Microsoft Word H?s?nov Orxan 2254. docx



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix22.10.2022
ölçüsü0,69 Mb.
#65883
1   2   3   4   5   6   7   8   9   ...   22
H s nov-Orxan 2254

Tədqiqatın məqsədi:Aparılmış araşdırmanın əsas məqsədi Azərbaycanda və 
dünyadayanacaq-enerji sərvətlərindən istifadə istiqamətlərinə diqqət yetirmək, 
Azərbaycanın milli enerji strategiyasına əsaslanaraq irəli yürüdülən enerji istehsalı 
siyasətini işıqlandırmaq, bu sahədə mümkün alternativləri qiymətləndirməklə təkliflər 
formalaşdırmaqdır.
Tədqiqatın vəzifəsi:Tədqiqatın vəzifəsi yanacaq-enerji ehtiyatlarının eləcə də 
digər enerji resurslarının qlobal və lokal enerji istehsalatı, istifadəsi və istehlakına 
cəlbinin daha effektiv, səmərəli təşkil olunması, ətraf mühitə göstərə biləcəyi 



mümkün neqativ təsirləri minimuma endirilməsi istiqamətində təkliflər 
formalaşdırmaqdan ibarətdir. 
Elmi yenilik: Magistr dissestasiyasının elmi yeniliyidünyada və o cümlədən 
Azərbaycanda həyata keçirilən yanacaq-enerji sənayesinin inkişaf strategiyasının, 
enerji sərvətlərindən istifadə və bunun ekoloji mühitlə təhlükəsiz qarşılıqlı əlaqəsinin 
təmin edilməsi üçün həyata keçirilən tədbirlərin araşdırılaraq qruplaşdırılmasını 
özündə birləşdirir. 
Tədqiqatın predmeti:Tədqiqatın predmeti kimi Azərbaycanın yanacaq 
energetika kompleksi (YEK), milli enerji strategiyası və bununla bərabər ekoloji 
tarazlığın təmin edilməsi məsələsi çıxış edir. 
İnformasiya mənbəyi 
müxtəlif beynəlxalq təşkilatların istinad etdiyi 
mənbələr, Azərbaycan dövlət İqtisad Universitetinin rəsmi elektron kitabxanası, 
Dünya Bankı (World Bank) və s. kimi etibarlı beynəlxalq statistika bazası, 
Azərbaycan Respublikası Sənaye və Energetika nazirliyinin rəsmi internet səhifəsinin 
ə
ks etdirdiyi məlumatlardan, Azərbaycan Respublikası Statistika komitəsinin rəsmi 
elektron səhifəsi və digər həm yerli həm də beynəlxalq internet saytlarından ibarətdir.
İşin strukturu və həcmi:
Aparılmış tədqiqat işi giriş, üç fəsil, nəticə və 
təkliflərdən ibarətdir. Girişdə işin aktuallığı, tədqiqatın istiqamətləri göstərilir və 
tədqiq ediləcək problemlər müəyyənləşdirilir. Dissertasiyanın birinci fəslində 
yanacaq-enerji resurslarından istifadə və səbəb olduğu sosial-iqtisadi zərərin 
müəyyənləşdirilməsinə diqqət yetirilmişdir. Dissertasiyanın ikinci fəslində 
Azərbaycanda yanacaq energetika kompleksi və onun sosial-iqtisadi problemləri 
barədə söz açılır.
Üçüncü fəsildə isə Azərbaycanın enerji resurslarının istifadəsindən yaranan 
ekoloji problemlər və onların həlli istiqamətləri araşdırılır. 
İş
in sonunda nəticə və təkliflər, ədəbiyyat siyahısı verilmişdir.




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin