Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə65/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   61   62   63   64   65   66   67   68   ...   233
On səkkizinci fəsil 
 
Yaradıcılıq və təhsil məzuniyyətləri 
 
Maddə 122. Yaradıcılıq məzuniyyətləri və onların müddətləri 
1. İşəgötürənlə əmək münasibətlərində olmaqla yanaşı doktoranturada müvafiq 
elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini 


tamamlamaq, həmçinin müəlliflərə dərsliklər və ya dərs vəsaiti yazmaq üçün ödənişli 
yaradıcılıq məzuniyyətləri verilə bilər.
 
142
2. Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini tamamlamaqdan ötrü 
iki təqvim ayınadək, elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini 
tamamlamaqdan ötrü isə üç təqvim ayınadək ödənişli yaradıcılıq məzuniyyəti verilir. 
Bu yaradıcılıq məzuniyyətlərindən işçi müvafiq elmi şuranın qərarına uyğun olaraq ona 
verilən arayış əsasında istifadə edir.
 
143
3. İşləməklə yanaşı doktoranturada təhsil alan (o cümlədən doktoranturaya daxil olmaq 
üçün) işçilərə hər tədris ilində 30 təqvim günü ödənişli məzuniyyət verilir.
 
144
4. Dərsliklər və ya dərs vəsaitləri yazmaqla məşğul olan işçilərə müvafiq icra 
hakimiyyəti orqanının qərarı ilə və arayışı əsasında 3 ayadək ödənişli yaradıcılıq 
məzuniyyəti verilə bilər. 
5. Müvafiq elmi şura və ya müvafiq icra hakimiyyəti orqanı yaradıcılıq 
məzuniyyətlərinin müddətini və onlardan istifadə olunması məsələlərini qabaqcadan 
işəgötürənlə məsləhətləşməklə müəyyən etməlidir. 
6. Yaradıcılıq məzuniyyəti müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi 
(peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqından hesablanır. 
Maddə 123. Ödənişli təhsil məzuniyyətləri 
1. İşləməklə yanaşı təhsil alan işçilərə aşağıdakı ödənişli təhsil məzuniyyətləri 
verilir: 
a) müvafiq tədris mövsümü sessiyalarında tədris-təlimdə iştirak etmək
laboratoriya işlərini yerinə yetirmək, yoxlamaları və imtahanları vermək üçün
b) dövlət imtahanlarını vermək üçün; 
c) diplom layihəsini (işini) hazırlamaq və müdafiə etmək üçün. 
2. Ödənişli təhsil məzuniyyəti müddətində işçiyə bu Məcəllənin 177-ci 
maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilən orta əmək haqqı ödənilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin