Giriş. Elektron qurğularının təsnifatı.
Elektronika – elm, texnika, istehsalat sahəsi olub, elektron vasitələrinin (EV) işlənib
hazırlanması, tədqiqi və onlardan istifadə olunması prinsiplərini əhatə edir. Bu baxımdan
analoq elektronika – yalnız fasiləsiz (kəsilməz), rəqəm elektronikası – diskret funksiya
qanunu ilə dəyişən informasiyanın çevirilməsi və emalı üçün nəzərdə tutulan ellektron
vasitələrini əhatə edir.
İstifadə olunan element bazasından asılı olaraq elektronikanın 4 əsas inkişaf mərhələsini
göstərmək olar.
Birinci nəsil (1904 - 1950) elektron cihazların səciyyələndirən əsas xüsusiyyət
element bazasını elektrovakkum və qazboşalma cihazlarının təşkil etməsidir.
Qazboşaldıcı cihazlara aiddir: elektron lampalar, elektron-vakuum borucuqlar,
qazboşaldıcı indikatorlar və s.
İkinci nəsil (1950 - 60-cı illərin əvvəli) diskret yarımkeçirici cihazların (диодların,
tranzistorların, тиристорların və c.) tətbiqi ilə səciyyələnir.
Üçüncü nəsil (1960-1980) mikroelektronika və müxtəlif inteqrasiya dərəcəli inteqral
sxemlərin və elece də mikrosxemlərin geniş inkişafı ilə bağlıdır. Bu mərhələdə elektron
qurğular etibarlılığın kəskin artması, ölçülərin, çəkinin, enerji sərfinin azaldılması ilə
səciyyələnir.
Dördüncü nəsil (1980-ci ildən hal- hazıra qədər) böyük və ifrat böyük inteqral
sxemlərdən istifadə etməklə elektron qurğuların getdikcə mikrrominiaturləşməsi ilə
xarakterizə olunur. İdarəedici siqnalların fomalaşması və ötürülməsi üsullarına görə elektron
qurğular (EQ) iki sinifə bölünür: analoq və diskret.
Analoq elektron qurğular fasiləsiz dəyişən (analoq) siqnalların qəbulu, ötürülməsi
üçün nəzərdə tutulub. Analoq elektron qurğular sadəliyi, sürətliliyi ilə fərqlənir. Lakin xətaya
davamlılığın aşağı olması və stabilliyi pozan xarici amillərin təsiri, məsələn, rütubət, zaman
və s. AEQ-lərin catışmayan cəhətləridir.
Dostları ilə paylaş: |