funksiyasının tam və ya qismən icra olunduğu hallarda onun əmək haqqına əlavə
müəyyən edilib ödənilməlidir.
2.
Peşələr (vəzifələr) üzrə əmək funksiyasının icra edilməsinə görə əmək haqqına
əlavənin miqdarı kollektiv müqavilə və ya tərəflərin qarşılıqlı razılığı
ilə əmək
müqaviləsində nəzərdə tutulan qaydada müəyyən edilir.
171
Maddə 162. Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi
1. Özünün əmək funksiyasını yerinə yetirməklə yanaşı
müəyyən səbəbdən
müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı
ilə onun maaşı arasındakı fərq ödənilir.
2. Əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya
ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir.
Bu əlavə işçinin və
işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir.
Maddə 163. Əvəzçilik üzrə əmək haqqının ödənilməsi
1. Əvəzçilik üzrə işləyən işçilərin əməyinin ödənilməsi
mövcud əmək şəraiti
nəzərə alınmaqla faktik yerinə yetirilən işə görə ödənilir.
2. Əvəzçilik üzrə işləyənlərin tarif (vəzifə) maaşı, mükafatlandırılması, əmək
haqqına əlavələrin, artımların verilməsi əsas işçilər üçün müəyyən olunmuş qaydalara
uyğun olaraq həyata keçirilir.
172
Maddə 164. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və
ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi
1. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü
görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir:
əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı
olmamaqla;
əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla;
aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə
gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq
vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı
olmamaqla.
2. İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü
işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Dostları ilə paylaş: