41. Zorakılıq və bullinqə məruz qalmanın nəticələri aşağıdakı bəndlərdən hansında düzgün
göstərilmişdir:
1.
Depressiya və intihar
2.
İnsanlarla münasibət qurmada çətinliklər
3.
Akademik bacarıqlarda zəifləmə
4.
Problemin həllinə yönəlik bacarıqların inkişafı
5.
Psixoloji dözümlülüyün artması
A) 1, 2, 5
B) 3, 4, 5
C) 1, 2, 3
D) 1, 2, 4
E) 1, 3, 5
42. Yeniyetməlik yaş dövrünə aid deyil:
A) Uşağın müstəqilliyə artan təlabatı ilə onu həyata keçirmək imkanları arasında
uyğunluğun
yeniyetmələrin inkişafının əsas hərəkətverici qüvvəsi olması
B) Maraqların və əhvalın tez və kəskin dəyişməsi, mənfi emosiyalar, aqressiv təzahürlər, affekt
tipli reaksiyaların üstünlük təşkil etməsi
C) Şəxsiyyətin sosial yönəlişinin təməlinin möhkəmlənməsi, özünüdərketmə, özünütəsdiqetmə və
özünüifadəetmə bacarıqlarının formalaşması
D) Öz daxili aləminə yönəlmiş maraq hissinin yaranması
E) Romantik hisslərin formalaşması
43. Yeniyetmələrdə “yaşlılıq hissinin” davranış təzahürlərinə aiddir:
1.
Böyüklərin zahiri görkəmlərini və davranışını təqlid etmək (məs.
oğlanlarda zərərli
vərdişlərə meyillilik, qızlarda saç boyama və s.)
2.
Ailə və məktəb həyatında yaşlı adam kimi iştirak, biliklərə müstəqil yiyələnmə cədləri
3.
Ailədən uzaqlaşma (emansipasiya) istəyi və yeniyetmə maksimalizmi
4.
Kəskin və tez dəyişən emosional
vəziyyət
A) 1, 2; B) 2, 3; C) 1, 3; D)3, 4; E) 1, 4
Dostları ilə paylaş: