4. İşəgötürən qanunsuz elan edilmiş tətilin davam etdirilməsini təşkil edən işçiləri
intizam məsuliyyətinə cəlb edə bilər.
Qırx dördüncü fəsil
Fərdi əmək mübahisələri, onların tərəfləri və predmeti
Maddə 287. Fərdi əmək mübahisələri anlayışı
Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv
müqavilənin
şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi
aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla
və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll
edilən fikir ayrılığıdır.
Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti
Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı
yaranan fərdi əmək
mübahisələrinin həlli nizama salınır:
a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin
dəyişdirilməsi;
b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən
edilməsi;
c) əmək müqaviləsində nəzərdə tutulan
iş yerinin dəyişdirilməsi;
ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması,
yaxud ödənilməsi;
e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması;
ə) məzuniyyət hüququnun həyata keçirilməsi;
f) intizam tənbehi verilməsi;
g) əməyin mühafizəsinin
təşkili və təmin edilməsi;
ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən
edilməsi və ödənilməsi;
h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən
edilməsi və ödənilməsi;
x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının
qanunauyğunluğu və ya əsaslılığının
müəyyən edilməsi;
ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-
olmamasının araşdırılması;
i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə
vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi;
j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən
edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri
ilə bağlı normaların tətbiq edilməsi;
k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək
qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.
Dostları ilə paylaş: