329
pantürkizm kimi baxmış, Osmanlı hökumətinə bunu
qadağan etmişdi.
1918-
ci ilin iyulunda Azərbaycanın İstanbuldakı
nümayəndə heyəti buradakı İran konsulluğuna AXC-nin
yaranması haqqında
bəyannaməni təqdim etsə də, İran
konsulu Azərbaycan adlı müstəqil dövləti tanımadığını
bildirmişdi. İranın narahatçılığını aradan qaldırmaq üçün
Azərbaycan hökuməti beynəlxalq sazişləri imzalayarkən
Qafq
az Azərbaycanı məfhumunu xüsusi ilə vurğulayırdu.
1919-
cu ilin sentyabr ayında İranın yeni xarici
işlər naziri Firuz Mirzənin nümayəndə heyətinin başçısı
sifəti ilə Avropaya gəlməsindən sonra İran heyətinin
Azərbaycan istiqlalına münasibəti tam dəyişdi. Hətta hər
iki dövlət arasında siyasi və iqtisadi ittifaqın yaradılmasını
nəzərdə tutan sənəd də qəbul edildi.
Azərbaycan hökuməti qonşu dövlətlərlə mehriban
qonşuluq münasibətlərinin yaranmasına çalışır və
mübahisəli məsələlərin danışıqlar yolu ilə həll edilməsi
tərəfdarı kimi çıxış edirdi.
Gürcüstandan fərqli olaraq
Ermənistanla münasibətlər çox çətin qurulurdu. Normal
qonşuluq münasibətlərinin yaranmasına ermənilərin
torpaq əldə etmək hərisliyi, törətdikləri vəhşiliklər mane
olurdu.
Birinci dünya müharibəsindən sonra qalib
dövlətlər
müharibədən
sonrakı
dünyanın
vacib
məsələlərini həll etmək üçün Parisdə sülh konfransının
çağrılmasına qərar verdilər. Dekabrın 7-də Azərbaycan
parlamentində Parisə getmək
üçün seçilən nümayəndə
heyəti 1919-cu il yanvarın 20-də İstanbula gəldi.
Lakin burada Parisə yola düşmək üçün Fransa
hökumətindən üç ay yarım icazə gözləməli oldu. Yalnız
aprelin 22-
ə ingilislərin köməyi ilə Parisə yola düşə bildilər
və may ayında Parisə çatdılar. Mayın 28-də Azərbaycan
nümayəndə heyəti ABŞ prezidenti V.Vilsonla görüşə bildi.
330
Vilsondan Azərbaycanın istiqlaliyyətinin tanınması, Vilson
prinsiplərinin Azərbaycana aid edilməsi, Azərbaycanın
Millətlər Liqasına qəbul olunması, ABŞ-la Azərbaycan
arasında diplomatik və iqtisadi əlaqələrin bərqərar
edilməsi xahiş edilirdi. Lakin prezident Vilson sülh
konfransının dünyanın kiçik hissələrə parçalanmasının
əleyhinə
olduğunu
bildirmiş
və
Azərbaycan
nümayəndələrinə konfederasiya ideyasını
müdafiə
etməyi məsləhət görmüşdü.
Azərbaycan,
Gürcüstan
və
Dağlılar
resp
ublikasının
nümayəndə
heyətləri
konfransın
rəhbərlərinə göndərdikləri bütün memorandumlarda
Qafqazda
konfederasiya
ideyasına
müsbət
yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər ərazi
sərhəd məsələsinə daha çox əhəmiyyət verir və
konfederasiya
ideyası
əleyhinə
təbliğat
aparır,
Qafqazdakı
vəziyyət
barədə
Avropa
və
ABŞ
ictimaiyyətində yanlış təsəvvür yaradırdılar. Azərbaycan
və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq
ermənilər Türkiyənin 7
şərq vilayətini, keçmiş İrəvan
quberniyası, Tiflis və Yelizavetpol quberniyalarının
cənubunu və Qars torpaqlarını tələb edirdilər.
Azərbaycan nümayəndə heyəti ermənilərin təbliğatına
qarşı Avropa və Amerikanın özündə əks-təbliğat işini
təşkil etməyə məcbur oldu.
Azərbaycan
nümayəndələri
ingilis,
fransız
dillərində bir neçə kitabça hazırlayıb çap etdirmiş,
Avropada və Amerikada yayılmasını təşkil etmişdilər. Bu
kitabçalarda
Azərbaycanın
tarixi,
əhalisinin
antropologiyası və etnik tərkibi, təsərrüfatı, Azərbaycan
Respublikasındakı vəziyyət,
ermənilərin təcavüzkar
hərəkətləri haqqında məlumatlar verilirdi. Azərbaycan
nümayəndə heyətinin ən əhəmiyyətli təbliğat işlərindən
biri «Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh
331
nümayəndəliyinin tələbləri» adlı kitabın hazırlanması idi.
Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar
verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) Sülh
konfransı Azərbaycanın müstəqilliyini tanısın. 2)
Nümayəndə heyəti sülh konfransının işinə cəlb olunsun.
3) Azərbaycan Respublikası Millətlər Liqasının üzvlüyünə
qəbul edilsin.
Azərbaycan nümayəndə heyətinin diplomatik
fəaliyyətinin mühüm uğuru 1920–ci il yanvarın 11–də
Paris konfransının Ali Şurası tərəfindən Azərbaycanın
istiqlalının
de-fakto
tanınması
və
Azərbaycanın
beynəlxalq münasibətlərin subyektinə çevrilməsi idi.
Bakıda 20–dən artıq xarici dövlətin diplomatik
nümayəndəliyi yaradılmışdı.
Dostları ilə paylaş: