41
«Yuxarıdan-aşağıya» konsepsiyası isə iri makroölçülü obyektin və ya
quruluşun tədricən ölçülərinin azalması ilə nanoquruluşların yaradılması deməkdir.
Nanoquruluşların alınmasında istifadə olunan
üsullar şərti olaraq kimyəvi
(nanozərrəciklər kimyəvi reaksiyalar vasitəsilə alınır) və
fiziki (fiziki proseslə
alınma) üsullara bölünür. Lakin hər hansı bir
üsulu fiziki və ya kimyəvi
adlandırmaq çox çətindir, çünki əksər hallarda
fiziki proseslər və kimyəvi
reaksiyalar eyni vaxtda baş verir.
Nanoquruluşların və nanomaterialların alınma üsullarını ümumi halda aşağıdakı
kimi təsnif etmək olar: bunun üçün üsullar şərti olaraq 5 qrupa bölünür
1.
Yüksək enerjili üsullar: bu üsullarda aqreqasiya prosesi və əmələgələn
zərrəciklərin ölçülərinin böyüməsi baş vermir. Çünki bu üsullar buxarın tez
kondensasiyaya uğranası şəraitində gedir.
2.
Mexano-kimyəvi üsullar: bu üsullarda nanokompozitlərin alınması
aşağıdakı kimi; a) “dəyirmanlarda” bir-biri ilə qarışmayan
komponentlərin
birgə üyüdülməsi ilə, və b) bərk məhlulların mexaniki gərginlik altında
parçalanması nəticəsində yeni fazaların əmələ gəlməsi ilə baş verir.
3.
Fəza-məhdudiyyətli sistemlərdən –
nanoreaktorlardan (damcılardan,
təbəqələrdən)
istifadə edilməsinə
Dostları ilə paylaş: