Microsoft Word muhazire 5 ve 6-yeni docx



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə3/9
tarix27.10.2022
ölçüsü0,84 Mb.
#66583
1   2   3   4   5   6   7   8   9
vli-nanohism5-6

əsaslanan üsullar. Burada 
nanoquruluşlar, əsasən, Lenqmür-Blocet təbəqələrindən və adsorbsiya 
olunmuş laylardan sintez olunur. Bu üsullar bir-biri ilə qarşılıqlı təsirdə olan 
nanodispers nanozərrəciklərin birbaşa kompozitdə alınmasına imkan yaradır. 
Bura həmçinin, biotəlqid və bir sıra bioloji üsulları aid etmək olar. Bu halda 
nanoreaktor rolunu biomolekullar yerinə yetirəcək. 
4. Məhlullarda ultramikrodispers kolloid zərrəciklərin formalaşmasına 
əsaslanan üsullar
5. Yüksək məsaməlik dərəcəli və kiçik dispers quruluşların kimyəvi 
üsullarla alınması. Bu üsullara kristallaşma və ion implantasiyası üsullarını 
da aid etmək olar.
 
Litoqrafiya üsulu
Hal-hazırda litoqrafiya üsulu elektronikada nanoquruluşların alınmasında geniş 
istifadə olunan üsul hesab olunur. Bu üsul «yuxarıdan-aşağıya» konsepsiyasına 
əsaslanır.   
Litoqrafiya – şüalanmaya həssas olan nümunənin şüalanması, sonra 
şüalanan qatın oradan təcrid edilməsi və müxtəlif kimyəvi emal nəticəsində 
nanoquruluşun formalaşması deməkdir.  
Litoqrafiya iki yunan sözlərinin – “litos” (daş) və “qrafo” (yazıram) 
sözbirləşmələrindən əmələ gəlib, “daş üzərində yazıram” mənasını verir. 
Litoqrafiya bərk cisimlər üzərində nanoquruluşlar yaratmağa imkan verir. Bu üsul, 
əsasən, bir neçə mərhələdə gedir. Bunlardan 3-ü vacib hesab olunur: 
1-ci mərhələ: bərk cismin səthinə fotorezistis layı çəkilir. 
Fotorezistis – şüalanmanın təsiri altında çəkildiyi səthin quruluşunu dəyişə 
bilən işığa həssas maddədir.


42 
2-ci mərhələ: səth üzərinə yaratmaq istədiyimiz quruluşun şablonu qoyulur. 
3-cü mərhə: bu mərhələ eksponiləşmə (yəni lazım olan şəklin alınması) 
mərhələsi adlanır. Bu zaman səth lampa və ya lazerlə optik şüalanmaya məruz 
qalır. Fotorezistisin təsiri nəticəsində şablondan keçən şüa səthin dəyişməsinə 
səbəb olur. Səthi aşılamaqla onun müəyyən hissəsi çıxarılır. 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin