ilə bağlı hansı nəticəyə gəlmək olmaz?
A) yaxşı bir müşahidəçi olması
B) təxəyyülünün məhsullarını kağız üzərində əks etdirə bilməsi
C) müxtəlif sahələrdə tədqiqatlar aparması
D) tədqiqatlarına kömək edən şagirdlərinin olması
E) ideyalarının bir qisminin həyata keçirilməməsi
Mətni diqqətlə oxuyun və 4-10-cu tapşırıqları mətn əsasında cavablandırın:
Körpələrdə mənəvi keyfiyyətlər təbii olaraq mövcud olurmu? Uşaqlarda əxlaqi xarakter
müəyyən ciddi dilemmalarla üzləşməzdən öncə - körpəliyin ən erkən mərhələsində formalaşır.
Son araşdırmalar göstərmişdir ki, körpənin aldığı tərbiyə onun əxlaqi inkişafı və gələcək
həyatındakı uğurları ilə birbaşa bağlılıq təşkil edir. Uşaq tərbiyəsi üzrə ekspert T. Berry Brazelton
iddia edir ki, o səkkiz aylıq bir uşağı müşahidə edə və bu uşağın həyatda uğur qazanacağını və
ya uğursuz olacağını söyləyə bilir. Bu, səkkiz aylıq bir körpə üçün olduqca iddialı bir cümlə kimi
səslənə bilər, lakin həm də valideynlərin qüsursuz uşaq tərbiyəsi üsulları mövzusunda
maarifləndirilməsinin və uşaqların üzləşə biləcəyi təhlükəli hallara erkən müdaxilə edilməsinin
vacibliyini önə çəkir.
Yaxşı valideynliyin təməl daşı sevgi, tikinti materialları isə inam, qəbullanma və nizam-
intizamdır. “Rabitəli valideynlik” anlayışı erkən uşaqlıq dövrü tədqiqatları üçün üstünlük təşkil
edən bir konsepsiya kimi nəzərdə tutulmuşdur. Öz əsas baxıcısına - əksər hallarda bu ana olur –
möhkəm bağlı olan körpə təhlükəsiz bir mühitdə özgüvəni olan bir uşağa çevrilir. Körpələrinin
ehtiyaclarını ( yemək, oynamaq, müdafiə olunmaq, yatmaq və tək qalmamaq kimi) qarşılayan
valideynlər onlarla etibarlı bağlar qurmağa müyəssər olurlar. Meymunların bir növü (rhesus
macaque) ilə aparılan bir araşdırma göstərdi ki, körpə meymunlar rahatlıq və təmas bəxş edən,
lakin qida ilə təmin etməyən anaları yemək verib rahatlıq və təmas qurmayan analardan üstün
tuturlar. Bu araşdırma sübut edir ki, primatlar arasında sevgi və tərbiyə yeməkdən daha vacibdir.
Xoşbəxtlikdən, körpələrini sevmək əksər valideynlər üçün təbii bir hal kimi formalaşır və
beləliklə yaxşı valideynlik üçün ilk şərt asanlıqla qarşılanmış olur. İkinci komponent -
məhdudiyyətlərin qoyulması və özünü intizamın öyrədilməsi daha mürəkkəb bir proses hesab
edilə bilər. Bir çox valideynlər körpələrinin ehtiyaclarına dərhal cavab vermək və uşağını
"korlamaq" arasında tarazlıq tapmaqda çətinlik çəkirlər. Lamaze Ailə Təhsili İnstitutunun İcraiyyə
Komitəsinin sədri Norton Garfinkl dörd cür valideynlik üslubu müəyyən etmişdir: mülayim və
məhdudlaşdırıcı, mülayim və sərbəst; soyuq və məhdudlaşdırıcı, soyuq və sərbəst. Mülayim
valideyn sevgi və məhəbbət nümayiş etdirir; soyuq valideyn sevgini əsirgəyir; məhdudlaşdırıcı
valideyn övladının davranışına məhdudiyyət qoyur; sərbəst valideyn isə uşağa məhdudiyyət
tətbiq etmir. Garfinkl müəyyən edir ki, mülayim-məhdudlaşdırıcı valideynlərin övladları özünə
inam və özünü idarə nümayiş etdirir; mülayim-sərbəst valideynlərin uşaqları özlərinə əmindirlər,
lakin qaydalara riayət etməkdə çətinlik çəkirlər; soyuq-məhdudlaşdırıcı valideynlərin uşaqları
əsəbi və qaşqabaqlı olurlar; ən çox narahat uşaqlar isə soyuq-sərbəst valideynlərin övladlarıdır.
Bu uşaqlarda düşmənçilik və itaətsizlik meyilləri güclü olur.
Mülayim-məhdudlaşdırıcı valideynlik tərzi əxlaqi xarakterin iki əsas ölçüsünü inkişaf
etdirməyə kömək edir: empatiya və intizam. Valideynləri ilə isti münasibət uşağa digər insanlarla
münasibətdə empatiya hisslərini inkişaf etdirməyə kömək edir, valideynin məhdudiyyət qoyması
isə uşaqlarda intizam yaradır və onlara öz nəfslərinə hakim olma qabiliyyəti aşılayır. Öz nəfsinə
hakim olmaq bacarığı “yetkinlər dünyasında” baş çıxartmaq üçün çox vacib bir qabiliyyət hesab
edilir. “Emosional zəka” kitabının müəllifi Daniel Qoulman tərəfindən aparılan bir araşdırma dörd
yaşlı uşaqlardan ibarət bir qrupun öz nəfsinə hakim olma qabiliyyətini sınaqdan keçirib. Tədqiqat
zamanı hər uşağa bir zefir (jelotinə bənzər qənnadı məmulatı) təklif edilir. Uşaq zefiri dərhal
yeməyi seçə və ya zefiri yemək üçün on beş dəqiqə gözləyə və gözlədiyinə görə mükafat olaraq
əlavə bir zefir ala bilər. Tədqiqatçılar həmin uşaqları izləyərək müəyyən etdilər ki, zefirini dərhal
yeyən uşaqlar məktəb illərində tənhalığa və stresə daha çox meyilli olur, daha tez əsəbləşirlər.
Əksinə, özünə nəzarət nümayiş etdirən uşaqlar ünsiyyətcil, inamlı və etibarlı olurlar.
Bu araşdırma, ehtimal ki, “körpəni korlaya bilməzsən” deyiminə cavab verir. Belə çıxır ki,
aclığın ilk əlamətindəcə doyuzdurulan və hər ehtiyacında arxa durulan uşaq mütləq
“korlanacaqdır”. Buna rəğmən, əksər valideynlər körpələrinin ehtiyaclarını özlərininki ilə
tarazlamağa meyllidirlər. Bəzi valideynlər isə körpəni gecənin ortasında oyandıqda götürməyərək
gecə boyu yatmağı öyrədir. Körpələrinin qışqırıqlarına məhəl qoymamaq bu valideynlər üçün
üzücü olsa da, onlar körpələrinə özbaşına yuxuya getməyi və gecə yuxusundan faydalanmağı
öyrətmiş olur.
Valideynlər sövq-təbii və fərqli icma vərdişləri ilə yaxşı valideynlik üsullarına yiyələnsələr
də, körpə böyütmək üçün sınaqlara, təəssüf ki, hələ tam hazır deyillər. Bu körpələr məyus,
asosial, təcrid olunmuş bir həyat yaşamağa məhkumdurlarmı? Əlbəttə xeyir. Uşaq tərbiyə
mərkəzlərində təkmilləşdirmə kursları təşkil edərək valideynləri maarifləndirmək, onlara
övladlarının tərbiyəsində dəstək olmaq olar. Bununla belə, araşdırmalar göstərir ki, bu vasitələr
nə qədər tez işə salınsa, bir o qədər yaxşı olar.
Dostları ilə paylaş: |