D) təhsil müəssisəsində tədris prosesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə
hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psixoloji
zorakılığa yol verməmək.
E) yüksək intellektual səviyyəyə
və praktiki iş qabiliyyətinə, yeni texnologiyalara yiyələnmək,
informasiya axınında çevik istiqamət tapmaq bacarığını formalaşdırmaq
24. Məzmun standartlarının mənimsənilməsi istiqamətində, əsasən, hansı qiymətləndirmə
növlərindən istifadə olunur?
1. rüblük qiymətləndirmə (nəticəyönümlü)
2. ilkin səviyyənin qiymətləndirilməsi (diaqnostik qiymətləndirmə)
3. irəliləyişlərin monitorinqi (formativ qiymətləndirmə).
4. yekun (summativ) qiymətləndirmə.
5. fərdi
qiymətləndirmə
A) 2,3,4
D) 1,2,4
B) 1,2,5
E) 2,3,5
C) 2,4
25. “Ümumi təhsil müəssisələrinin növlər üzrə Meyarları”na əsasən aşağıda qeyd
olunanlardan hansı lisey üzrə meyarlardan biridir:
A) istedadlı şagirdlərin yerli və beynəlxalq fənn olimpiadalarına və müsabiqələrə hazırlığı üçün
mərkəzlərin yaradılması
B) müvafiq təmayüllər (yalnız humanitar) üzrə tədrisin təşkil edilməsi
C) şagirdlərin tam dövlət təminatında saxlanılması
D) şagirdlərin məktəbə yaşadıqları rayonun (şəhərin) icra hakimiyyətinin qərarına əsasən qəbul
olunması
E) sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesi üçün zəruri köməkçi xidmətin təşkil
olunması