17
Dünya əhalisinin artımı iqtisadi və sosial inkişaf faktorları
ilə bərabər dünya
enerji tələbinin artımında daim aparıcı qüvvələrdən biri olmuşdur və olacaqdır. Son
iki onillikdə dünya əhalisinin sayı 1,5 milyard artmasına rəğmən ümumi əhali artım
tendensiyası enməkdə olmuşdur. Kommersiya enerjisi ilə təmin olunmamış əhalinin
sayı tədricən azalmaqdadır və Dünya Bankınıa əsasən bu rəqəm 1,2 milyard
olmuşdur.
Qeyd etmək lazımdır ki, hətta sənayesi inkişaf
etmiş ölkələrdə də elektrik
enerjisindən istifadə olunması kəskin fərqlənir. Məsələn, Norveçdə əhalinin
adambaşına ildə 25 min kVt saat elektrik enerjisi sərf olunur. Bu rəqəm İsveçdə 16
min, Fransada 6 min, İtaliyada 3 min, Banqladeşdə isə cəmi 46 kVt saat təşkil edir
[8].
Bundan belə nəticəyə gəlmək olar ki, elektrik enerjisinə olan tələbat gələcəkdə
həm
sənayecə inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr üçün
artacaqdır. Son 200 ildə enerjidən qlobal istifadə 30 dəfə artmışdır və 1994-cü ildə
13.07 mldt.t/il təşkil etmişdir (şərti yanacaq tonu enerji ölçüsü olub 7 mld. kal və ya
29.3 mld.
Coula bərabərdir, bu təxminən 1 ton yüksək keyfiyyətli daş kömürün
yanmasından ayrılan istiliyin miqdarına uyğun gəlir.
Son əsrlərdə yanacaq-energetika sahəsində olan
tərəqqi insanlarda heç bir
narahatlıqyaratmırdı, hətta əksinə olaraq, bu dünya sivilyaziyasının
yüksək inkişaf
səviyyəsinin göstəricisi kimi qiymətləndirilirdi. Lakin bu hər zaman belə davam
etmədi, belə ki, artıq 70-ci illərin sonunda planetin iqlim sisteminə iri miqyaslı
antropogen təsiri haqqında ciddi məlumatlar yarandı.
Index Mundi statistik göstəricilərinə əsasən 1980-ci
ildən son illərədək neft
istehlakının artımını müşahidə olunmaqdadır (Qrafik 1.1.6).
Dostları ilə paylaş: