Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək
haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan
alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması
nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan
hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa
düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə
zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın
müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa
işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında
verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara
şamil edilmir.
Dostları ilə paylaş: