Fakultə: “Əmtəəşünaslıq” İXTİsas:”İstehlak mallarının ekspertizası və marketinqi”



Yüklə 454,27 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix17.04.2017
ölçüsü454,27 Kb.
#14302
1   2   3   4   5

                              1.4.  

Tikili malların  keyfiyyətinin  

   qiymətləndirilməsi metodları.

   

 

Tikili  malların  keyfiyyət  göstəricilərionların  xassələrinə  görə  təyin  olunur. 



33 

 

Həmin xassələri texnoloji proseslərin köməyi ilə lazimi isttiqamətlərdə dəyişdirmək 



olar.  Lakin  hazır  məmulatların  xassələrini  dəyişdirmək  mümkün  olmur.  Həmin 

göstəricilər  məmulatın  keyfiyyətinə  və  onun  təyinatına,  istismar  şəraitinə  nə 

dərəcədə  uyğun  gəldiyini  müəyyən  etməyə  imkan  verir.  Sənaye  müəssisələrində 

məmulatlar  tam  keyfiyyətcə  formaya  salındıqdan  sonra  texniki  nəzarət  şöbələri 

tərəfindən keyfiyyətcə qiymətləndirilir. Müvafiq qaydada sortlara ayrılır.  

Bildiyimiz  kimi  tikili  malların  keyfiyyəti,  onların  yararlılığını  təyin  edən 

xassələrin  məcmusudur. Bu xassə göstəricilərini təyin etmək  üçün isə orqanoleptik, 

ekspert, sosioloji, alət, hesablama və təcrübə istismar üsullarından istifadə olunur.  

Orqanoleptik  üsul  sadə  olmaqla,  tək-tək  xassə  göstəricilərini  insanın  hiss 

üzvlərinin vasitəsilə ilə qiymətləndirilməsinə əsaslanır. Bu üsulla aparılan yoxlamalrın 

nəticələrini  əldə  etmək  üçün  sadə  cihazlar  və  vasitələrdən  istifadə  edir.  Bunlara 

lupaları,  xətkeşləri  misal  göstərmək  olar.  Orqanoleptik  üsulla  xassə  göstəricilərinin 

təyin edilməsində nəticələr balla ifadə olunur.  

Orqanoleptik  üsulun  bir  çox  üstün  və  çatışmayan  cəhəti  vardır.  Bu  üsulun 

üstünlüyü  onun  sadəliyindən  və  xassə  göstəricilərinin  tez  qiymətləndirilməsindən 

ibarətdir.  Bu  zaman  təhlil  üçün  xüsusi  otaqların  cihaz  və  alətlərin  olması  tələb 

olunmur.  Xassə  göstəricilərindən  alınmış  nəticələrin  doğruluğu  mütəxəssislərin 

ixtisas  dərəcəsindən  və  praktiki  təcrübəsindən  asılıdır.  Çatışmamazlıqlara 

baxmayaraq  orqanoleptik  üsul  əmtəəşünaslıq  təcrübəsində  xüsusilə  məmulattların 

nöqsanlarına görə sortunun təyin edilməsində geniş tətbiq olunur.  

Əmtəələrin xassə göstəricilərinin ekspert üsulu ilə təyini bir adamın deyil, bir 

qrup  ixtisasçının-ekspertin  fikrinə  əsaslanır.  Ekspert  kommisiyasının  tərkibinə 

maddi  marağı  olan  şəxslər  daxil  edilməməlidir.  Qrupun  tərkibi  7  nəfərdən  az 

olmamalıdır.  Ekspert  metodu  ilə  məmulatların  xassə  göstəriciləri  balla 

qiymətləndirilir.  Bu  zaman  keyfiyyət  səviyyəsinin  qiymətləndirilməsinin  4  ballıq 

sistemindən istifadə edirlər. -əla, yaxşı, kafi, pis. Belə qiymətləndirmə 5, 4, 3, 0. 

Tikili  malların  keyfiyyətinin  laboratoriya  metodu  ilə  təyin  olunmasnda 


34 

 

müxtəlif  cihazlardan  və  kimyəvi  maddələrdən  istifadə  olunur.  Bu  metodun  özünə 



məxsus üstün və çatışmayan cəhəti vardır. Bu metodla keyfiyyəti təyin edən zaman 

digər  metodlardan  fərqli  olaraq  təsadüflüyə  yol  verilmir.  Laboratoriya  metodu  üzrə 

xassə  göstəriciləri  təyin  edilərkən  nəzərdə  tutulmuş  otağın  temperaturu  və  nisbi 

rütubəti  normaya  uyğun  olmalıdır.  Burada  xüsusi  hazırlıqlı  kadırların  olması  tələb 

olunur. Bu üsula məmulatların xassə göstəricilərinin təyin olunmasına çox vaxt sərf 

olunur,  əksər  hallarda  material  və  məmulatın  korlanması  zərurəti  meydana  çıxır. 

Lakin bu metodun nəticələrinin dəqiq göstəricisi əldə olunur.  

Əmtəəşünaslıq təhlillərində ən çox yayılmış üsullarından biridə alət üsuludur.  

Tikili  malların keyfiyyəti ən çox orqanoleptik  metodla qiymətləndirilir. Tikili 

malların  orqanoleptik  metodla  qiymətləndirilməsində  geyimin  insan  bədənində 

oturması  keyfiyyətinin  qiymətləndirilməsi,  insan  bədənində  ölçü  və  yaş  doluluq 

əlamətlərinə  görə  təsnifatı,  madelin  konstruksiya  və  emalın  geyimin  keyfiyyətinə 

təsiri, onların keyfiyyətinin təhlili və sortunun təyin edilməsi öyrənilir.     

Geyimin insan bədənində oturması keyfiyyətinin qiymətləndirilməsi. 

Insan  bədəni  bir  ölçüdə,  hündürlükdə  və  doluluqda  olmasına  baxamyaraq, 

çiyin  hündürlüyü  və  gövdənin  və  ya  qamətin  vəziyyətinə  görə  fərqlənə  bilər. 

Istehsalatda geyim modelləri və konstruksiyaları yalnız normal qamətli və çiyini orta 

vəziyyətdə  olan  fiqurlar  üçün  hazırlanırlar.  Faktiki  olaraq  qamətə  görə  beli  bükük, 

çox bükük, normal, düz, çox düz, hündür, orta və alçaq çiyinli insanlara rast gəlmək 

olur. 


Çiyin  hündürlüyünü  (H

ç

),  çiyin  endirməsinin  enini  (E



ç

)  və  çiyin 

hündürlüyünün əyriliyini (H

çə

)ölçməklə  hesablama  yolu  ilə, yaxud  üfüqi  xətlə çiyin 



nöqtəsinə qədər olan məsafəni təyin etmək olar.  

Insan bədənində H

ç  

göstəriciləri aşağıdakı cədvəl üzrə fərqlənir.  



                                                                                                        Cədvəl 4. 

35 

 

 



             Ç i y i n   h ü n d ü r l ü y ü (H

ç

), sm 



Hündür çiyin 

Orta çiyin  

Alçaq çiyin 

Kişilərdə 

        4,5 

      6,0 

     7,5 

Qadınlarda  

       3,0 

     4,5 

     6,0 

 

 Insan qaməti onurğanın əyilməsi və başqa ölçülərə görə döş qəfəsinin həcmi, 



çiyinlərin  açılması  və  s.  xarakterizə  olunur.  Tədris  şəraitində  qaməti  gövdənin 

vəziyyətinin  (V

g

)  göstəricisi  ilə  təyin  edirlər.  Gövdənin  vəziyyəti  7-ci  onurğa 



fəqərəsindən səthilikdə kürəklərə toxunan xətt ilə xarakterizə olunur.  

Qamət  döş  yarımçevrəsinin  ölçülməsi  yolu  ilə  hesablanıb  Z  işarəsi  ilə  qeyd 

edilir.  

            Z

kişi

 = U


 – L


ba

 – U


ba

 + 7,0 – 0,2 S

dy 

             Z



qadın

 = U


 – L


ba

 – U


ba 

– (S


d1

 – S


dII

             L



ba 

 = S


b

/3 + 1 


Burada:   Z – qamət, sm; 

             U

ba

 – belin ön tərəfdən uzunluğu, sm; 



             U

ba

 – belin arxa tərəfdən uzunluğu, sm; 



             S

dy

 – döş yarımçevrəsi, sm; 



             S

d1

 – döş yarımçevrəsinin birinci ölçüsü, sm; 



             S

dıı


 – döş yarımçevrəsinin  ikinci ölçüsü, sm; 

            S

b

 – boyun yarımçevrəsi, sm; 



            L

ba

 – boyun ardı, sm. 



Insan bədəninin ölçü və yaş-doluluq əlamətlərinə görə təsnifatı

36 

 

Eyni  ölçü  və  boyda  olmaqla  bel  və  ya  çanaq  çevrəsinin  ölçülərindən  asılı 



olaraq fiqur tipləri yaş-doluluq qruplarına bölünür. Geyim model və konstruksiyaları 

hər  yaş-doluluq  qrupu  üçün  ayrı-ayrılıqda  hazırlanır,  çünki  ölçü  və  boy 

göstəricilərinin eyni olmasına baxmayaraq  insan  yaşa dolduqca bədən quruluşunda, 

eləcədə onun proporsiyalarında dəyişikliklər baş verir.  

Modelin geyimin keyfiyyətinə təsiri. 

Mal  alışı  müqavilələri  bağlanan  zaman  müəssisə  tərəfindən  görülən  ilk  iş 

alıcılara  yeni  buraxılan  modellərin  şəkil  və  texniki  təsvirini  əks  etdirən  kataloqları 

göndərməkdir.  Əmtəəşünas  isə  bu  modellərin  içərisindən  onu  maraqlandıranları 

seçir.  Istehsalatda  kolleksiya  yalnız  bir  baza  modeli  üzərində  yaradılır,  bu  da  ilk 

baxışdan çeşidin çox olması təəssüratını yaradır. Buna görə sifariş hazırlanan zaman 

modellər rəssamlıq həlli və başqa istehlak xassələrinə görə təhlil olunmalıdır.  

Model  seriyasını  aparıcı  əlamətlərinə:  təyinatına,  üslubuna,  siluetinə,  hər 

qrupda əsas modelini ayırmaqla tikilişinə görə qruplara bölürlər. Hər qrupun ümumi 

xarakteristikasını  verib,  modanın  müasir  və  perispektiv  istiqamətinə  uyğunluğunu 

qiymətləndirirlər və sifariş üçün ən maraqlı modelləri seçərək, başqa modellərdən nə 

səbəbə  görə  imtina  edilməsinə  əsaslandırılmış  rəy  verirlər.  Model  qruplarının 

ümumi xarakteristikası sxemi aşağıdakı kimidir: 

-  məmulatın adı (namenklaturaya görə növü) və üst materialı; 

-  təyinatı istehlakçının cins və yaşı, ölçü və boy qrupları, doluluq, mövsüm, 

istehlak şəraiti (ziyafət, ev üçün, gündəlik, iş üçün, gündüz və s.); 

-  formanın surət  həlli (kompozisiyanın  xarakteri – ciddi, fantaziyalı,  idman, 

işgüzar, klassik, folklor və yaxud başqa üslubda); 

-  formanın  həcmi-fəza  həlli  siluet  və  proporsiyaları,  biçimi,  konstruktiv  və 

dekorativ xəttləri, detalların ölçüsü və konfiqurasiyası, düymələnməsi; 

-  rəng həlli, tərtibat və materialların xassələri; 

-  ümumi  kompozisiyanın  bütövlüyü  və  mənalılığı  (kompozisiya  mərkəzinin 

mövcudluğu, təyinatın formaya uyğunlaşma dərəcəsi); 


37 

 

-  erqonomik  xassələr  –  istisaxlama,  küləyə  davamlılıq,  uşaq  bədəninin 



xüsusiyyətlərinin nəzərə alınması, istifadə rahatlığı, tozgötürmə və s. 

-  etibarlılıq və təqribi istehlak müddəti. 

Hər qrupda baza  modelinin ətraflı  xarakteristikasını, başqa  modellər  üçün  isə 

forma quruluşunun xüsusiyyətlərini və xassələrində olan fərqi qeyd edirlər.  

Model  qruplarını  bir-biri  ilə  müqaisə  edib,  sifariş  üçün  modellər  seçib, 

müqavilə  bağlanması  üçün  mal  göndərənlər  tərəfindən  təklif  olunan  məmulatların 

çeşid müxtəlifliyinə qiymət verirlər.  

Konstruksiya və emalın geyimin keyfiyyətinə təsiri. 

Geyimin  konstruksiyasının  layihələndirilməsi  zamanı  model  dəqiq  təsvir 

olunmalı  və  qabaqcadan  təyin  edilmiş  bütün  insan  fiqur  tiplərinə  düzgün  oturması 

təmin  edilməlidir.  Konstruksiya  geyimin  əksər  xassələrinə  -  xarici  görünüşünə, 

məmulatın  istifadə  rahatlığına,  formasaxlamasına,  təmir  mümkünlüyü  və  təkrar 

istifadəsinə,  istifadə  müddətinə  təsir  edir.  Bütün  bu  xassələr  detalların  cizgi 

quruluşlarının  düzgün  hesablanması,  geyimin  bədənə  sərbəst  yapışması  üçün 

cəmlənmiş  açılmaların  düzgün  təyin  edilməsi,  bundan  başqa  formalaşma  seçiminin 

bu və ya başqa üsulunun seçilməsi emalı, detalların birləşməsindən və s. asılıdır. 

Balansın  geyimin  keyfiyyətinə  təsiri.  –  balansı  empirik  düstur  ilə 

hesablayırlar: 

            b = (U

bq

 - U



bk

)/ 2 + 0,2 (C

dyI

 - C


dyII

) – 0,2(C

ş

 + a) 


burada:  U

bq

 – belin uzunluğu qabaqdan, sm, 



              U

bk

 – belin uzunluğu kürəkdən, sm,      



             (C

dyI


 , C

dyII


 ) – döş yarımçevrəsi 1-ci və 2-ci, sm,  

                       C

ş

 – boyun yarımçevrəsi, sm, 



                        a – kənarlaşma məmulatın növündən asılıdır, sm. 

38 

 

Rəqəmlər standartda tiplərin ölçüləri cədvəlindən götürülür.   



Kənarlaşmanın məmulatın keyfiyyətinə təsiri.  

Hazır  məmulatın  hansısa  bir  hissəsinin  (Ö

məm

)  ölçü  həcmini  aşağıda  göstərilən 



düsturla təyin edirlər. 

                                       Ö

məm

 = Ö


f

 + A


boş

 

     Ö



f

 – həmin hissənin fiqur ölçülməsi; 

      A

sq

 – bel layihəsində sərbəst yapışma üçün kənarlaşma göstəricisi; 



Deməli, hazır məmulatda       A

boş


 = Ö

məm 


– Ö

f

        olacaq.  



Məmulatın  ölçülərinin  nəticələrini  və  fiqur  tipinin  ölçülmələrinin 

məlumatlarını  cədvələ  salırlar,  kənarlaşmaları  hesablayıb,  onların  təyinatını  izah 

edirlər. 

Kənarlaşma  ölçülərini  kiçildəndə  məmulat  dar  olur,  ensizlik  nöqsanı  yaradır 

və  istifadə zamanı eninə  istiqamətində qırışlar  və büzmələr  nöqsanı kimi  üzə çıxır. 

Bundan  başqa,  daraldılmış  məmulat  müntəzəm  təsir  edən  dartıcı  yük  nəyicəsində 

etibarsız olub daha tez dağılmaya məruz qalır.  

                                                                                                         Cədvəl.   5                      

№ 

Məmulatın ölçüsünün adı 



Məmulatın 

ölçüsü, sm. 

Fiqur  tipinin 

ölçüsü, sm. 

Sərbəst 

oturmanın 

kənarlaşma 

qiyməti, sm 

Məmulatın  qol  yeri  altından 



eni 

     60,0 

  C

b

=50,0 



   +10,0 

Bel xəttinin eni 



     45,0 

   C


b

=40,0 


    +5,0 

Çanaq xəttinin eni 



     62,0 

   C


o

=55,0 


    +7,0 

39 

 



Qol  altı  yerin  eni  (açıq 

görünüşdə) 

     35,0 

   Ç


o

=30,3 


    +4,7 

Qolun aşağıdan eni 



     25,0 

   Ç


bilək

=22,0 


    +3,0 

Qolun uzunluğu 



     60.0 

   U


q

=61,0 


    - 1,0 

Belin  ən  ensiz  yerində  eni 



(qolların birləşən yerin tikişlə 

arası) 


     

      20,5 

    

   E


kürək

=19,0 


    

    +1,5 

Qabaqdan  orta  xəttən  qol 



yerindən 

ensiz 


yeri 

xəttdinədək ətəyin eni 

 

     23,0 



 

   E


oyma

=21,0 


 

    +2,0 

 

 

Geyimin çeşidinin öyrənilməsi.    



Geyimin  çeşidi  optimal,  elmi  əsaslandırılmış,  rasional  strukturlu  olmalıdır. 

Çox  vacibdir  ki,  bu  adi  analoji,  bir-birindən  az  fərqlənən  məmulat  yığımı  yox, 

xassələrinə görə bir-birindən fərqlənən və müxtəlif ehtiyacları təmin edən məmulat 

toplusu olsun. 

Yəni  böyüklər  üçün  qadın  geyimlərinin  çeşidi  dedikdə  “ünvansız”  modellər 

libasları yox, ziyafət və gündəlik, iş, ev, dincəlmək üçün donlar, bununla belə don-

kostyum,  don-palto,  sarafan,  bluzkalar,  bluzalar,  yubkalar,  şalvarlar,  jaketlər, 

kardiqan,  jilet-palto,  pelerina,  bəzəkli  ansambıllar,  çimərlik  dəstləri  olmalıdır.  bu 

məmulatların  modelləri  müxtəlif  yaş  qruplarına  –  cavan,  orta  yaşlı  və  s.  – 

istehlakçılar üçün nəzərdə tutlmuşdur.  

Bundan  başqa,  hər  məmulatın  payı  ümumi  kütlədə  hesblanıb  əsaslanmalıdır. 

Məsələn, ayrı-ayrı ölçülərin, boy və doluluqların nisbəti verilən regionun əhalisinin 

strukturu bədən quruluşunun tiplərinə görə uyğun olmalıdır.  


40 

 

Nameklatura  və  məmulatın təyinatını öyrənərkən standartlar  və  hərəsindən 1 



nüsxə olan palro, kostyum, don, dəyişək və korset məmulatı, baş geyimindən ibarət 

olan 5-6 ədəd məmulat dəsti əsas materiallar sayılıb istifadə olunmalıdır.  

Terminalogiyanı öyrənərkən analoji təyinatlı olan müxtəlif növ məmulatların 

forma xüsusiyyətlərini və ya analoji adlarını qeyd edirlər.  

Dəstə  daxil  olan  məmulatı  xarakterizə  edərkən  onun  təyinatını  öyrənmək  və 

istifadə  qaydalarını  əsaslandırmaq  lazımdır.  Məmulatın  təsvirində  geyimin  hansı 

qruppaya  aid  olduğu  (məişət,  idarə,  idman  və  ya  xüsusi),  nameklaturaya  görə  adı, 

əsas  materialı,  hansı  yaş-cins  qrupuna  və  iqlim  şəraitinə  məxsus  olduğu  və  s. 

göstərilir. Məmulatın başqa təyinat xüsusiyyətlərini və istifadə qaydalarını – yüngül 

və yaxud üst geyimi  olduğunu; gündəlik  və ya bəzəkli, ziyafət üçün; gündüz və ya 

gecə vaxtı, ev və ya iş üçün olduğunu qeyd edirlər.  

Çeşidi 


ixtisaslandırılmış 

ticarət 


müəssisələrində 

öyrənmək 

daha 

məqsədəuyğundur. Tədris şəraitində bu məqsəd üçün jurnal, kataloq və müxtəlif cür 



çiyin  və  kəmərli  məmulat  və  baş  geyimlərindən  ibarət  olan  məmulat  dəstlərindən 

istifadə etmək olar.  

Tikili malların keyfiyyətinin təhlili və sortunun təyin edilməsi. 

Tikili  malların  keyfiyyətini  öyrənərkən  dərslik,  mühazirə  mətni,  standart  və 

texniki  şərtlər,  tikili  malların  hazırlanmasının  keyfiyyətinə  verilən  texniki 

tələblərdən  istifadə  olunur.  Standartda  verilən  hazır  tikili  məmulatlarının 

keyfiyyətinin  yoxlanılması  və  məişət  tikili  mallarının  sortunu  (sortlaşmasını) 

diqqətlə öyrənirlər. 

Qruplar  üzrə  nəzərdən  keçirilən  tikili  malların  nöqsanlarının  öyrənilməsi 

zamanı  əsas  diqqət  xarici  görünüşünə,  geyimin  bədəndə  oturması,  məmulatın 

biçilməsi və tikilməsinə, parçaların xarici görünüşünə yetirilir. 

Yuxarıda  göstərilən  materialı  mənimsədikdən  sonra  3  cür  məmulatı  seçərək 



41 

 

(üst, yüngül və alt geyimi) keyfiyyətinə görə qəbul edirlər. 



Tikili  malların  keyfiyyətini  yoxlayarkən  onların  üz  və  astar  tərəfdən  xarici 

görünüşünü  nəzərdən  keçirib,  bütövlükdə  və  ayrı-ayrı  detal  və  hissələrini  ölçürlər. 

Məmulatın  xarici  görünüşü,  onun  bədəndə  oturması,  texnoloji  emalın  keyfiyyəti 

yoxlamanın əsas obyektləri sayılır.  

Məmulatın emalının keyfiyyətinin yoxlanılması. 

Məmulata  müqəvva  və stol üzərində çöl və iç hissələrinə baxırlar. Bu zaman 

məmulatın  emalına  verilən  texniki  tələblərdən  istifadə  edilməlidir.  Biçim 

keyfiyyətini,  məmulatın  tikilməsi  və  emalını  “tikili  malların  keyfiyyətinə  görə 

qəbulu”  Dövlət  standartında  göstərilən  qəbul  etmənin  əsas  qaydalarına  görə 

yoxlayırlar. 

Geyimin  texnoloji  emalının  keyfiyyəti  onun  bütün  detallarının  olması,  astar 

və  aralıq,  detalların  forma  və  simmetrikliyinin  düzgünlüyü,  geyim  və  hissələrin 

qıraqlarının  düzgünlüyü,  tikişlərin,  sırıqların,  ilgəklərin  dəqiqliyi,  nəmli-isti  emalı 

və s. amillərlə xarakterizə olunur.  

Məmulatın xarici nöqsanlarına görə keyfiyyətinin təhlili. 

Tikili  məmulatların  keyfiyyətcə  qəbulu  zamanı  material  və  furnituranın 

keyfiyyəti  diqqətlə  yoxlanılır.  Aşkar  olunan  nöqsanları  onların  xarakterinə,  yerinə 

və ölçülərinə görə xarakterizə edirlər.  

Tikili  məmulatlarda  aşağıdakı  nöqsanlar  yol  verilməzdir:  rəngin  ton  fərqi, 

zibilli  olması,  qabarma,  çökmələr,  qırışlar,  naxışın  pozulması.  Etalonlarda  təyin 

olunmuş bu nöqsanlar azgörünən olduqda 2-ci sort məmulatlarda yol veriləndir.  

1-ci  sort  tikili  məmulatlarda  deşiklər,  boya,  yağ  və  çirk  ləkələrinə  yol 

verilmir. Örtülü hissələrdə bu nöqsanlar astar tərəfdən gözənməlidir.  

Tikili  malların  sortlaşdırılmasına  aid  standarta  görə  göstərilən  parça 



42 

 

nöqsanları örtülü detal və hissələrdə yerləşibsə, sayılmırlar.  



Tikili malların sortunun təyini. 

Tikili  malların  sortunu  onların  keyfiyyətcə  qəbulu  zamanı  standarta  əsasən 

müəyyən edirlər.  

Məmulatın sortunu təyin edərkən sorta aid olan DÜİST-ə nöqsanların siyahısı 

və  yol  verilmənin  ölçüsünü  göstərən  cədvəllərdən  istifadə  edirlər.  Burada 

məmulatın,  geyimin  istahlak  xassələrinə  -  xarici  görünüşünə,  ölçüsünə,  fiqurda 

oturmasına,  materialların  çeşidi  və  keyfiyyətinə,  hazır  məmulatın  qəbul  olunmuş  

nümunəyə  və  texniki  sənədlərin  (standart  və  texniki  məlumatların)  uyğunluğuna 

əməl edirlər.  

Yoxlanılan  məmulatın  sortunu  təyin  etdikdən  sonra  onların  keyfiyyətinin 

yoxlanması  və  qəbulu  metodikasını,  həmçinin  yoxlanmanın  nəticələrini  qeyd 

edirlər.  Təyin  olunmuş  istehsal  və  digər  nöqsanlara  lazımi  xarakteristika  verir, 

onların əmələ gəlmə səbəblərini göstərirlər.                      

                            

 

 

 



 

 

 



43 

 

                                  



II. Təcrübi hissə  

             2.1. Respublika bazarına daxil olan tikili malların  

                   təsnifatı və çeşidinin təhlili 

Tikili  malların  növləri  olduqca  çox  müxtəlifdir.  Onlar  bir  birindən  fasonuna,  

mürəkkəbliyinə,  siluetinə,  biçiminə,  materialına  texnoloji  emalına  və  digər 

əlamətlərinə görə fərqlənirlər.   

Təyinatına  görə  bütün  tikili  mallar  beş  sinifə  bölünür:  məişət  məmulatları, 

idman  məmulatları,  xüsusi  geyimlər,  idarə  geyimləri  və  milli  geyimlər.  Istifadə 

şəraitindən asılı olaraq ayrı-ayrı qruplara bölünür.  

Hər  bir  sinif  tikili  mallarda  öz  növbəsində  beş  qrupa  bölünür:  bunlara  üst 

geyimləri,  yüngül  donlar,  dəyişəklər,  tikili  xırdavatları,  baş  geyimləri,  ləvazimatlar 

və başqa məmulatlar aiddir. 

Tikili mallar istehlakçının cins-yaş əlamətlərinə görə kişilər, qadınlar, uşaqlar 

üçün nəzərdə tutulur.  

Onlar  mövsümünə  və  geyilmə  vaxtına  görə qış,  yay  və  istənilən  vaxt  istifadə 

edilən olurlar. 

Tikili  malların  hazırlanması  üçün  yun,  ipək,  pambıq,  kətan  və  kimyəvi 

liflərdən  olan  parçalardan  istifadə  edilir.  Son  zamanlar  tikili  malların  istehsalında 

göndən,  zamşadan,  toxunmayan  parça  materiallarından,  xəzdən  və  s.  geniş  istifadə 

edilməkdədir. 

Təyinatına  görə  tikili  malları  ev,  gündəlik,  çıxış,  iş  və  istirahət  üçün  nəzərdə 

tutulur.  

Tikili  malların  təsnifatı  sinif,  qrup,  yarımqrup  və  növ  üzrə  xarakteristikası 

aşağıdakı kimi verilir.   

 


44 

 

 



 

 

 



 

 

 



 

 

Cədvəl 6 



     Qrup  

  Yarımqrup 

           Növ (nameklatura üzrə) 

Üst paltarı 

Palto 

 

Kostyumlar 



 

Palto,  yarımpalto,  buşlat,  plaş,  jaket,  şinel,  plaş-palto, 

kurtrka, milli xələtlər, çiyinlik və s. 

Kostyum,  pencəklər,  jilet,  jaket,  mondir,  tolstafka, 

yubkalar, vatalı kurtka, kombinizon vəs. 

Yüngül  


Donlar  

 

Bluzkalar  



Yubkalar  

Başqa don məmu-rı 

Don, don-palto, palto-kastyum, sarafan, xalat, çimərlik 

kostyumları. 

Bluzkalar, jiletlər, matroskalar, çiyinlik, 

Yubkalar, yubka-şalvar, şarovarlar.  

Önlüklər, boyunluq, manjet 

Dəyişəklər 

Üst dəyişəkləri,  

 

Yatacaq 



 

Geyimə  aid  ol-yan 

tikiş xırdavatı 

Gündüz  köynəkləri,  fantaziya  və  idman  üçün 

ukrayinka, kubankalar, gecəliklər, boyunluq və s. 

Kalson,  yataq  köynəkləri,  dəstlər,  üzmək  və  çimmək 

dəyişəyi, trusiklər, pazunkalar, uşaq kambinizonları. 

Prostinlər,  adiyal  altı,  yastıq  üzü,  dəsmallar,  təzə 

doğulmuş uşaqlar üçün dəst, burun dəsmalı, kasinkalar 

və s.  


Baş geyimləri 

Kepkalar 

və 

furajkalar 



Şilyapalar  

 

Şapkalar  



Kepkalar, 

matroskalar, 

beretkalar, 

kapitanka, 

furajkalar, pilot və s. 

Fetr  şlyapalar,  samandan  olan  şilyapalar,  ipək 

şilyapalar, panama və s. 

Uşanki, fin, şapoçkilər, müalicə kalpakları. 

Inventarlar  

Fərdi  və  ictimai 

istifadə üçün olan 

Texniki 


təyinatlı 

ləvazimatlar 

Çantalar, qolçaqlar, əlcəklər, paqonlar və s. 

 

Avtomobil  çexolu  örtük  brezentləri,  palatkalar, 



meşoklar. 

 

Kişi paltarları 3, qadın paltarları 4 mürəkkəblik kateqoriyasına ayrılır. 



Tikili  məmulatların  hər  bir  çeşidi  üçün  xarakteristika  vermək  mümkün 

olmadığından  mən  onların  çeşid  xarakteristikasını  bir  mal  qrupu  yəni  Respublika 

bazarına daxil olan qadın geyimlərinin çeşidinin xarakteristikasını verirəm. 


45 

 


Yüklə 454,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin