c)
xüsusi təhsil müəssisələri istisna olmaqla,
təhsil müəssisəsində pedaqoji iş
aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə,
habelə məktəbdənkənar
uşaq müəssisələrinin rəhbərlərinə;
129
ç)
təhsil müəssisələrinin metodistlərinə, baş ustalarına, istehsalat təlimi ustalarına,
təlimatçılarına, kitabxanaçılarına, laborantlarına, emalatxana rəhbərlərinə, dayələrə,
dəyişək xidmətçilərinə,
bədii rəhbərlərinə;
130
d) elmi dərəcəsi olmayan elmi işçilərə;
e) həkimlərə, orta tibb işçilərinə və əczaçılara.
4. Natamam iş vaxtı (natamam iş günü və ya natamam iş həftəsi)
şəraitində
işləyən işçilərə əmək məzuniyyəti tam iş vaxtı şəraitində işləyən işçilərə verilən əmək
məzuniyyəti
müddətində, yerinə yetirdikləri və ya çalışdıqları vəzifəyə uyğun olaraq
verilir.
5. Mövsümi işlərdə çalışan işçilərə əsas məzuniyyət, bir qayda olaraq, mövsümün sonunda
hər iş ayına görə iki təqvim günündən az olmayan müddətə verilir.
131
6. Əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri
məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.
132
Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə
məzuniyyətlərin müddətləri
1. Yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası
yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə
və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilir. Əmək
şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti 6
təqvim günündən az olmamalıdır.
2. Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət
hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin siyahısı
əlavə
məzuniyyətlərin müddəti göstərilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir.
Dostları ilə paylaş: