Analoq elektron qurğulara aiddir: elektron gücləndiricilər, əməliyyat gücləndiriciləri,
kommutatorlar, komparatorlar, gərginlik stabilizatorları (düzləndiriciləri) və s.
İmpulslu elektron qurğulara aiddir: Multivibratorlar, təkvibratorlar, triqqerlər,
funksional çeviricilər, mişar formalı gərginlik generatorları, taymerlər və s.
Rəqəmli elektron qurğulara aiddir:
Məntiqi elementlər, triqqerlər, registrlər,
sayğaclar, deşifratorlar, şifratorlar, multipleksorlar, demultipleksorlar, cəmləyicilər və s.
Kombinasiyalı elektron qurğulara aiddir: analoq-rəqəm və rəqəm-analoq çevriciləri.