72
NƏTİCƏ VƏ TƏKLİFLƏR
Turizm ölkələrin inkişafında önəmli rol oynayan, iqtisadi cəhətdən böyük faydası
olan və hər keçən gün daha da böyüyən bir sektordur. Bu çərçivədən baxdığımız zaman
İçərişəhər həm turizmin çeşidliliyi baxımından, həm də turistləri öz qədimliyi ilə cəlb
etməsi ölkə turizmində əhəmiyyətli yerə malikdir. Bir
çox dünyaca məşhur turizm
destinasiyalarının sahib olduqları potansiala malik olan İçərişəhər bənzərsiz turizm
məhsuludur.
Burada tarixi turizm, mədəniyyət turizmi, idman,
əyləncə turizm növləri kimi
turizm növləri mövcuddur. İçərişəhər, statistikaya əsasən turist destinasiyaları arasında
hələ çox öndə olmasa da turizm potansialı baxımından önə keçmək imkanına
malikdirlər.
Tədqiqat işimin ilk hissəsi turizm marketinqi, turizm məhsulu və turist
destinasiyası anlayışlarını əhatə etmiş, ikinci hissəsində markalama və destinasiya
markalaması anlayışları əhatə edilmiş və üçüncü bölmədə içərişəhər haqqında ümumi
informasiya verilmişdir. Burada İçərişəhəri ziyarət edən
yerli və xarici turistlərin
İçərişəhər ilə əlaqəli təəssüratlarına yönəlmiş anket suallarına verilmiş cavablar analiz
edilərək nəticələr ilə əlaqəli fikir yürüdülmüşdür.
İçərişəhəri ziyarət edən xüsusən xarici turistlərə yönəlmiş bu tədqiqatda İçərişəhər
turizm potansialı baxımından araşdırılmış, turistlərin öz düşüncələrində İçərişəhər
barəsində müsbət və mənfi fikirlər müəyyən olunmuş, İçərişəhər ilə əlaqəli fikirlər və
destinasiya markası olaraq qəbul edib etmədikləri kimi suallar verilmiş və verilən
cavablara əsaən statistika baxımından analiz edilmiş nəticələr müəyyən olunmuşdur.
Tədqiqat zamanı anket suallarını cavablandıran İçərişəhərə gələn turistlərin sosial
– demoqrafik xüsusiyyətləri nəzərdən keçirilmiş və qadınların
kişilərədən daha çox
73
olduqları müəyyən olunmuşdur. İştirakçıların yaş ortalamasına baxdıqda çoxluğu
gənlər təşkil edir.Gələnlərin çoxunu əsasən ali təhsilli və orta təbəqə nümayəndələri
əhatə edir.
Sorğuda iştirak edən insanların çoxu buraya tarix - mədəniyyət, memarlıq
abidələrinin ziyarəti üçün gələnlərdir. İkinci sıranı isə idman, sərgi ,
konsert tipli
tədbirlər üçün baş çəkənlərdir. Bu da son illər ölkəmizdə baş tutan birinci avropa
oyunları , Formula 1 yarışı, velo yarışlar və s. kimi müsabiqələr turistləri cəlb edən
başlıca amillərdəndir.
Anketdə sualları cavablandıran turistlərin İçərişəhəri ziyarət etmələrində internet
reklamlarının rolu böyük olmuşdur. İkinci yeri isə turizm informasiya mərkəzləri əhatə
edir. Turistlərin 81.3% - i buranı yenidən gəlib görmək fikirindədirlər və İçərişəhər
barəsində öz yaxın dost və ya tanışlarına məlumat verəcəkləri qənayətindədirlər.
Anketdə həmçinin, bir açıq sual qeyd edilmişdir. Burada məqsəd İçərişəhərin
turist destinasiya brendi kimi formalaşmasında dünyanın digər yerləri ilə müqayisəsi
əsas götürülmüşdür.Nəticədə bir sıra əcnəbi turistlər öz təcrübələrinə əsasən İçərişəhəri
müqayisə etmişlər və maraqlı turizm mərkəzlərinin adlarını vurğulamışlar.
İlk olaraq Fransada yerləşən Carcasson ( qoşa qala divarları ilə əhatə olunmuş,
şəhər içərisində yerləşən kiçik şəhərdir) ilə müqayisə etmişdir. İkinci
olaraq təbiət
hadisəsi nəticəsində iki adanın qalıqları ilə birləşmiş, Paris şəhərində sena çayı
sahilində yerləşən İle de la Cite. Üçüncü olaraq Nanluoguxiang, Beijing Çində yerləşən
məşhur turist destinasiyasıdır. Bundan başqa Praqa şəhərindəki Stare Mesto, Tiflis və
Polşa şəhərindəki qədim şəhər turist destinasiyası və s kimi yerlər turistlər tərəfindən
səslənmişdir.
74
Sorğuda iştirak edən turistlər, İçərişəhəri Bakının ürəyi, simvolu adlandırırlar,
digər bir tərəfdən 99.1% insanlar isə buranı Qonaqpərvər bir şəhər olaraq qəbul edirlər.
Çox az bir hissəsi isə əksini söyləmişdir.
Turistlərin 92% - i İçərişəhəri turist destinasiya brendi olaraq qəbul edirlər. Çünki
buranın özünəməxsus abu - havası
tikililəri, simvol və işarələri, barəsində bir çox
əfsanə və hekayələr və s bunu deməyə vadar edir.
Sorğuda belə müəyyən olunmuşdur ki, 43,1 % əhali buraya üç və daha artıq gəlmə
turistlərdir. İnsanların ölkəmizə, İçərişəhərə birdən daha
çox gəlmə səbəbləri həm
buranın 36.6% - i tarix- memarlıq, mədəniyyət abidələrini görmək, onlardan həzz
almaq kimi xüsusiyyətlər özündə daşıyır. Digər bir tərərfdən sorğu müddəti Formula 1
maşın yarışlarını əhatə etdiyindən və nəzərə alsaq ki, bu il üçüncü dəfədir ki, ölkəmiz
ev sahibliyi edir bu normal göstərici olardı.
Digər bir tərəfdən 44.6% iştirakçı İçərişəhərdə məlumatların lövhələrdən alındığını
deyirlər. 66.17 % -i də İçərişəhəri təhlükəsiz hesab edir.
Təklif olaraq irəli sürmək olar ki, ölkəmizdə hər il və ya mütəmadi olaraq dünya
əhəmiyyətli müsabiqələrin keçirilməsidir. Çünki, aparılan
tədqiqata əsasən məlum
olmuşdur ki, ölkəyə turist artımı sürətlənmiş və iqtisadi gəlirlərin formalaşmasında
turizm payı da özünü göstərmişdir. Digər bir tərəfdən İçərşəhərin brend kimi
formalaşması üçün bir çox dünya əhəmiyyətli televizor kanallarında (BBC, CNN)
anonslar getməli və ya qısa filmlər nümayiş etdirilməlidir. Bununla yanaşı İçərişəhərdə
bir sıra istifadəsi bağlı olan tikililər hazır vəziyyətə gətirilərək turistlərin istifadəsinə
verilməlidir. Hal – hazırda İçərişəhərdə turistlərin ziyarət edə biləcəkləri yerlər azdır.
Həmçinin, İçərişəhəri brenləşdirəcək amillər oraya çıxarılmalı və ya brend olmaq üçün
vacib standartlar lazımi orqanlar tərəfindən işlənib hazırlanılmalıdır.