Giriş. Elektron qurğularının təsnifatı. Elektronika


P-N keçidin qoşulma sxemləri



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə6/41
tarix27.10.2022
ölçüsü1,76 Mb.
#66564
1   2   3   4   5   6   7   8   9   ...   41
ELEKTRONIKA-VE-MPT.-III-kurs-.-I-sem

P-N keçidin qoşulma sxemləri 
1.Düz qoşulma:  
keçidinə (şək.1a) xarici düz gərginlik verilir, yəni sahəsi mənbəyin “ + “ 
qütbünə, 
sahəsi mənbəyin “ –“ qütbünə birləşdirilir. Bu zaman xarici mənbəyin elektrik sahəsi
yarımkeçiricinin daxili bağlayıcı sahəsi ilə üst-üstə düşmür, onun əksinə olur. Nəticədə keçidin
elektrik sahə intensivliyi azalır, bağlayıcı
sahənin eni kiçilir, potensial baryerinin
hündürlüyü aşağı düşür, əsas yükdaşıyıcıların
diffuziyası yüksəlir və onların əmələ gətirdiyi
cərəyan artır. Həmən cərəyana diffuziya
cərəyanı deyilir və bu cərəyan
sahəsindən
sahəsinə doğru istiqamətlənir. 
2. Əks qoşulma: 
keçidinə (şək.1b) xarici
əks gərginlik tətbiq olunur. Yəni mənbəyin
“+” qütbü
sahəsinə, “‒“ qütbü sahəsinə a) b) 
birləşdirilir. Onda xarici elektrik sahəsi ilə Şəkil1. p-n keçidin qoşulma sxemləri 
keçidin daxili elektrik sahəsi üst-üstə düşür, bağlayıci sahənin eni və hündürlüyü artır, əsas
yükdaşıyıcılar üçün böyük müqavımət yaranır, diffuziya cərəyanı sıfıra bərabər olur. 
Deyilənlərdən görünür ki, 
keçidi birtərəfli keçiriciliyə malikdir və onun bu
xüsusiyyətindən yarımkeçirici cihazların hazırlanmasında istifadə edilir. 
Praktikada keçidlərin başqa növlərindən də istifadə edilir. Bunlara yarımkeçirici-metal, 
yarımkeçirici-dielektrik və s. keçidləri daxildir.


 Yarimkeçirici diodlarin təsnifati 
Bir
keçidinə, iki çıxış ucuna malik olan cihazlara yarımkeçirici diodlar deyilir.
Onların əsas vəzifəsi dəyişən cərəyanı düzləndirməkdən ibarətdir. 
Yarımkeçirici diodlar təyinatlarına, konstruktiv-texnoloji xüsusiyyətlərinə və materialının
növünə görə təsnifatlaşdırılır. Konustruksiyasına görə diodlar müstəvi və nöqtəvi diodlara bölünür. 
Təyinatlarına görə diodların aşağıdakı növləri var: düzlən-dirici diodlar, yüksəktezlikli və çox 
yüksəktezlikli diodlar, impuls diodları, stablitronlar, varikaplar, tunel diodları, Şotki diodları . 
Diodlar hazırlananda onun sahələrindən birində aşqarın konsentrasiyası digərindən çox olur. Çox
aşqar qatılan sahə emitter, az aşqar qatılan sahə baza adlanır. Emitter sahəsində əsas
yükdaşıyıcıların konsentrasiyası bazadakından 2-3 dəfə artıqdır. Diodlar germaniumdan, silisiumdan, 
selendən, silisium karbiddən, qalium arseniddən hazırlanır. Əksər diodların iş prinsipi keçiddə baş verən 
hadisələrə əsaslanır. Elektron- deşik keçidi, metal- yarımkeçirici təması və heterokeçidlər ən çox istifadə 
olunur. Yarımkeçirici dioda elektrik döv- rəsində qeyri- xətti VAX-na malik iki qütüblü kimi baxmaq 
olar. Diodlar elektrik siqnalları üzərində müxtəlif çevrilmələ(düzləndirmə, dedekte etmə, tezliyin 
çoxaldılması, işıq enerjisinin elektrik enerjisinə çevirilməsi və. s) ) aparırlar. 
İdarolunmayan ventillərin bəzilərinin şərti işarələri şəkil 2.2- də göstərilmişdir. 
Şəkil 2.2. Yarımkeçirici diodların şərti işarəsi a) düzləndirici; b) varikap; c) tunel; 
d) çevrilmiş; e) stabilitron 

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin