23
Cə dvə l 1.1.2
İ
qtisadi fə aliyyə t növlə ri üzrə enerji mə hsullarının istehlakı
Məhsul
2011
2012
2013
2014
2015
Xam neft, min ton
6,173.5
6,345.5
6,215.5
6,576.4
6,721.4
Neft zavodlarının qazı, min ton
262.4
244.9
262.5
276.1
246.5
Mayeləşdirilmiş neft qazları, min ton
6.2
61.4
55.4
105.0
114.8
Ağ neft tipli reaktiv mühərrik yanacağı, min
ton
5.7
1.6
7.6
8.0
7.0
Ağ neftin sair növləri, min ton
0.1
0.1
17.1
22.9
3.8
Dizel yanacağı, min ton
14.3
14.0
13.1
15.2
14.7
Az kükürdlü mazut, min ton
58.1
118.9
125.1
20.7
13.1
Nafta, min ton
217.0
209.9
163.5
127.9
222.9
Neft koksu, min ton
6.6
4.2
4.2
2.9
1.4
Digər neft məhsulları, min ton
146.2
205.5
261.9
244.3
198.7
Təbii qaz, milyon kub m
5,195.9
5,912.1
6,774.0
6,878.6
7,178.3
İ
stilik enerjisi, min Qkal
234.4
205.3
192.6
187.7
220.0
Elektrik enerjisi, milyon kVt saat
3,431.1
3,887.4
6,131.4
6,099.9
6,570.2
Odun, min ton
0.1
0.1
0.4
18.0
19.5
Yanacağın sair növləri, min ton
4.9
5.8
5.2
5.6
5.0
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
24
1.2
Yanacaq-enerji sə rvə tlə rinin istifadə sində n yaranan sosial-iqtisadi zə rə rin
müə yyə nləş dirilmə si
Energetika bütün sənaye sahələrinin, nəqliyyatın, məişət və kənd təsərrüfatının
inkişafının əsas istiqamətləndirici (hərəkətverici) faktoru, əmək məhsuldarlığını və
ə
halinin rifahını yüksəltməyin əsası sayılır. Bu sahə ölkənin sosial iqtisadi həm də
ekoloji vəziyyətinə güclü təsir qüvvəsinə malikdir. Energetika müəssisələrinin ətraf
mühitin çirklənməsində payı olduqca böyükdür. Enerji qurğularının tipindən asılı
olaraq onların təsiri müxtəlif olur.
Yanacaq-enerji sərvətlərindən istifadə iqtisadiyyatın inkişafına nə qədər təkan
verirsə bir o qədər də sosial-iqtisadi tərəfdən özündən asılı hala salır. Ölkəmizdə və
ümumilikdə dünya praktikasında təbii sərvətlərə köklənmiş iqtisadiyyatın
uzunmüddətli dövrdə iflasa uğraması reallığının mövcud olduğu danılmaz faktdır.
Qeyd olunduğu kimi, həm dünya ölkələri həm də Azərbaycan Respublikasının
iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir. Belə ki,
büdcəyə daxilolmaların əksər payı neft-qaz sektorunun payına düşür. Dünya
bazarında neft qiymətləri aşağı düşdükdə isə ölkədə iqtisadi-sosial durum neqativ
istiqamətdə dəyişir. 2015-ci ildə bu mənzərənin şahidi olduq. Belə ki, dünya
bazarında neft qiymətinin kəskin düşməsi nəticəsində fevral və dekabr aylarında milli
valyutanın devalvasiyaya uğramasına səbəb oldu ki, bu da öz növbəsində, əhalinin
bank borclarını yeni məzənnə ilə ödəmə çətinliyi, əmanətlərin kütləvi çıxarışı,
bankların likvidlik problemi, xarici borcların qaytarılmasının mümkünsüzlüyü,
qiymətlərdə bahalaşma, gəlirlərin aşağı düşməsi, əmək haqqlarında azalma, dövlət və
özəl sektorda kütləvi ixtisarlarla nəticələndi. Bütün bu sadalanan problemlər
zəncirvari olaraq bir-birindən asılı halda cərəyan etdi və ümumilikdə əhalinin sosial
qitisadi durumunun, rifah halının aşağı düşməsinə səbəb oldu.
Bərpa olunmayan enerji mənbələrindən istifadənin səbəb olduğu ekoloji
problemlər və onların fəsadları da olduqca genişdir. Qeyd edildiyi kimi, bərpa
olunmayan energetikada faydalı qazıntılar tükənməklə yanaşı, həm də mənfi nəticələr
25
baş verir: atmosfer istilik çirklənməyə məruz qalır, nəqliyyat və enerji qurğuları
vasitəsilə atmosferin oksigeni intensiv sərf olunur, ətraf mühit zərərli tullantılarla
çirkləndirilir, nüvə enerjisindən istifadə edildikdə isə texnogen fəlakətin baş vermə
təhlükəsi yaranır.
İ
stilik elektrik stansiyaları (İES) energetika sahəsində geniş istifadə olunan
enerji mənbələindən hesab olunur və onun ətraf mühitə təsiri genişdir. Bu təsir
xüsusilə yandırılan yanacağın tipindən asılıdır. İES-lərdə istifadə olunan materiallar
isə bərk yanacaq, daş kömür, torf,maye yanacaq və təbii qazdır.
Bərk yanacaq yandırıldıqda havayauçucu kül, sulfid və kükürd anhidridi, azot
oksidləri olan flüor birləşmələri ayrılır ki, onlar da yanmayan yanacağın
hissəcikləridir. O cümlədən, tam yanma qabiliyyəti olmayan yanacağın qazşəkilli
məhsulları da daxil olunur. Uçucu külün tərkibidə maddələrlə zəngin olur, belə ki,
bəzi hallarda toksik olmayan qarışıqla bərabər, zərərli qarışıqlara da rast gəlinir.
Misal üçün, Donetskdə rast gəlinən antrasitinin külündə cüzi miqdarda da olsa arsen
olur.
Planetimizdə ən geniş yayılmış qazıntı yanacaq növü daş kömürdür.
Mütəxəssislərin fikrincə, bütün planetin daş kömür ehtiyatı 500 ilə çatar. Bu yanacaq
növü neftdən daha qənaətli hesab olunur. Həmçininbu yanacaq növü neftdən fərqli
olaraq bütün dünya boyunca daha bərabər paylanıb. Daş kömürdən müxtəlif yanacaq
növləri də əldə etmək mümkündür, onlardan ən genişi sintetik maye yanacaq
məhluludur. Buna baxmayaraq, bu növ məhsulun maya dəyəri çox baha başa gəlir.
Həmçinin istehsalat prosesi yüksək təzyiq altında aparılır. Lakin bu yanacağın ekoloji
baxımdan önəmi vardır ki, bu da onun üstün cəhəti hesab oluna bilər. Belə ki, sintetik
yanacağın oktan ədədin yüksəkdir. Bu isə öz növbəsində, onu, ekoloji baxımdan daha
təmiz yanacaq növü edir.
Yanacaq-energetikada istifadə olunan digər yanacaq resursu isə torfdur. Bu
istifadə nəticəsində ətraf mühitə heç də müsbət təsir etmir. Nəticədə su sisteminin
rejiminin pozulması, torf çıxarılan yerdə landşaft və torpaq örtüyünün dəyişməsi,
yerli şirin su mənbələrinin keyfiyyət tərkibinin pisləşməsi, atmosfer havasının
26
çirklənməsi, flora və fauna aləminin, canlıların yaşayış şəraitinin pisləşiməsi kimi bir
sıra mənfi hallar baş verir. Məsələ yalnız bununla yekunlaşmır, torfun daşınması və
saxlanması da öz növbəsində böyük ekoloji çətinliklər yaradır.
Maye yanacaq resursları sənayedə geniş istifadə olunur və öz növbəsində
ekologiyaya mənfi təsirsiz keçinmir. Belə ki, mazut yandırılarkənatmosferə bir sıra
zərərli qarışıqlar ayrılır ki onların da əsasınısulfid və kükürd anhidridi, azot oksid,
natrium duzları, vanadium birləşmələri, o cümlədən qazın təmizlənən vaxtı ayrılan
maddələr daxil olur. Bundan başqa, maye yanacaq yandırılması nəticəsində geniş
ə
raziləri əhatə edən və daim atmosferi çirkləndirən kül layları (qalaqları) əmələ gəlir
ki, bu da smoq və s bu tipli problemlərin yaranmasına səbəb olur. Maye yanacaq
məhsul növlərinin tərkibində uçucu kül olmur.
Təbii qazın yandırılması zamanı atmosferin əsas çirkləndiricisi kimi azot
oksidləri çıxış edir. İstilik Elektrik Stansiyalarında havaya azot oksid tullantıları
buraxılır. Ancaq, bu prosesdə təbii qazın istifadəsi daha səmərəlidir. Çünki, daç
kömürün yandırılması zamannı azot oksidi tullantıları təbii qaza nisbətən orta hesabla
20% çox olur. Deməli, ekoloji baxımdan bu prosesdə təbii qazdan istifadə daha
ə
lverişlidir. Beləliklə, İES-də yanacaq qısmində istifadə olunan əsas material daş
kömür, neft və neft məhsulları, təbii qaz, bəzən oduncaq və torf hesab olunur.Qeyd
etmək lazımdır ki, əsas yanan material komponenti kimi karbon, hidrogen və oksigen
çıxış edir. Bu siyahıya az miqdarda kükürd və azotu da əlavə etmək olar. Həmçinin,
bu qrupda metal və metal birləşmələrinin izlərinə də rast gəlmək olar (əsasən oksid və
sulfidlər).
İ
ES-ları yalnız qazşəkilli deyil, həmçinin iri həcmdə bərk tullantılar da istehsal
edir ki,onlara da misal olaraq kömür zənginləşdiricilərinin qalıqları, kül və şlakları
göstərmək olar. Müəssisə tullantılarından ən zərərlisi hesab ediən daş kömür
zənginləşdiricisinin tərkibi olduqca zəngirndir, oəsasən 55-60% SiO2, 22-26%
Al2O3, 5-12% Fe2O3, 0,5-1% CaO, 4-4,5% K2O və Na2O və 5%-əqədər C-dan
ibarətdir. Və təbii ki, bu maddələrin ətraf mühitə atılması iri miqyaslı çirklənməyə
səbəb olur. Bu çirklənmənin daha aydın izahını belə vermək olar: laylara atılan
27
butullantılar tozlanaraq, tüstüləyir və ətraf ərazilərin atmosferinə mənfi təsir göstərir
və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.Müasir zamanda,birinci növbədə
enerji əldə etmək üçün qazıntı yanacaqlarının yandırılması və istismarı nəticəsində
texnogen sivilizasiyamızolduqca güclü reduksiya qazlarının axınının yaranmasına
səbəb olmuşdur Statistik məlumat kimi bildirmək olar, 1970-ci ildən 1990-cı ilədək
20 il müddətində planetimizdə 450 mld barrel neft, 90 mld. ton daş kömür və 11 trln
m3 qaz yandırılaraq istismar edilmişdir ki, bunun da ətraf mühitə təsiri dağıdıcıdır.
Dostları ilə paylaş: |