Mühazirə: 04 Atropatena və Albaniya dövlətləri. Azərbaycanda feodal münasibətlərinin yaranması və inkişafı. Alban feodal dövləti. Plan



Yüklə 331,83 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix29.10.2022
ölçüsü331,83 Kb.
#66781
növüMühazirə
1   2   3   4   5   6   7
mt-is muhazire-04 (1)

İqtisadi həyat. Albaniyada və Atropatenada quldarlıq klassik quldarlıq səviyyəsinə qalxmamış, qul 
əməyindən əsasən məbəd təsərrüfatında və ev işlərində istifadə olunmuşdur. Antik müəlliflər Albaniyada 
ölkənin qərbindəki “müqəddəs vilayətin” məbəd qullarının əməyindən istifadə edilməsi barədə məlumat 
verirlər. Quldarlıq quruluşu dövründə də Azərbaycan əhalisinin başlıça məşğuliyyəti əkinçilik, maldarlıq 
və sənətkarlıq idi. Strabon yazırdı ki, Alban düzənliyi “ Babilistan və Misirdəkindən daha yaxşı 
suvarılır”. A.Marselli isə Atropatenada əkinçiliyin geniş inkişaf etməsi barəsində ətraflı məlumat verir. 
Arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış xış, kirkirə, sürtgəc, vəl və s. kənd təssərüfatı alətlərinin 
qalıqları əkinçiliyi ən gəlirli sahələrdən birinə çevirmişdir. Sıx suvarma şəbəksinə malik olan Albaniyada 
bəzi torpaqlar ildə 2-3 dəfə məhsul verirdi. Əkinçilikdə başlıca sahələr taxılçılıq və bağçılıq idi. Alban 
əhalisinin məşğuliyyətində balıqçılıq da geniş yer tuturdu. Əlverişli və geniş yem ehtiyatlarına malik olan 
otlaqların mövcudluğu birsıra maldarlıq sahəsinin inkişafı üçün gözəl şərait yaradırdı. Azərbaycanın 
qədim sakinləri qoyun, keçi, at, dəvə və s. saxlayırdılar.
Sənətkarlıq və ticarət. Arxeoloji materiallar sübut edir ki, Albaniyada metalişləmə, zərgərlik
dulusçuluq, toxuculuq, əmək alətlərinin hazırlanması və s. bu kimi sənətkarlıq sahləri inkişaf edirdi. 
Strateji cəhətdən çox mühüm müvqedə yerləşən qədim Azərbaycan dövlətləri həm də ticarət mərkəzləri, 
tranzit krvan ticarət yollarının kəsişdiyi və keçdiyi məntəqələr rolunu oynamışdılar. Burada həm ölkələri 
əlaqələndirən yerli və beynəlxalq karvan ticarəti yolları keçirdi.  
Qazaka, Kabalaka, Vera, Aynian, Anariak və b. Azərbaycan şəhərləri antik dünyanın Yunan , 
Makedoniya, Roma, Parfiya və digər dövlətləri ilə ticarət əlaqələri saxlayırdılar. Ölkəmizin ərazisindən 
tapılmış xarici sikkələr, digər əşyalar deyilənləri təsdiq edir.

Yüklə 331,83 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin