1
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
FAKULTƏ: “Əmtəəşünaslıq”
İXTİSAS:”İstehlak mallarının ekspertizası və marketinqi”
B U R A X I L I Ş İ Ş İ
Mövzu: Respublika bazarına daxil olan tikili malların istehlak
xassələri və keyfiyyət ekspertizası
İşin rəhbəri: Dos.X.M.Abbasova
Tələbə: Məmmədova İlahə Novruz
Bölmə: azərbaycan
Qrup:
312
“Təsdiq edirəm”
Kafedra müdiri:
prof.Ə.P.Həsənov
“
”
BAKI 2015
2
MÜNDƏRİCAT
Səh
Giriş ………………………………………………………… 4
I Nəzəri hissə
1.1.Azərbaycan Respublikasında tikili malların istehsalının
vəziyyəti...................................................................................... 6
1.2. Tikili malların istehlak xassələri və onların keyfiyyətinə
verilən tələblər............................................................................ 10
1.3.Tikili
malların
keyfiyyətini
formalaşdıran
amillərin
xarakteristikası.......................................................................... 22
1.4. Tikili malların keyfiyyətinin qiymətləndirilməsi metodları. 34
II. Təcrübi hissə
2.1. Respublika bazarına daxil olan tikili malların təsnifatı və
çeşidinin təhlili........................................................................... 44
2.2. Respublika bazarına daxil olan tikili malların keyfiyyətinin
ekspertizası................................................................................. 52
2.3. Respublika bazarına daxil olan tikili malların keyfiyyətinin
standarta uyğunluğunun yoxlanılması....................................... 56
Nəticə və təkliflər.................................................................... 59
Ədəbiyyat................................................................................ 63
3
Giriş.
Paltar insanı birinci növbədə onu əhatə edən xarici təsirdən mühafizə edir.
Insan orqanizmi məlum olduğu kimi müəyyən istilik mənbəidir. Bu istilik kimyəvi
fizioloji proseslər zamanı meydana gəlir. Bu proses daim dəyişərək insanın həyat
fəaliyyətini təmin edir. Orqanizmin fəaliyyətindən və onu əhatə edən mühitdən
asılı olaraq istilik müxtəlif sürətlə dəyişir. Lakin hər halda sağlam bədəndə istilik
dərəcəsi bir səviyyədə (36-37
0
) qalmalıdır. Odur ki, müxtəlif şəraitdə yaşayan və
əmək fəaliyyəti ilə məşğul olan insanlar, özlərini isti və soyuqdan mühafizə etmək,
hərarətinin sabitliyini saxlamaq üçün bədənlərini örtməyə başlayırlar.
Paltarın ən birinci əhəmiyyəti insan bədənini soyuqdan mühafizə etməsidir.
Paltardan istifadə etməklə insan bədənində istiliyin sərf edilməsini nizama salır.
Çünki paltar bədəndən ayrılan istilik şüalarının ətrafa yayılmasına maneçilik
göstərərək istiliyi bədənin yaxınlığında saxlayır. Deməli, paltarın əsas rolu bədənə
daxil olan havanın hərəkətini nizamlamaqdan ibarətdir. Paltar insan bədənindən
şüalanan istiliyin təxminən 50%-ni bədən ətrafında saxlayır.
Beləliklə, insan yaşayışında paltar birinci əhəmiyyətə malik olan əşyaya
çevrilmiş
və
insanların
yaşına,
peşəsinə,
ictimai
məşğulliyyətinə
uyğunlaşdırılmışdır. Insanların mədəni səviyyəsi və bədii fəaliyyəti inkişaf etdikcə
onlar paltarlarının formasını və bəzəklərini zənginləşdirməyə fikir vermişlər. Ona
görə də paltarın forma və bəzəyinin zənginləşməsi cəmiyyətin mədəniyyətinin və
istehsal münasibətlərinin inkişafı ilə nəticəyə gəlmək olur ki, paltar yalnız istehsal
predmeti olmayıb, həm də tətbiqi incəsənət obyektidir. Bu fikirdən bir daha aydın
olur ki, paltarın inkişafı ilə əlaqədar olaraq vaxtaşırı dəyişilir.
Tikiş sənayesi yüngül sənaye sahəsi olub, müxtəlif parçadan, təbii və süni
göndən, trikotajdan, yeni konstruksiyalı materialdan, müxtəlif bərk və furnitur
materiallardan paltar, həmçinin məişət və texniki təyinatlı məmulat hazırlayır.
Müasir şəraitdə tikili malların hazırlanması üçün yeni sintetik parçalardan,
toxunmamış materiallardan, eləcə də xüsusi növ arayışlandırmadan keçirilmiş –
4
küləyə davamlı, əzilməyə, az yığılan, su keçirməyən parçalardan istifadə olunur.
Paltarların modelini işləyən zaman elmi əsaslardan standartlaşdırılmış detal və
hissələrdən istifadə edilir. Odur ki, daima tikiş texnologiyasının təkminləşdirilməsi
zərurətini meydana çıxarır.
Ölkəmizdə başqa xalq istehlakı malları kimi əhali tərəfindən tikili mallarada
çox tələbat var. Bu cəhətdən mənim buraxılış işimin mövzusuda “Respublika
bazarına daxil olan tikili malların istehlak xassələri və keyfiyyətinin
ekspertizası”na həsr edilir. Buraxılış işinin mövzusu müasir və aktual sayıla bilər.
Bu mövzu işin məqsədini aydın göstərir. Əsas məqsədə nail olmaq üçün buraxılış
işində aşağıdakı vəzifələr həyata keçirilmişdir.
a) Tikili malların istehlak xassələri və keyfiyyətinə verilən tələblər.
b) Tikili malların keyfiyyətini formalaşdıran amillərin xarakteristikası
c) Tikili malların keyfiyyətinin qiymətləndirilməsi
d) Respublika bazarına daxil olan tikili malların təsnifatı və çeşidinin təhlili.
e)
Respublika bazarına daxil olan tikili malların keyfiyyətinin ekspertizası
.
Buraxılış işinin sonunda nəticə və təkliflər verilmişdir.
Buraxılış işinin yazılmasında müxtəlif ədəbiyyat mənbələrindən, ticarət
təşkilatının materiallarından istifadə edilmişdir.
5
1.1.
Azərbaycan Respublikasında tikili malların
istehsalının vəziyyəti
Tikili mallar insan tələbatının çox mühüm və geniş sahəsini əhatə edən
mürəkkəb çeşidli istehlak üçün hazır toxuculuq mallarıdır. Tikili malların istehsalı
tarixi yol keçmişdir. Lap qədim zamanlardan insanlar geyim üçün material kimi
ağacın keyfiyyətli yarpağından və qabığından istifadə etmişdirlər. Müəyyən dövr
keçdikdən sonra həmin xammalı heyvan dəriləri əvəz etmişdir. Geyimin xammalı
və xarici görünüşü əsrlər boyunca dəyişmişdir.
Tikili mallar çeşidinin genişliyinə görə ən mürəkkəb mal qrupu sayılır. Tikili
mallar insan tələbatının çox mühüm və güniş sahəsini əhatə edən mürəkkəb çeşidli,
istehlak üçün hazır toxuculuq mallarıdır.
Tikiş maşını ixtira olunana qədər tikili məmulatlar hazırlamaq üçün əl
əməyindən istifadə edirdilər. Ilk tikiş maşını 1755-ci ildə İngiltərədə ixtira
edilmişdir. 1845-ci ildə Amerikada Exoy məkikli tikiş maşını üçün patent aldı.
İ.M.Zinger (1851), A.Vilson (1950) və başqalarının düzəltdiyi tikiş maşınında isə
iynə şaquli, parça isə üfüqi yerləşdirildi. Beləliklə, tikiş maşınını XVIII əsrin
axırlarında təkmilləşdirməyə başlamışdılar.
Inqilaba qədər Rusiyada tikiş məmulatlarının istehsalı tək-tək, kustar sənəti
formasında idi. Kustar formasında olan emalatxanalar sadə avadanlıqlarla təchiz
edilmişdir. Bu dövrdə tikiş müəsisələri Rusiyanın Peterburq, Moskva, Odessa,
Kiyev, Xarkov, Kazan, Aşağı Novoqorod şəhərlərində yerləşdirilmişdir. Bu
müəsisələr Rusiyanın məşhur sahibkarlarının və xarici ticarət firmaları olan
“Mandel”, “Petixov qardaşları”, “Tamin”in əlində idi. Bundan başqa Rusiyada
evlərdə də paltar tikməklə məşğul olurdular. Bu tikiş işləri mövsümi xarakter
daşıyırdı. Mövsüm mart ayından iyula qədər və sentiyabırdan dekabıra qədər bir
dövrü əhatə edirdi. Onların əsas işçi qüvvəsi qadın və uşaqlar idi, bu da 70%-i
təşkil edirdi.
6
Tikili mallar istehsalı Rusiyada Sovet hakimiyyəti illərində sürətlə inkişaf
etmiş, ixtisaslaşmış və mütərəqqi sənaye sahələrindən birinə çevrilmişdir.
Inqilaba qədər Azərbaycanda paltar istehsalı kustar üsulla tikilirdi, tikiş
fabrikləri yox idi. Iri şəhərlərdə əyanlara və ruhanilərə xidmət göstərən sənətkarlar
vardır, ticarət firmaları muzdur əməyindən geniş istifadə edirdilər.
Azərbaycanda da Sovet hakiməyyəti qurulduqdan sonra tikiş sənayesi
sürətlə inkişaf etməyə başladı. Ilk dəfə 1920-ci ilin mayında S.Kirov və
S.Orcenikidzenin rəhbərliyi altında Bakıya gəlmiş XI qızıl ordunu paltarla təmin
etmək üçün ilk tikiş emalatxanası yaradıldı. 1922-ci ildə bu kiçik emalatxananın
əsasında çoxda böyük olmayan tikiş fabrikini “Azərbaycan tikiş malları” yaradıldı.
Sonralar isə 1№ Voladarski adına fabrika adlandı və bundan sonra fabrika yeni
avadanlıqlarla təmin olundu. Fabrika 1928-ci ildə keçirilən Ümumittifaq
müsabiqədə II yeri tutmuş və xalq təsərrüfatı Ali sovetinin tərifnaməsi ilə təltif
olunmuşdur. Bu müsabiqədə I yeri qədim və iri müəssisə olan Moskva və
Leninqrad tikiş fabrikləri tutmuşdur.
Respublikanın tikiş sənayesinin sonrakı inkişafına bu fabrikin sahəsinin
kiçikliyi mane olurdu. Buna görə də Azərbaycan toxuculuq tresti birliyi Bakıda
yeni tikiş fabriki tikmək qərarına gəldi. Fabrikin tikinti işlərinə 1930-cu ildə
başladılar. Fabrika erməni kənddə boş yer olan sahədə tikildi. Burada nə yaşayış
binası, nə bağ, nə bağça, heç nə yox idi. Tikinti işləri 1934-cü ildə qurtardı və
beləliklə, erməni kənddə gözəl, yaraşıqlı, işıqlı böyük bir tikiş fabrikinin binası
hazır oldu. Voladarski fabriki buraya köçürüldü. Köhnə yerində isə Əli Bayramov
adına tikiş fabriki yaradıldı. Yeni tikilən fabrikin istehsal sahəsi on min m
2
idi.
Tezliklə fabrikin ətrafında uşaq bağçası, uşaq yaslısı, çox mərtəbəli yaşayış binası
tikildi, park və bağ salındı. Fabrik yeni avadanlıqlarla təmin edildi.
Böyük vətən müharibəsi illərində fabrik digər müəssisələr kimi Sovet
ordusunu hərbi geyimlə təmin etməyə başladı. 1944-cü ildə fabrik SSRİ Ali
Sovetin Rəyasət heyətinin əmri ilə “Qırmızı əmək bayrağı” ordeni ilə təltif
7
olundu. Müharibənin qurtarması ilə əlaqədar olaraq fabrik mülki məqsədlər üçün
istifadə olumağa başladı. Hazırda bu fabrikdə əsgər paltarı tikilir.
Azərbaycan ikinci böyük tikiş fabriki Əli Bayramov adına müəssisəsidir. Bu
fabrika 1928-ci ildə Azərbaycan kommunisti Ceyranxanım Bayramovanın
rəhbərliyi ilə Şərqin qadınlar kulubunda təşkil olunmuşdur. Bu kulubda iştirak
edən qadınların sayı 700-ə çatmışdı. Beləliklə, Azərbaycan hökuməti belə qərar
qəbul etdiki, keçmiş neft sənayesi milioneri olan bolşevik Ə.Bayramovun sarayı
qadınlar klubuna verilsin. Klubda rəsm, musiqi, tikiş və başqa dərnəklər fəaliyyət
göstərirdi.
Ilk dövrdə tikiş maşınının çatışmadığına görə qadınlar tikiş emalatxanasına
özlərinin tikiş maşınını gətirirdilər. Getdikcə tikiş emalatxanası böyüyüb fabrikə
çevrildi və fabrikə Ə.Bayramov adı verildi. Böyük vətən müharibəsi illərində bu
fabrika gecə - gündüz işləmiş və hərbi geyim hazırlamışdır. Ə. Bayramov adına
tikiş fabriki 1988- ci ilə qədər tam gücü ilə işləmiş, müxtəlif çeşidli qadın donları,
uşaq paltarları istehsal edilmişdir. Bakıda iri fabriklərdən başqa kiçik tikiş
fabrikləridə var idi. Bunlardan başqa tikiş fabrikləri Azərbaycanın Gəncə, Bərdə,
Yevlax, Lənkəran, Naxçıvan və s. şəhərlərində yerləşmişdir.
Azərbaycanın müxtəlif şəhərlərində yerləşən bütün tikiş fabrikləri 1988-ci
ilə qədər tam gücü ilə işləmişlər. Bu fabriklərdə kişi üst paltarları, qadın üst
paltarları, donlar, üşaq paltarları və s. istehsal edilmişdir.
Müstəqil Azərbaycan Respublikasında 1988-ci ildən sonra tikili malların
istehsalının azalmasına, iqtisadi və siyasi böhranlar, keçmiş SSRİ-də olan
respublikalar arasındakı əlaqənin kəsilməsi və qonşu respublika ilə müharibə
şəraiti səbəb olmuşdur.
Müstəqil Azərbaycan Respublikasında ən böyük tikiş fabriklərindən biri
“Bakı tikiş fabriki”dir. Bu fabrika Volodarski tikiş fabrikinin əsasında yaradılıbdır.
Bu fabrikanın yaranma tarixi haqqında yuxarıda məlumat vermişəm. Hazırda bu
müəssisənin material – texniki bazası dəyişmiş, fabrika müasir yeni avadanlıqlarla
8
təmin edilmişdir. Müəsisədə Avropanın, Almanyanın, İtalyanın , Yaponyanın və
Türkiyənin son yeni texnologiiyası tətbiq edilir və təcrübəli avropa mütəxəssisləri
və ekspertləri cəlb edilmişdir. Hazırda bu fabrikada xüsusi geyimlər (uniforma və
forma ) buraxılır ki, bu da yüksək keyfiyyətli və təhlükəsizlik göstəricisinə
malikdir. Həmçinin Avropa və dünya standartlarının göstəricilərinə uyğun gələn
5000 adda trikotaj məhsulları istehsal edir, dövlət sifarişlərini və kompanya
sifarişlərini yerinə yetirir.
“Alyans toxucu” kompanyası müasir standartlara uyğun fəhlə və xüsusi
geyimlər (kombinizonlar, fəhlə kostyumları, gödəkcələr və s.) istehsal edir.
Yaponya və Almanyanın yüksək keyfiyyətli avadanlıqların tətbiq edilməsi
nəticəsində istehsal prosesi beynəlxalq standartların tələbinə tam cavab verir.
9
1.2.Tikili malların istehlak xassələri və
onların keyfiyyətinə verilən tələblər
Başqa mal qrupları kimi tikili mallar da müəyyən istehlak xasələrinə malik
olmalıdır.
Hazırda tikili məmulatların hazırlanmasında tətbiq olunan materiallar,
məmulatın layihələşdirilməsinin müasir sistemi (modelləşdirmə və geyimin
quraşdırılması) və tikili məmulatların istehsal texnologiyası ( biçilmə və tikilmə
prosesləri) müəyyən istehlak xassələrinə malik olan tikili məmulatların alınmasına
səbəb olur.
Kütləvi surətdə istehsal olunan paltarların əsas istehlak xassələrindən biri
insan bədəninin fiqurasının ölçülərinə və forması paltara uyğun gəlməsi statik və
dinamik paltar antropoloji xassəsi ilə xarakterizə olunur.
Kütləvi istehsal olunan geyimlərin xüsusiyyəti ondan ibarətdir ki, bu
geyimlər kütləvi istehlakçılar üçün tikilərək fiquranın ölçülməsinə və bədəninin
formasına görə fərqlənir. Kütləvi surətdə istehsal olunan paltarların ölçüləri və
forması istehlakçıların fiqurasının ölçülərinə və formasına uyğun olmalıdır. Sənaye
tərəfindən istehsal olunan geyimlər fiqurların tiplərinə əsasən hazırlanır. Fiqurların
tipləri və onların ölçüləri əhalinin kütləvi antropoloji ölçüləri əsasında müəyyən
edilir.
Paltarların
kütləvi
istehsalı
üçün
insan
fiqurlarının
düzgün
qruplaşdırılmasının da əhəmiyyəti böyükdür.
Burada ən çox rast gələn fiqur əsas götürülür. Bu məmulatları antropoloji
ölçüləri götürməklə əldə edilir, fiqurlar ölçü və formasına görə qruplaşdırılır.
Burada əsas vəzifə tiplərin standartlaşdırılmasından ibarətdir.
Tikiş sənayesində əsas əlamət olaraq ölçü, boy, doluluq götürülür. Ölçü döş
qəfəsindən kürəkdən çevrənin yarısının sm-lə ifadəsidir. Insan boyu ayaqqabısız
başın yuxarı nöqtəsindən dabana qədər olan ölçü göstəricisidir.
10
Doluluq döş yarımçevrəsi uzunluğun olan nisbəti ilə xarakterizə edilir.
Beləliklə, qadınlar üçün 3 variant, yəni M, C, B (kiçik, orta, böyük, kişilər isə 56-
60 ölçülər üçün ЧБ çox böyük ОБ) doluluqda qəbul edilmişdir. Burada yaşın
xüsusi əhəmiyyəti vardır, yəni 20 yaşda insan fiquru tərtib olunur və 60 yaşdan
sonra dəyişiklik gedir. Bunlar hamısı modelləşdirmə və layihələşdirmə zamanı
nəzərə alınmalıdır.
Kişilərin döş çevrəsi, boy, doluluq və yaş qrupları üzrə fiqur tiplərinin
təsnifatı.
Cədvəl 1
Doluluq
qrup
nömrəsi
Fiqurların tipləri
Yaş qrupları
1.
Döş çevrəsi
Bel çevrəsi
92 96 100 104 108
70 76 82 88 94
Kiçik
Orta
Boy
164 164 164 164 164
170 170 170 170 170
176 176 176 176 176
- 182 182 182 182
- 188 188 188 188
2.
Döş çevrəsi
Bel çevrəsi
88 92 96 100 104
70 76 82 88 94
Kiçik
Orta
Böyük
Boy
158 158 158 158 158
164 164 164 164 164
170 170 170 170 170
176 176 176 176 176
- 182 182 182 182
- 188 188 188 188
Döş çevrəsi
Bel çevrəsi
108 112 116 120
100 106 112 118
Orta
Böyük
Boy
164 - - -
170 170 170 170
11
176 176 176 176
182 182 182 182
188 188 188 188
3.
Döş çevrəsi
Bel çevrəsi
88 92 96 100 104
76 82 88 94 100
Kiçik
Orta
Böyük
Boy
158 158 158 158 -
164 164 164 164 164
170 170 170 170 170
- 176 176 176 176
Döş çevrəsi
Bel çevrəsi
108 112 116 120 124 128
100 106 112 118 130 136
Orta
Böyük
Boy
170 170 170 170 170 170
176 176 176 176 176 176
Qadınların döş çevrəsi, boy, doluluq və yaş qrupları üzrə fiqur tiplərinin
təsnifatı.
Cədvəl 2
Doluluq
qrup
nömrəsi
Fiqurların tipləri
Yaş qrupları
1.
Döş çevrəsi
Bel çevrəsi
88 92 96 100 104
92 96 100 104 108
Kiçik
Orta
Böyük
Boy
- - - - -
152 152 152 152 152
158 158 158 158 158
164 164 164 164 164
170 170 170 170 170
2.
Döş çevrəsi
Bel çevrəsi
88 92 96 100 104
96 100 104 108 112
12
Boy
146 146 146 - -
152 152 152 152 152
158 158 158 158 158
164 164 164 164 164
170 170 170 170 170
- - 176 176 176
Kiçik
Orta
Böyük
Döş çevrəsi
Bel çevrəsi
108 112 116 120
116 120 124 128
Orta
Böyük
Boy
152 - - -
158 158 158 158
164 164 164 164
170 170 170 170
3.
Döş çevrəsi
Bel çevrəsi
88 92 96 100 104
100 104 108 112 116
Kiçik
Orta
Böyük
Boy
146 - - - -
152 152 152 152 152
158 158 158 158 158
164 164 164 164 164
Döş çevrəsi
Bel çevrəsi
108 112 116 120
120 124 128 132
Orta
Böyük
Boy
158 158 158 158
164 164 164 164
Hər bir paltarın ölçü rəqəmləri həmin paltar üçün təsdiq edilmiş texniki şərt
cədvəlində verilmişdir.
Aparılan antropoloji təhlilər nəticəsində paltarın quraşdırılması üçün kişi,
qadın və uşaq qamətlərinin ölçü tiplərinin cədvəlləri qurulmuşdur. Müxtəlif
yerlərdə yaşayan kişi, qadın və uşaqların ölçü, boy, şkalası tətbiq edilmişdir. Bu
ölçü boy və doluluq şkalaları arasında əhalinin müxtəlif ölçülü tikili mallara olan
ehtiyacı ödənilir.
13
Uşaqların ölçüsü və boyu yaşdan asılı olaraq dəyişkən olduğuna görə onlar
üçün dəyişkən şkala təyin edilmişdir. Yəni hər ölçünün xüsusi boy şkalası vardır.
Deməli uşaq fiqurlarının təsnifatını işləyən zaman xüsusilə diqqətli olmaq
lazımdır. Uşaq ölçülərini standartlaşdıran zaman aşağıdakı yaş qrupları
müəyyənləşdirilmişdir.
Son illərdə uşaqların, xüsusilə yeniyetmələrin boyları xeyli artdığına görə
yeni şkalalar hazırlanır. Bu şkalalarda müxtəlif qruplar üçün ölçü-boylar, bəzi
dəyişikliklər aparılmışdır. Məsələn, yeniyetmələr üçün 48 ölçüdə paltar hazırlanır.
Tikili məmulatların ən vacib istehlak xassələri estetik, gigiyenik və istismara
davamlı olmasıdır.
Paltar insanı birinci növbədə onu əhatə edən xarici təsirlərdən mühafizə edir.
O insanı əmək prosesində mexaniki və kimyəvi təsirlərdən qoruyur. Paltarın ən
birinci əhəmiyyəti insanın bədənini soyuqdan mühafizə etməsidir. Ondan istifadə
etməklə insan bədənində istiliyin sərf edilməsini nizama salır. Çünki paltar
bədəndən ayrılan istilik şüalarının ətrafa yayılmasına maneçilik göstərərək istiliyi
bədənin yaxınlığında saxlayır.
Qeyd etmək lazımdır ki, istiliyin bədən ətrafında saxlanılmasını paltar üçün
işlədilən parçanın məsamələrində yerləşən hava təmin edir. Deməli paltarın əsas
rolu bədənə daxil olan havanın hərəkətini nizamlamaqdan ibarətdir. Hava paltarın
məsamələrinə daxil olaraq 24-30
0
-yə qədər qızır və paltar ilə bədən arasında az
hərəkət edən, istini pis keçirən mikroiqlim yaradır. Paltar insan bədənində şüalanan
istiliyin təxminən 50%-ni bədən ətrafında saxlayır. Paltar insanın əmək prosesində
mexaniki və kimyəvi təsirlərdən mühafizə edir. Beləliklə, insan yaşayışından paltar
birinci dərəcəli əhəmiyyəti olan əşyaya çevrilmiş və insanların yaşayışına,
peşəsinə, ictimai məşğuliyyətinə uyğunlaşdırılmışdır.
Paltara qarşı qoyulan tələblər həmin paltarın təyinatına uyğun olmalıdır. Qış
paltarı yüksək istilik saxlama xassəsinə malik olmamalıdır, yay paltarı isə əksinə
yaxşı hava keçirən olmalıdır.
14
Əmtəəşünaslıq nöqteyi-nəzərincə geyim məmulatlarına verilən tələbləri 3
qrupa bölmək olar.
1. Geyim məmulatlarına verilən estetik tələblər
2. Geyim məmulatlarına verilən gigiyenik tələblər
3. Geyim məmulatlarına verilən istismar tələbləri(xidmət müddətini
təyin edən tələblər )
Geyim məmulatlarına verilən tələblərə daha konkret yanaşmaq aydın olar ki,
ayrı ayrı geyim əşyalarına verilən tələblər onların təyinatından və spesifik
xüsusiyyətlərindən asılı olaraq müxtəlif ola bilər. Odur ki, geyim əşyalarına verilən
tələblər onların təyinat və istismar şəraitindən asılı olaraq dəyişilir. Belə ki, bir növ
tikili mallar üçün möhkəm və gigiyenik olmaq zəruri olduğu halda digəri üçün
xarici görünüşünün gözəl olması vacibdir. Məsələn, metal əridən sexlərdə istifadə
edilən geyimlər(xüsusi geyimlər) rahat və gigiyenik olmalıdır.
Geyim məmulatlarına verilən tələblərin əhəmiyyətini nəzərə alaraq onların
hər birinə qısa xarakteristika verirəm.
Dostları ilə paylaş: |