333
qeyd etdilər. Rusiya Azərbaycan hökuməti daxilində
özünə arxa yaratmaq istəyirdi. Buna da müəyyən
dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti şimal
sərhədlərdə olan qoşunları Qarabağa yönəltməklə
Azərbaycana giriş yolunu açmış oldu.
1920
–ci il aprelin 25–dən 26–na keçən gecə rus
qoşunları Azərbaycana şimaldan hücum etdilər.
Xaçmazı, Yalamanı tutdular və Bakının girəcəyində
dayanaraq Azərbaycan hökumətinə hakimiyyəti təhvil
vermək haqqında ultimatum
göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin
27
–də parlamentin iclası keçirildi. İclasda xeyli davam
edən müzakirələrdən sonra qan tökülməməsi üçün
müəyyən şərtlər daxilində təslim olmağa qərar verildi.
Parlament
hakimiyyəti
aşağıdakı
şərtlərlə
hakimiyyəti təhvil verdi:
Dostları ilə paylaş: