7
bildirmək üçün; ikincisi, bu prosesi öyrənən elm haqqında
danışılanda.
Keçmişə olan maraq
insan nəsli yaranandan
mövcud olmuşdur. Bu marağı yalnız insanın hər şeyi
bilmək istəyi ilə izah etmək olmaz. İş ondadır ki, insan
özü tarixi varlıqdır. O, zaman ərzində böyüyür, dəyişir və
inkişaf edir və özü də bu inkişafın məhsuludur.
Humanitar elmlər sırasına
daxil olan tarixin
tədqiqat metodları digər elmlərdən əsaslı şəkildə
fərqlənir. Belə ki, digər elmlər gerçəkliyi müşahidələr,
eksperimentlər əsasında öyrəndiyi halda tarix elminin bu
metodlardan istifadə etmək imkanları yoxdur.
Qeyri-
praktik elm hesab edilən tarix elmi, cəmiyyətdə baş
ve
rmiş hadisələri, insanların maddi və mənəvi aləmlərinin
inkişaf mərhələlərini yalnız maddi mədəniyyət nümunələri
və yazılı qaynaqlar əsasında öyrənə bilir.
Tarix nə zamandan başlayır? Bu sualın birmənalı
cavabı
olaraq qeyd etmək olar ki,
tarix ilk insanın
Dostları ilə paylaş: