Fakultə: “Əmtəəşünaslıq” İXTİsas:”İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 454,27 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix17.04.2017
ölçüsü454,27 Kb.
#14302
1   2   3   4   5

Palto  məmulatları.  Bu  məmulatların  əsas  funksiyası  insan  bədənini 

soyuğun, rütubətin, küləyin təsirindən qorumaqdır. Bütün palto məmulatları çiyinli 

məmulatlara  daxildir.  Hamısı  vahid  konustruksiya  sxeminə  malik  olmaqla 

aşağıdakı əsas detallardan  ibarətdir;  yaxa,  kürək, qol  və boyunluq. Əlavə detallar 

çiyinli  məmulatlarda  müxtəlifdir  və  onların  sayı  və  konfiqurasiyası  modeldən 

asılıdır.  

Vahid  konustruksiya  sxeminə  malik  olan  palto  məmulatları  siuletinə, 

biçilməsinə,  bəzəndirilməsinə  görə  rəngarəngdir.  Palto  məmulatlarının  material 

paketi onun fəsil təyinatından və model xüsusiyyətlərindən asılıdır. Bütün qış üçün 

olan  məmulatlar  material  dəsti  üz  materialdan,  aralıq,  istiliksaxlayan  və  astarlıq 

materiallarından,  yaz-payız 

məmulatlarında  isə  üz,  aralıq 

və  astarlıq 

materiallarından  ibarətdir.  Yay  üçün  olan  qadın  məmulatlarının  bəzi  modelləri 

omba və ya bel xətləri üzrə qısaldılmış astarlı, yaxud astarsız hazırlanır. 

Palto  məmulatlarının  hazırlanmasında  müxtəlif  materiallar  tətbiq  olunur  ki, 

onların  çeşidi  və  istehlak  xassələri  məmulatın  fəsil  və  istehlakçının  cins,  yaş 

xüsusiyyətləri  üzrə  təyinatından  aslıdır.  Belə  ki,  qış  və  yaz-payız  məmulatlarının 

istilik  saxlama  xassələrini  təmin  etmək  üçün  müxtəlif  tərkibə  və  struktura  malik 

paltoluq parçalardan istifadə olunur. 

Qış  paltoları  əsasən  yun  parçalardan,  toxunmamış  materiallardan,  gön  və 

gön  əvəzedicilərdən,  süni  və  təbii  xəzdən  tikilir.  Trikotaj  polotnolarından  qış 

paltolarının  hazırlanmasına  o  halda  icazə  verilir  ki,  onlara  sukeçirməməzlik 

xassəsini  verən  xüsusi emaldan keçirilmiş olsun  və küləyədavamlı aralıq  materilaı 

ilə  təchiz  olunsun.  İstiliksaxlayan  aralıq  materilaı  kimi  qış  paltolarından  batin, 

porolon, sintepon süni xəz və s. kimi materiallar tətbiq edilir. 

Yaz-payız  geyimləri  üçün  üst  materialı  kimi  əsasən  paltoluq  üçün  istifadə 

olunan parçalar tətbiq edilir. Həmçinin, bununla yanaşı təbii və süni gönlər, zamşa, 

iki  və  üçqatlı  kompleks  materiallar  tətbiq  edilir.  Yaz-payız  paltolarında  çarpaz 

(molniya)  və düymə  ilə bərkidilmiş, süni  xəzdən, təmiz  yun  materiallardan, xovlu 

trikotaj parçalardan hazırlanan istilik verən astar ola bilər. 



46 

 

Parçaların  üst  materialı kimi tətbiq olunması rəngarəng  modelli paltoların – 



müxtəlif formalı, siluetli, sadə və mürəkkəb konstruksiyalı dekorativ xətli, müxtəlif  

bəzəkli  paltoların  işlənib  hazırlanmasına  imkan  verir.  Trikotaj  paltolarının  tətbiqi 

layihələndirmə  zamanı  bu  imkanları  bir  qədər  məhdudlaşır  ki,  bu  da  paltonun 

sallanması,  yapışması,  dartılması  kimi  xassələri  ilə  əlaqədardır.

 

Konstruksiyasına 



görə trikotajdan olan palto məmulatları parça məmulatlardan sadədir.  

Süni  gönlərdən  olan  kompleks  materiallar  aşağı  draplaşma  xassəsinə  və 

yüksək  qalınlığa  malik  olurlar  ki,  bu  da  palto  məmulatlarının  forma  və  siluetinin 

seçilməsini  məhdudlaşdırır.  Bu  isə  onların  daha  çox  modanın  təsirinə  məruz 

qalmaları, konstruksiya və forma xüsusiyyətlərinin dəyişməsi ilə izah olunur. Onlar 

uzun  və  qısaldılmış  qollu,  müxtəlif  konstruksiyalı  və  formalı  yaxalıqlı  və 

yaxalıqsız ola bilər.  

Rəssam  modelyerlərin  yaradıcılq  fantaziyası,  rəngarəng  bəzəndirmə  də 

həmçinin qadın və qızlar üçün olan palto məmulatlarının çeşidinin genişlənməsinə 

şərait yaradır. 

Palto  məmulatlarının  çeşidinə  palto,  yarımpalto,  gödəkçələr,  pelerinlər, 

plaşlar, plaş-paltolar, çiyinliklər daxildir. 



Palto  –  qabaq  hissədən  ilgəklə  bərkidilən  qollu,  yaxalıqlı  məmulatdır.  Bəzi 

hallarda  xüsusilə  qadın  paltoları  yaxalıqsız,  şərf  ilə,  pelerinli  və  ya  kapüşonlu 

istehsal olunur. 

Yarımpalto  –  paltolarda  olduğu  kimi  konstruksiyaya  malikdir,  lakin  onlar 

uzunluğunun  az  olması  ilə  fərqlənirlər.  Yarımpaltolar  da  paltoların  hazırlandığı 

materiallardan hazırlanırlar. 

Pelerinlər  –  qolsuz  palto  tipli  çiyinli  məmulatlardır.  Pelerinlər  paltonun 

yaxasına geyilir. Onlar təkcə estetik funksiyanı yerinə yetirmir, həm də məmulatın 

istiliksaxlamasını  yaxşılaşdırır.  Pelerinlər  də  paltoların  tikildiyi  materiallardan 

tikilir. 



47 

 

Gödəkçə - idman və gündəlik təyinatlı, çiyinli məmulat olub, yarımpaltonun 

qısa növ  müxtəlifliyidir. Gödəkçələr  müxtəlif  model və  fasonlarda istilik saxlayan 

astarlı  hazırlanır.  Üst  materialı  kimi  müxtəlif  parçalar  –  yun,  yarım  yun,  su 

buraxmayan  xassəli  pambıq  parçalar,  plaş  tipli  “balon”  parçaları,  lakla 

bəzəndirilmiş  materiallar,  süni  və  təbii  gönlər,  zamşalar,  vilvet,  məxmər  tətbiq 

edilir.  İstilik  saxlayan  astar  pambıq,  vatin,  porolon  və  s.  kimi  materiallardan 

hazırlanır.  



Plaş-palto – paltoların növ müxtəliflikləri olub plaşlıq parçalardan hazırlanır. 

Bu məmulatlar üçün olan material suyadavamlı olmalıdır, buna görə  də  daha  çox  

“Bollon”  tipli  təbəqəli  materialdan  istifadə  olunur.  Plaş-paltolar zəncirbənd və 

yaxud  düymə  ilə  bərkidilməklə  yun  parçadan,  süni  xəzdən  isti  astarlı  olmaqla 

hazırlanır. 

Kostyum-don  məmulatları  –  üst  geyimlərin  çeşidində  əhəmiyyətli  yer 

tutun.  Buraya  kostyum  məmulatları,  pencəklər,  jaketlər,  gödəkçələr,  şalvarlar, 

yubkalar,  jiletlər;  don  məmulatları  –  donlar,  sarafanlar,  xalatlar,  koftalar,  üst 

köynəkləri,  önlüklər,  yaxalıqlar,  manjetlər;  həmçinin  üst-trikotaj  məmulatları  – 

cemperlər,  puloverlər,  sviterlər  və  s.  daxildir.  Kostyum-don  məmulatları  qrupuna 

müxtəlif tələblər verilir ki, bu da məmulatın təyinatı ilə bağlıdır. 

Don  məmulatları  daha  çox  moda  dəyişkənliyinə  məruz  qalırlar.  Buna  görə 

də  onların  xidmət  müddəti  öz  dövrünün  modası  ilə  daha  yüksək  dərəcədə 

uyğunlaşdırılmalıdır.  Bu 

məmulatların  da  gigyenik 

xassələri 

həmçinin 

istehlakçıların  tələblərinə  cavab  verməlidir  –  insan  üçün  komfort  şərait 

yaratmalıdır. 



Pencək  –  çiyinli, ön hissədən bağlanan, uzun qollu,  yaxalıqlı, cibli olmaqla 

hazırlanan  tikili  və  ya  trikotaj  məmulatıdır.  Düymələnməsinə  görə  pencəklər 

biryaxalı  və  ikiyaxalı  olurlar.  Pencəklərin  kostruksiyasının  sxemi  yaz-payız 

paltolarının  konstruksiyalarına  oxşardır.  Bu  məmulatlar  rarasındakı  fərq  onların 

uzunluğunda, detallarının formasında və tətbiq edilən materiallardadır. Pencəklərdə 

paltolarda olduğu kimi ust detallarından başqa ətəklər, yaxalıq və digər hissələrdən 



48 

 

forma  saxlayan  aralıq  materialları  istifadə  edilir.  Bəzi  hallarda  qol  hissəyə  xüsusi 



əlvan naxışlı sarjadan hazırlanmış astar tikilir. 

 

 

 

 Qadın kostyumu  

Şalvarlar  –  yan  və  orta  tikişlərlə  birləşdirilmiş  iki  ön  və  iki  arxa 

yarımhissələrdən  ibarət  kəmərli  məmulatlardır.  Qadın  şalvarları  kişilərinkindən 

yuxarı hissəsinin tərtibatına görə fərqlənir: onlar mərkəzdən və ya yandan bağlanan, 

həmçinin elastk tesma ilə bərkidilmiş kəmərli ola bilərlər. 

Şalvarlar  parçalardan,  trikotaj  polotnolarından,  zərif  süni  və  təbii  gön 

materiallarında  və  s.  hazırlanır.  Şalvarların  mürəkkəb  həcmi  forması  həm 

konstruksiya yolu ilə, həm də materialın plastikliyi hesabına yaradılır. 


49 

 

Hazırda  respublikamızda 



cinsdən 

tiklimiş 

qadın 

şalvarlarına 



tələbat 

olduqca 


böyükdür.  Satışda  olan  qabaqcıl 

xarici  firmaların cinsdən tiklimiş 

mallarına nəzər salsaq görərik ki, 

indiki  modellərin  çeşidi  bir-

birindən 

rəng 


çalarlığı 

ilə, 


üstədən  tiklilmiş  tikmələrlə,  qaş 

və  xırda  rəngarəng  daşlarla, 

müxtəlif  kurujevalarla,  məxmər, 

vilvet,  süni  və  təbii  dərilərlə 

bəzəndirilməsi  ilə  fərqlənirlər ki, 

bu 


da 

yeni 


modellərin 

yaranmasına gətirib çıxarır.  

 

Yubka  –  bir  və  ya  bir  neçə  polotno  kəsiyindən  ibarət  olmaqla  tikili  və  ya 

trikotajdan  olan  kəmərli  qadın  geyim  məmulatıdır.  Konstruksiyadan  asılı  olaraq 

yubkalar bütöv, kəsikli, üslubuna görə mini, midi, maksi, detalları müxtəlif ölçüdə 

biçilmiş, kombinələşdirilmiş, üzəri bəzək elementləri ilə bəzədilmiş ola bilər. 



Kostyumlar  –  dəst  məmulatlarıdır.  Iki  predmetdən:  pencək  (jaket)  və 

şalvardan  (yubkadan)  ibarət olur. Üçlük kostyumların  dəstinə əlavə olaraq jilet də 

daxil edilir.  

Jilet  –  çiyinli,  qolsuz  məmulatdır.  Dəst  və  tək  məmulatlar  kimi  onlar 

yaxalıqlı  və  yaxalıqsız,  yaxası  bağlanan  və  bağlanmayan  olur.  Qadın 

kostyumlarının  bir  hissəsi  kimi  jiletlər  kostyumun  hazırlandığı  parçadan  və  ya 

trikotaj polotnosundan hazırlanır. Bu zaman məmulatın kürək hissəsi istisna olunur 

ki, byunun  üçün astarlıq  materiallardan  istifadə  olunur. Bəzi  hallarda jiletin kürək 


50 

 

hissəsi  kostyumun  rəngində  olan  və  yaxud  onunla  konstrastlıq  təşkil  edən  ipək, 



atlas parçadan tikilə bilər. 

Gödəkçə  –  pencək  tipli,  qısa  tikili  və  ya  trikotaj  məmulatıdır.  Qabaq 

hissədən kəsik olur, uzun qolludur, astarsız tikilir. Gödəkçələrin model müxtəlifliyi 

ətəkələrin,  formalarının  müxtəlif  variantları  hesabına  yaradılır,  təkyaxalı  düymə 

metal  və  yaxud  plastik  kütlədən  olan  çarpazla  bərkidilən,  qolunun  ağzı  adi  və  ya 

düyməli  manjetli  olur.  Gödəkçələr  müxtəlif  materiallardan  –  kostyumluq-yun 

parçalardan,  müxtəlif  trikotaj  polotnolardan.  Süni  və  təbii  dəridən,  vilvetdən  və  s. 

hazırlanır. 

Koftalar  –  tikili  və ya trikotaj  məmulatıdır. Konstruksiyasına  görə donların 

yuxarı hissəsini təkrarlayır. Koftalar biçiminə görə qabaq hissəsi bütöv və ya kəsik, 

yəni  iki  hissədən  ibarət,  qolları  müxtəlif  biçimli,  qısa  və  ya  uzun,  yaxalıqlı  və 

yaxalıqsız, müxtəlif furnitura, tesma və s. bəzək elementləri ilə bəzəndirilmiş olur. 

Son dövrlərdə ticarətə daxil olan kofta məmulatlarının çeşidi olduqca zəngindir 

 

 



 

 

 



 

 

 



 

 

 



51 

 

2.2. 



Respublika bazarına daxil olan tikili malların

 

keyfiyyətinin ekspertizası 

 

Bütün  tikili  mallar,  xarici  görünüşünə,  materialına,  hazırlanma  keyfiyyətinə 



görə  texniki-normativ  sənədlərin  tələblərinə  uyğun  olmalıdır.  Tikili  malların 

keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsində  və  sortunun  təyin  edilməsində 

istehsalat  xarakterli  və  istehsalat  xarakteri  olmayan  nöqsanların  ölçüsü,  yerləşdiyi 

yer,  miqdarı,  detalların  tikişi  və  bütövlükdə  məmulatın  keyfiyyəti  nəzərə  alınır. 

Tikili  mallarda  nöqsanların  xarakteri,  ölçüsü,  yerləşdiyi  yer  və  miqdarı,  əsas 

materialın 

xarici 

görünüşündəki 



nöqsanlar 

və 


sortu 

standarta 

əsasən 

normalaşdırılır.  



Tikili mallarda rast gəlinən nöqsanlar əsasən 2 qrupa bölünür:  

1.  Parça nöqsanlarına (toxunma, naxışlanma və bəzəndirmə nöqsanları). 

2.  İstahsalat-tikiş nöqsanlarına. 

Parçaların  xarici  görünüşündə  olan  nöqsanlaronların  istehsalının  müxtəlif 

mərhələlərində  əyirmədə,  toxunma,  naxışlama  və  bəzəndirmədə  əmələ  gəlir. 

Toxunma  zamanı  parçalarda  bir  sıra  nöqsanlar  əmələ  gəlir  ki,  bunlar  da  parçanın 

xarici  görünüşünə  və  parçadan  olan  məmulatların  xidmət  müddətinə  müxtəlif  cür 

təsir göstərə bilər. Bu nöqsanlardan ən çox rast gələni cığır, pillə, sıxlıq, seyrəklik, 

qoşalma,  dolaşma,  codluq,  naxışın  pozulması,  arğac  sapının  qaçması,  zolaq,  əriş 

saplarının sallanması, deşik, kəsik, ləkə, kir və s.-dir. 

Yekun  bəzək  əməliyyatları  zamanı  parçalarda  kifayət  qədər  spirtlənməmək, 

əyrilik,  nişasta  ləkəsi,  qeyri-bərabər  tiftikləndirmə  və  s.  əmələ  gəlir  ki,  bunlarda 

standarta əsasən qiymətləndirilir.  

Tikili  mallar olan nöqsanlar əhəmiyyətinə görə müxtəlif olur. Daha doğrusu 

nöqsanlar  məmulatın  xarici  görünüşünə  və  istismar  müddətinə  təsir  edən 


52 

 

nöqsanlara  ayrılır.  Yerinə  görə  görünən,  görünməyən,  ölçüsünə  görə  xırda  və  iri 



nöqsanlar ola bilər.  

Təyinatından  və  növündən  asılı  olaraq  tikili  məmulatların  nöqsanları 

müxtəlif  ola  bilər.  Beləliklə,  üst  paltarlarında  rast  gələn  xarakterik  nöqsanlar 

aşağıdakılardan ibarətdir: döş qatının və yaxanın qıraqlarının əyri olması, ətəklərin 

birinin  digərindən  uzun  olması,  yaxa  və  döş  qatında  naxışların  əyilməsi,  yaxanın 

tikiş ilmələrinin xeyli seyrək olması, döş qatında ilmələrin görünməsi, yaxalığa cod 

material əvəzinə yumyaş materialın qoyulması (parusin əvəzinə yumşaq  material), 

döş  hissəsinin  kifayət  qədər  qabarıq  olmaması,  döş  qatlarının  forma  və  eninin 

bərabər  olmaması,  döş  qatlarının  uclarının  ətəklərə  yatmayıb  yana  əyilməsi, 

ətəklərin  ucunun  aşağı  qıvrılması,  kürək  tikişində  parçanın  naxışının  düz 

gəlməməsi, astarın parçanın altından  görünməsi, qolun  üst  və  yaxud alt  hissəsinin 

əyilməsi,  ciblərin  düzgün  yerləşdirilməməsi,  kəmərlərin  kənarlarının  əyilməsi, 

tikişlərin  simmetrik  olmaması,  düymələrin  boş  yaxud  çox  kip  tikilməsi, 

düymələrin  ilgəklərin  tuşunda  tikilməməsi,  ilgəklərin  gec  açılması  və  bir-birindən 

müxtəlif  məsafədə  olması,  ilgəyin  içərisindən  aralıq  materialın  görünməsi,  astarın 

qısa və əyri olması şalvarın cibinin və tikişinin əyri olması, şalvarın qabaq tərəfinin 

düzgün bükülməməsi və s. 

Tikili  məmulatların  sortlarını  yoxlayan  zaman  istehlak  xassələrinə  verilən 

tələblər  (xarici  görünüşü,  fiqura  oturması),  hazırlanmasına  aid  tələblər  və 

xammalına verilən standart tələblər əldə əsas götürülür. Bunun üçün məmulata aid 

texniki  sənədlərdən  (standartlar,  texniki  şərtlər,  modelə  aid  texniki  məmulatlar, 

konfeksiya kartasından) və eləcə də təsdiq edilmiş nümunələrdən istifadə edilir. 

Tikili  məmulatlar  iki  sorta  ola  bilər  (1-ci  və  2-ci).  Tikili  məmulatın  sortu 

xarici  görünüşünün,  məmulatın  fiqura  oturması,  materialın  xarici  görünüşünün  və 

tikiş istehsal nöqtəsindən asılı olaraq təyin edilir. 

Standartda  tikili  məmulatların  nöqsanlarını  buraxıla  bilən  və  buraxıla 

bilməyən nöqsanlara ayırırlar.  


53 

 

Tikili  məmulatların  1-ci  və  2-ci  sortlarında  buraxıla  bilməyən  nöqsanlarına 



aşağıdakılar  daxildir:  xarici  tikiş  xətləri  üçün  işlədilən  sapların  rənginin  parçanın 

rəngindən  kəskin  fərqlənməsi;  ipək  yaxud  sintetik  sapların  pambıq  sapla  əvəz 

edilməsi;  məmulatın  açıq  hissələrində  tiftik  və  naxışların  uyğunsuzzluğu; 

nümunənin bədii-estetik göstəricilərinin uyğunsuzluğu.  

Yoxlama  zamanı  müəyyən  edilmiş  nöqsanların  ölçülərini  normativ 

kənarlaşmadan asılı olaraq tikili məmulatlar 1-ci və 2-ci sortlara aid edilirlər.  

Məmulatın  hissələrində  və  detallarındakı  nöqsanlar  parçada  və  istehsal-

tikişdə yerləşdiyi yerdən asılı olaraq görünən və görünməyən nöqsanlara ayrılır.  

Bu  nöqsanlar  tikili  məmulatların  sortlaşdırılması  üçün  olan  DÜİST  ətraflı 

şərh olunmuşdur. 

Məmulatda olan gizli nöqsanlar nəzərə alınmır.  

Bütün tikili məmulatların 1-ci sortunda görünən heç bir nöqsan olmamalıdır, 

daha  doğrusu  1-ci  sorta  aid  olan  tikili  məmulatlar  müəyyən  olunmuş  standart 

yaxud  texniki  şərtin  tələbinə  və  təsdiq  edilmiş  nümunəyə  tamamilə  uyğun 

olmalıdır.  Bundan  başqa  1-ci  sort  tikili  məmulatlarda  8  addan  artıq  olmayan 

əhəmiyyətsiz istehsal-tikiş nöqsanlarına icazə verilir.  

Tikili  məmulatların  2-ci  sortunda  buraxıla  bilən  nöqsanlarda  cədvəl  halında 

verilmişdir.  Həmin  standarta  uyğun  olaraq  2-ci  sort  tikili  məmulatlarda  5  addan 

artıq istehsal tikiş nöqsanlarına yol verilmir.  

Komplekt  halda  olan  tikili  məmulatlarda  sort  hər  bir  məmulat  üçün  ayrıca 

təyin  edilir.  Bu  zaman  ola  bilsin  ki,  həmin  komplekt  məmulatdan  biri  aşağı  sorta 

endirilsin.  Ümumiyyətlə,  1-ci  v  2-ci  sorta  aid  olan  tikili  məmulatlarda  materialın 

xarici görünüşünün yerli nöqsanlarına yol verilə bilər.  

Tikili  məmulatların  sortu  müəyyən  edilmiş  nöqsanların  ümumi  miqdarına 

əsasən  təyin  edilir.  Beləliklə,  yadda  saxlamaq  lazımdır  ki,  1-ci  sort  tikili 


54 

 

məmulatlarda materialların xarici görünüşündə yayılmış nöqsanlara yol verilmir. 2-



ci sort məmulatlarda isə təsdiq olunmuş etalona uyğun nöqsanlar buraxıla bilər.  

Yuxarıda göstərilən nöqsanlara yerli ticarət təşkilatlarında satılan bütün tikili 

mallarda  rast  gəlmək  olur.  Azərbaycana  tikili  mallar  Türkiyədən,  İtalyadan, 

İngiltərədən, Almaniyadan, Fransadan, Çindən, Rusiyadan, Dubaydan gətirilir. Bu 

geyimlərdə  keyfiyyətli  olmaqla  bərabər  nöqsanlarada  təsadüf  edilir.  Onu  da  qeyd 

etmək istəyirəm ki, yüngül donların ticarəti ilə məşğul olan satıcıların və bu malları 

xarici  ölkələrdən  alıb  gətirən  şəxslərin  keyfiyyət  və  standart  haqqında  məlumatı 

yoxdur.  

Yerli  ticarət  təşkilatında  satılan  tikili  mallar  qruppasına  daxil  olan 

məmulatlarda  bir  sıra  nöqsanları  aşikar  etdim.  Mağazada  satışda  olan  yüngül 

donlarda,  şalvarlarda,  ətəklərdə,  bluzkalarda  bir  sıra  nöqsanlar  var  idi.  Məsələn, 

Türkiyədə  istehsal  edilmiş  xalatın  bir  ətəyi  digər  ətəyindən  uzun  olması,  üzərində 

sap  qırıntılarının  sallanması,  bluzkada  yaxalığın  əyri  olması,  ilgəklərin  səliqəsiz 

tikilməsi,  düymələrin  boş  tikilməsi,  donların  üzərinə  tikilmiş  qaşların  və 

muncuqların tökülməsi, donların, şalvar  və yubkaların ətəklərin səliqəsiz qatlanıb 

pis tikilməsi nöqsanları var idi.  

Italiyadan gətirilən qadın tikili malları daha keyfiyyətli olması haqqında fikir 

irəli  sürülür.  Lakin  İtaliyadan  gətirilən  donların,  don-kastyumların,  bluzkanı 

keyfiyyətcə  yoxlayan  zaman  don  və  don-kostyumda    parça  nöqsanı  rəngin  qeyri-

bərabər  olması,  yağ  ləkəsi,  seyrəklik  tikiş  nöqsanlarından,  yaxanın  qıraqlarından 

əyri olması, düymələrin düzgün tikilməməsi, donların üzərinə piləklərin tökülməsi 

nöqsanlarını aşkar etdim.  

Polşadan  gətirilən  bluzkada,  donlarda,  yubkada  sap  qırıntıları,  düymələrin 

donun rənginə uyğun olmaması, düymələrin boş tikilməsi nöqsanları var idi.  

Ən çox nöqsanlı tikili mallar Dubaydan gətirilənlərdir.  

 


55 

 

2.3.  Respublika bazarına daxil olan tikili malların  



        keyfiyyətinin standarta uyğunluğunun yoxlanılması 

Tikili  malların  keyfiyyətinin  idarə  olunması  sistemində  keyfiyyətə  nəzarət 

əsas yerlərdən birini tutur. 

Geyimlərin 

keyfiyyətinə 

nəzarət 


dedikdə, 

məmulatın 

keyfiyyət 

göstəricilərinin  normativ-texniki  sənədlərdə  göstərilən  tələblərə  uyğunluğunun 

yoxlanması başa düşülür. 

Ticarətə  daxil  olan  tikili  malların  keyfiyyətinə  nəzarət  mal  partiyasının 

qablaşdırılmasının  başdan-başa  yoxlanması  ilə  başlanır.  Əgər  qablaşdırmada 

səhvlər aşkar edilərsə, istehsalçı firma məhsulu təzədən qablaşdırmalıdır.  

Yarlıqların rekvizitləri  və  məmulatın əsas ölçüləri seçmə üsulu  ilə  yoxlanır. 

Əgər  yarlıqların  rekvizitləri  ilə  məmulat  arasında  uyğunsuzluq  aşkar  edilərsə, 

başdan-başa  yarlıqların  nəzarəti  həyata  keçirilir.  Məmulatın  ölçülərinin  standarta 

uyğun  gəlməməsi  zamanı  partiyada  həmin  ölçüdə  olan  bütün  məmulatlara  baxış 

keçirilir, onlar  yararlıları  ilə əvəz edilir  vəyaxud kiçik ölçüyə keçirilir. Məmulatın 

xarici  görünüşü,  bədənə  oturma  keyfiyyətinə,  tətbiq  olunan  materialların  və 

texnoloji emalın keyfiyyətinə nəzarət başdan-başa və yaxud seçmə üsulu ilə həyata 

keçirilir. Seçmənin  həcmi standart tələblərinə uyğun müəyyən edilir. 

Geyimlərin  sortu,  keyfiyyətə  nəzarətin  nəticələrinin  normativ-texniki 

sənədlərdə sortlara qoyulan tələblərlə müqayisə etməklə təyin edilir.  

Tikili malların sortu məmulatın xarici gorünüşünə baxış zamanı aşkar edilən 

nöqsanların  əhəmiyyətindən,  miqdarından  və  yerindən  asılı  olaraq  müəyyən 

olunur. 

Qadınlar  üçün  olan  geyim  məmulatları  1-ci  və  2-ci  sortlara  ayrılır. 

Məhsulların  sortlaşmasına  aid  standart  sənədlərdə  qoyulan  tələblərə  uyğun 

olmayan məmulatlar çıxdaş edilir. 

 


56 

 

 



Tikili  malların  sortlaşdırılması  zamanı  aşağıdakı  istehlak  xassələrinə  diqqət 

yetirilir:  xarici  görünüş,  məmulatın  fiqura  oturması,  məmulatın  ölçülərinin 

normativ-texniki  sənədlərə  uyğunluğu,  tətbiq  olunan  materialların  və  texnoloji 

emalın  keyfiyyəti.  Normativ-texniki  sənədlərdə  məmulatın  keyfiyyətinə  nəzarətin 

nümunə-etalon üzrə aparılması vacibliyi qeyd olunur. 

Tikili  malların  sortu  məmulatın  xarici  görünüşündə,  onun  fiqura 

oturmasında  olan  nöqsanlardan,  istehsal-tikiş  nöqsanlarından,  həmçinin  materialın 

xarici görünüşündə olan nöqsanlardan asılı olaraq təyin edilir. 

Normativ-texniki  sənədlərdə  tikili  malların  bütün  nöqsanları  aşağıdakı 

qruplara  bölünür:  məmulatın  xarici  görünüşündə  olan  nöqsanlar,  istehsal-tikiş 

nöqsanları və materialın xarici görünüşündə olan nöqsanlar. 

Məmulatın  xarici  görünüşündə  və  fiqura  oturmasında  olan  nöqsanlara  1-ci 

və 2-ci sortlu məmulatlarda yol verilmir. 

İstehsal-tikiş  nöqsanları  məmulatın  hazırlanması  prosesində  yaranır.  Bu 

nöqsanlar  ayrı-ayrı  əməliyyatların  dəqiq  yerinə  yetirilməməsi,  maşınların  düzgün 

işləməməsi və s. səbəblərdən baş verə bilər. 

Qadın  geyimlərində  aşağıdakı  kimi  istehsal-tikiş  nöqsanlarına  rast  gəlmək 

olar:  yaxalıqlqrın  ucunun  müxtəlif  endə  olması,  qoşa  detalların  qeyri-simmetrik 

yerləşməsi,  detallarda  materialın  naxışının  uyğun  gəlməməsi  vəs.    Müxtəlif  növlü 

1-ci  və  2-ci  sort  geyim  məmulatlarında  bu  nöqsanların  ölçüsü  və  sayı  normativ-

texniki sənədlər üzrə normalaşdırılır. 

Məmulatın xarici görünüşünü, estetik və istismar xassələrini pisləşdirməyən 

istehsal-tikiş nöqsanlarını sortlaşdırmada nəzərə almırlar. 

Geyimlərin  hazırlandığı  materialda  olan  nöqsanlar  məmulatın  xarici 

görünüşünə və keyfiyyətinə mənfi təsir göstərir. 

1-cvi sortlu parçalarda  normativ-texniki sənədlər  üzrə  yol  verilmiş  yayılmış 

nöqsanlar, 1-ci sortlu qadın geyim məmulatında da buraxıla bilər. 


57 

 

Normativ-texniki  sənədlər  üzrə  2-ci  və  3-cü  sort  materiallarda  yol  verilmiş 



nöqsanlar  isə  2-ci  sortlu  hazır  məmulatda  buraxıla  bilər.  Bir  sortla 

qiymətləndirilmiş hazir geyim məmulatında, 1-ci, 2-ci, və 3-cü sort materialda yol 

verilən bütün yayılmış nöqsanlar buraxıla bilər. 

Tikili  məmulatlarda  yerli  nöqsanlara  da  rast  gəlinə  bilər:  əriş  və  arğac 

saplarının  qalınlaşması,  qoşalaşması,  naxışların  çox  hiss  olunan  əyriliyi,  yağ,  çirk 

ləkəsi  və  s.  Normativ-texniki  sənədlərdə  1-ci  və  2-ci  sortlu  məmulatların 

materiallarında yol verilə bilən yerli nöqsanların ölçüsü və miqdarı göstərilir. 

Tikili  malların  sortlaşmasına  materialda  olan  nöqsanin  yeri  də  təsir  edir 

(məmulatın  örtülü  detalında  və  hissəsində  olan  nöqsanlar  nəzərə  alınmır). 

Normativ-texniki  sənədlərdə  tikili  malların  örtülü  hissə  və  detallarının  siyahısı 

verilir:  yaxaaltı  hissə,  alt  yaxalıq,  məmulatın  bəzək  detalları  ilə  örtülən  hissələri, 

qalın astar, yubkanın astarı vəs. 

1-ci  sorta  heç  bir  nöqsanı  olmayan,  yaxud  normativ-texniki  sənədlərdə  1-ci 

sort  üçün  yol  verilən  miqdarda  istehsal-tikiş  və  material  nöqsanlarına  malik  olan 

qadın  geyim  məmulatları  aid  edilir.  Bu  zaman  ölçüsü  standartdakı  göstəricilərdən 

böyük olan yalnız 3-ə qədər istehsal-tikiş nöqsanlarının buraxılmasına yol verilir. 

2-ci sorta isə standart sənədlərdə 2-ci sort üçün yol verilən sayda nöqsanlara 

malik olan  geyim  məmulatları aid edilir. Bu sortda ölçüləri standart göstəricilərini 

aşan 5 adda nöqsanın buraxılmasına yol verilir 

 

 



 

 

 



 

 


58 

 


Yüklə 454,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin