Microsoft Word muhazire 5 ve 6-yeni docx



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix27.10.2022
ölçüsü0,84 Mb.
#66583
1   2   3   4   5   6   7   8   9
vli-nanohism5-6

Epitaksiya üsulu  
“Aşağıdan-yuxarıya” texnologiyası imkan verir ki, ayrı-ayrı atom və 
molekullardan nanoölçülü obyektlər yığılsın. Çox vaxt bu texnologiyada 
kondensasiya hadisəsindən istifadə edirlər. 


44 
Kondensasiya (yunanca “condenso”-sıxlaşdırıram, qatılaşdırıram 
mənasını verir) maddənin soyudularaq, və ya sıxılaraq qaz halından maye, və ya 
bərk halına keçməsi deməkdir.
Yağış, qar, şeh və s. təbiət hadisələri kondensasiyanın nəticəsidir. 
Məlumdur ki, kondensasiya və ona əks olan proses, yəni buxarlanma 
maddənin faza keçidləri nəticəsində mümkün olur.
Faza keçidləri müəyyən kiçik zaman ərzində baş verir və prosesin ilkin 
mərhələsində nanozərrəciklər əmələ gəlir. Sonradan bu zərrəciklər böyüyərək 
mikroskopik obyektlərə çevrilir. Məhz ilkin mərhələdə faza keçidlərini 
“dondurmaqla” nanozərrəciklər almaq mümkündür.
Füllerenləri, karbon nanoborularını, nanoklasterləri də kondensasiya hadisəsi 
ilə almaq olar.
Bu cür texnologiya epitaksiya adlanır. 
Epitaksiya (yunanca “epi”-üzərində və “taxis”-yerləşmək, ardıcıllıq) bir 
kristal üzərində digər kristalın istiqamətlənmiş (nizamlanmış) ardıcıl olaraq 
yığılması, çökdürülməsi deməkdir. 
Epitaksiya prosesini həyata keçirən ən müasir üsul molekulyar-şüa 
epitaksiyası hesab olunur. Bu üsul ilə öncədən hazırlanmış və təmizlənmiş altlıq 
üzərinə ayrı-ayrı atomlar seli yönəldilir. Atomlar selinin sürəti isə bir-birindən asılı 
olmadan tənzimlənir. Altlığın səthinə çatan atomlar müxtəlif cür və müəyyən 
qayda ilə düzülərək (nizamlanaraq), bizə lazım olan quruluşlar yaradır. 
Molekulyar-şüa epitaksiyasında buxar selinin sürətini aşağıdakı tənliklə 
hesablamaq olar: 
2
Burada p
e
-buxarın tarazlıq təzyiqi, S
e
-selin çıxdığı deşiyin sahəsidir. Beləliklə
çökdürülmüş komponentlərin sayını ancaq bir parametri – temperaturu dəyişməklə 
tənzimləmək olar. 
Lazım olan atomların epitaksiyasını həm maye, həm də qaz fazasında yerinə 
yetirmək mümkündür. Epitaksiya prosesi, əsasən, ayrı-ayrı kristalların bir-birinə 
birləşməsi və sonda bütöv səthin əmələ gəlməsi ilə nəticələnir. Müasir epitaksiya 
metodları bir neçə (hətta bir!) atom qalınlığında laylar almağa imkan verir.
Epitaksiya üsulundan mikroelektronikada, kvant elektronikasında və 
hesablama texnikasında geniş istifadə edirlər.
Məhz müəyyən qanunauyğunluqla sadədən mürəkkəb quruluşun yaranma 
prosesi öz-özünə qablanma və ya yığılma adlanır. Bu termini elmə ilk olaraq 
alman alimi Herman Hakan gətirmiş və ona belə tərif vermişdir: 

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin