Microsoft Word H?s?nov Orxan 2254. docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix22.10.2022
ölçüsü0,69 Mb.
#65883
1   2   3   4   5   6   7   8   9   ...   22
H s nov-Orxan 2254

I FƏSİL. YANACAQ-ENERJİ SƏRVƏTLƏRİNİİQTİSADİ 
QİYMƏTLƏNDİRİLMƏSİ 
 
1.1
Yanacaq-enerji sərvətlərinin istifadəsi və istehsal 
İ
nsanın ibtidai icma dövründən belə mövcudluğu, yaşaması, həyat uğrunda 
mübarizəsi üçün təbiətdən əldə etdiyi enerji resursları və onlardan istifadə ilə sıx 
bağlıdır. Əslində insanın bir insan kimi təşəkkül tapmasında o mövcud olan enerji 
resurslarına ta qədim zamandan borcludur. Və o öz tələbatlarını yalnız enerjinin əldə 
olunduğu şəritdə ödəyə bilər. Enerjinin əldə olunması nə qədər sadə və asan olarsa, 
insanların da yaşam səviyyəsi və cəmiyyətin rifah halı bir o qədər yüksək olar. 
İ
nsanın uzun ömür sürməsində belə YEK-lərinin böyük rolu var. İnsanın ilk dəfə odu 
ə
ldə etməsi, ondan istifadə etməsi və odu saxlamağı öyrənməyi əslində insanın əldə 
etdiyi ən böyük əqli sıçrayışı hesab olunur. İlk enerji sıçrayışı isə insanın enerji 
mənbəyi kimi ağac və digər bitki materiallarından, insanın özünün öz əllərinin 
qüdrətindən istifadəsi olmuşdur. Orta əsrlərə yaxın insanlar işçi mal-qarasından, 
küləyin, suyun, oduncağın, daş kömürün və digər təbii mineral yanacaq 
resurslarından (neft, şist, torf) istifadə etməyi öyrəndi [10]. Bu dövrdə enerjidən 
istifadə ibtidai icmaya nisbətən təxminən 10 dəfə artdı [10]. Sənaye cəmiyyətində 
olan müasir bəşəriyyət ibtidai insanlarla müqayisədə 100 dəfədən də artıq enerji 
istifadə edərək, dörd dəfə artıq ömür sürür və müqayisə edilməz dərəcədə rahat 
(komfort) şəraitində yaşayır [10].
Çağdaş dünyada sürətlə inkişaf edənyanacaq-energetikası, sənayenin əsas 
sahələrinin inkişafının özəyini təşkil etməklə yanaşı, ictimai istehsalatın tərəqqisini 
müəyyən edir. Biosferin bir hissəsi olan ətraf mühitə, insanın həyat və fəaliyyətinə 
mənfi təsir göstərən amillərdən biri olan energetika inkişaf etmiş (sənaye sahəsində) 
bütün dünya ölkələrində digər inkişaf sahələrini geridə qoyur. Təəssüflə qeyd 
etməliyəm ki, həm inkişaf edən sənaye, həm də öz tempi ilə bu inkişafı keçən 
energetika bu gün ekoloji problemlər yaratmaqda davam edir.



Energetikanın ətraf mühitə təsirimüxtəlif cür olur:
-
Atmosferə - oksigendən istifadə olunmaqla, havaya zəhərli və zərərsiz qaz, 
rütubətlik, kül və digər kimyəvi birləşmələr buraxmaqla;
-
Hidrosferə – sudan sənayedə və məişətdə istifadə etməklə, su anbarları və 
kanalları yaratmaq, suyun təbii axarını dəyişmək, çirkab və zəhərli 
maddələrlə murdarlanmış sular, maye tullantıları axıtmaqla;
-
Litosferə – təbii landşaftları dəyişkənliyə uğratmaq, qazıntı yanacaq 
resurslarından istifadə etmək və onlarla çirkləndirmək, torpaqları 
ş
oranlaşdırmaqla, toksiki maddələr (zəhər) atmaqla;
-
Biosferə – təbii canlıları məhv etməklə, abiotik faktorları dəyişdirmək və 
çirkləndirici maddələrinbirbaşa canlı orqanizmlərə təsir göstərməsini təmin 
eməklə, ekosistemlərdə yönləndirici əlaqələrin fəaliyyətini pozmaqla. 
Sadalanan səbəblərə görə, yanacaq-enerji resurslarının səmərəli istifadəsinin 
optimal üsulunun tapılması və bununla bərabər bu fəaliyyətin ətraf mühitə minimum 
zərərin yetirilməsi ilə nəticələnməsi dünya ölkələri arasında ümumi prioritet məsələ 
olaraq qalır. 
Dünya ölkələrinin iqtiasdiyyatı olduqca çoxşahəli və bir-biri ilə müqayisədə 
müxtəlif ölçülüdür. Hər bir ölkənin iqtisadiyyatının əsaslandığı təməl prinsipləri 
vardır ki, onları da seqmentləşdirmək mümkündür. Belə ki, dünya ölkələrinin 
müəyyən qismi təbii resurslar əsasında inkişaf etmişdirsə, bəziləri elm, texnologiya, 
insan kapitalı faktorları ilə irəli keçmişlər. Statistika sübut edir ki əksər iqtisadiyyatlar 
birtərəfli, yəni təbii sərvətlərdən asılı iqtisadiyyat üzərində qurulmuşlar. Lakin dünya 
praktikasına və eləcə də 2015-ci ildə respublikamızın iqtisadi mənzərəsində baş 
verənlərə baxsaq belə qənaətə gəlmək olar ki, biristiqamətli iqtisadi inkişaf 
resurslardan aslılıq yaradır və hər hansı bazar dəyişikliyi baş verdiyi halda 
iqtisadiyyatı iflic formaya salır.
Qlobal Enerji Statistikasına əsasən dünya enerji istehsalı aşağıdakı şəkildə 
bölünmüşdür: 


10

Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin